Çexiya Baş Qərargah rəisi Karel Rehka Avropada müharibə ehtimalının az olmadığını bildirib və xüsusilə sülh dövründə adekvat hazırlıqların görülməli olduğunu söyləyib.
Elchi.az xəbər verir ki, Rehka bu barədə paytaxt Praqada yüksək rütbəli hərbçilər üçün keçirilən toplantıda qeyd edib.
Rehka bildirib ki, Avropada müharibə ehtimalı az deyil, sülh dövründə mümkün müharibə vəziyyətinə adekvat hazırlıq görülməlidir, əks halda hazırlaşmaq mümkün olmayacaq.
NATO-ya üzvlüyün mümkün təhdidlərə qarşı ən mühüm maneə olduğunu vurğulayan Rehka, NATO ilə Rusiya arasında baş verə biləcək müharibədə Çexiyanın birbaşa hədəf olacağını bildirib.
Rehka əlavə edib ki, Çexiya ordusunun döyüş qabiliyyəti təkmilləşdirilməli və inventar modernləşdirilməli, mümkün müharibəyə hazır olmalıdır.
Yeganə