Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidməti jurnalistin Rusiya hərbi təyyarələrinin qaçırılması əməliyyatında iştirak etdiyini açıqlayıb.
Elchi.az xəbər verir ki, Rusiya Daxili İşlər Nazirliyi Bellingcat nəşrinin jurnalisti Xristo Qrozevi axtarışa verib.
İdarənin saytındakı axtarış vərəqəsində göstərildiyi kimi, o, Rusiya Federasiyası Cinayət Məcəlləsinin maddəsi ilə axtarışa verilib.
Xatırladaq ki, Bellingcat müstəntiqi Xristo Qrozev bu yay Rusiya təyyarələrini qaçırmağı planlaşdıran Ukrayna Baş Kəşfiyyat İdarəsinin (GUR) əməliyyatında iştirak edib.
Bundan əvvəl Qrozevin Ukrayna əməliyyatının iştirakçılarından biri ilə yazışmalarından bir fraqment nümayiş etdirilib. Rusiya FSB-nin məlumatına görə, nəşrin jurnalisti iki qadın kuryer tapıb, daha sonra onlar Lipetskdəki dəmiryol vağzalında Moskvadan Ukrayna kəşfiyyatının işə götürdüyü kuryerlə görüşüblər – o, 4 min dollarlıq avans ödənişini aparırmış. qaçırmağa razı olduğu iddia edilən Rus pilota təhvil veriləcək.
Şayəstə