Rusiyanın Hava Hücumundan Müdafiə Sistemi (AD) Zaporojye vilayətində Berdyansk yaxınlığında kəşfiyyat xarakterli pilotsuz təyyarəni vurub. Bu barədə yanvarın 2-də şəhər administrasiyasından məlumat verilib.
Elchi.az xəbər verir ki, “Bu gün saat 13.40 radələrində Rusiya Silahlı Qüvvələrinin hava hücumundan müdafiə heyəti şəhərdən 35 km şimalda əldəqayırma kəşfiyyat PUA-nı görüb və məhv edib”, – deyə administrasiyanın teleqram kanalında bildirilib.
Hadisə zamanı xəsarət alan olmadığı da bildirilir. Yerli hakimiyyət “Berdyansk şəhərinin səmasının hərbçilərimizin etibarlı mühafizəsi altında olduğuna” əmin olaraq vətəndaşları sakit olmağa çağırıb.
KP.RU saytının yazdığı kimi, yanvarın 2-də Ukrayna Silahlı Qüvvələrinə məxsus pilotsuz uçuş aparatı Voronej vilayətində hava hücumundan müdafiə sistemləri tərəfindən vurulub. Hadisə nəticəsində xəsarət alan olmayıb, mülki obyektlərin dağılması qeydə alınmayıb.
Bundan başqa, həmin gün Ukraynaya məxsus pilotsuz uçan aparat Bryansk vilayətinin Klimovski rayonunda enerji təchizatı obyektinə hücum edib.
Şayəstə