"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home İQTİSADİYYAT

Rusiya Avropada ikitirəlik yaratmağa çalışır

14 Avqust 2022 - 17:40
in İQTİSADİYYAT
FacebookVatsap

Bunu da oxuyun

Nyu-York birjasında təbii qaz bahalaşıb

Dünya bazarlarında neft ucuzlaşıb

Dünya Bankı Biləsuvar–Astara yolunun yenidən qurulmasına kredit ayıra bilər

Ukraynada fevral ayından etibarən davam edən müharibə Avropanı da çətin duruma salıb. Avropa ölkələri arasında Rusiya ilə bağlı həmrəylik də əvvəlki kimi deyil. Artan inflyasiya, güclənən enerji böhranı və tənəzzül təhlükəsi fonunda Aİ ölkələri arasında parçalanma müşahidə olunur.

Rusiya ilə Ukrayna arasında fevral ayından etibarən davam edən müharibə özü ilə çoxsaylı qlobal problemlərə yol açmaqda davam edir. Müharibənin Rusiya ilə yanaşı, Avropanı da çətin duruma saldığı göz önündədir. Qitəni qazla şantaj edən Rusiya gah təchizat problemini ortaya atır, gah da tədarüklə bağlı hədələyici bəyanatlar səsləndirir. Bəllidir ki, Avropa İttifaqı ölkələrinin qaza olan tələbatının 40 faizini Rusiya ödəyir. Elə buna arxayın olub Ukrayna ilə müharibəyə başlayan Rusiya da əmin idi ki, Avropa ölkələri tezliklə onun qazından imtina edə bilməyəcək.

Qərbin sanksiyaları Rusiyaya ziyan vursa da, ortada hələ ki, ciddi bir nəticə yoxdur. Məsələn, sanksiyalar paketində Avropaya Rusiyadan neft idxalının mərhələlərlə məhdudlaşdırılmasını nəzərdə tutan bənd olsa da, bu, özlüyündə sadə prosedur deyil. Qazla yanaşı, Rusiya gündəlik 5 milyon barellik neft ixracatına da malikdir və 25 faizlik payla Avropanın əsas neft ixracatçıları sırasındadır. Bu həcmin başqa mənbələrdən əvəzlənməsi isə həm vaxt, həm də zəruri infrastruktur tələb edir. Belə görünür ki, sanksiyalarla Rusiyanı zəiflətmək, bu ölkəni əsas gəlir mənbəyindən məhrum qoymaq istəyən Avropa öz imkanlarını və real vəziyyəti lazımınca dəyərləndirməyib. Ən əsas məsələlərdən biri də odur ki, Avropa ölkələrində Rusiya ilə bağlı həmrəylik əvvəlki tək hiss olunmur. Qarşıdan soyuq aylar gəlir və avropalılar donmamaq üçün növbəti sanksiyalara tələsməyəcəklər. Bu səbəbdən də Rusiya bir müddət öz “Pirr qələbəsi”ni qeyd edə bilər. Ortada acınacaqlı durumda qalan isə hələ ki, Ukraynadır. Qərbin vəd edilən genişmiqyaslı dəstəyi elə vəd olaraq qalır. Rusiya isə enerji resursları ilə getdikcə Avropanı ikiyə bölməyə müvəffəq olub.

Mövzu ilə bağlı “Kaspi” qəzetinin yazısını təqdim edirik:

İnflyasiya, enerji böhranı və tənəzzül təhlükəsi

Avropa müharibə başlayandan bəri Rusiyaya qarşı vahid cəbhəni qoruyub saxlaya bilsə də, indi problemlər yaşayır. Artan inflyasiya, güclənən enerji böhranı və tənəzzül təhlükəsi ilə Avropa liderləri Ukraynadakı münaqişənin sosial-iqtisadi, daxili və geosiyasi nəticələri barədə getdikcə daha çox danışırlar. Başqa gərginliklər də var. Məsələn, Almaniya Ukraynaya vəd etdiyi silah tədarükünü gecikdirib. Baş nazir Mario Draqinin koalisiya hökumətinin yıxıldığı İtaliyada ölkənin populist partiyaları arasında Kiyevə hərbi dəstəyə qarşı siyasi müxalifət güclənir. Əvvəllər beş sanksiya paketi ildırım sürəti ilə təsdiqlənsə də, avropalılar “Avropa avtokratı”, Macarıstanın baş naziri Viktor Orban tərəfindən gecikdirilmiş Rusiya neftinə yönəlmiş altıncı paket üzərində həftələrdir mübahisə edirlər. İndi əsas düşündürən sual Avropanın birliyini nə vaxta qədər qoruyub saxlaya biləcəyidir.

Rusiya qazına real qaz embarqosu gözlənilmir

Əvvəlcə Aİ Ukrayna məsələsində diqqətçəkən qətiyyət nümayiş etdirirdi. Məsələn, qərarların və hərəkətlərinin sürəti ilə heç vaxt seçilməyən Brüssel bir neçə həftə ərzində Rusiyaya qarşı indiyə qədər tətbiq edilən ən genişmiqyaslı sanksiyaları təsdiqləməyi bacardı: Almaniya heyrətamiz 100 milyard avro əlavə hərbi xərclər elan etdi və Aİ ilk dəfə üçüncü tərəfə silah təhvil verilməsini asanlaşdırdı. Avropa həmçinin milyonlarla Ukrayna vətəndaşına müvəqqəti sığınacaq verməyə qərar verdi. Ukraynalılar Aİ daxilində hərəkət və işləmə azadlığı aldılar. İyun ayında isə rəsmi olaraq Ukrayna və Moldovaya Aİ-yə üzv namizəd statusu təqdim edildi. Lakin o vaxtdan bəri Brüsselin sürəti zəifləyib. Enerjiyə qənaətlə bağlı qeyd olunan razılaşmaya baxmayaraq, Rusiya qazına real embarqo gözlənilmir. Əksinə, Moskva özü Avropaya qazı kəsdi. Altı ölkəyə – Bolqarıstan, Danimarka, Finlandiya, Latviya, Polşa və Hollandiyaya Rusiyadan qaz nəqli tamamilə dayandırıb. Üstəlik, Rusiyanın dövlət enerji şirkəti “Qazprom” Avropanın qalan hissəsinə də qaz nəqlini kəskin şəkildə azaldıb. Rusiya qazını Avropaya gətirən ən böyük qaz kəməri olan “Şimal axını 1” iyul ayında təmir üçün müvəqqəti bağlanıb. Kəmər yenidən fəaliyyətə başlayıb, lakin onun ixracı 20 faizinə düşüb. Aİ yeni sanksiyalarla razılaşmaq əvəzinə, bir çox ölkədə qaz anbarı problemlərini həll etmək üçün mübarizə aparır və mavi yanacağın istifadəsini rasionallaşdırmaq üçün ümidsiz görünür.

Avropa siyasətində narahatlıq

Artan iqtisadi təzyiq artıq Avropa siyasətində narahatlıq doğuran təsirlərə malik olmağa başlayır. İtaliya və Fransa kimi ölkələrdə populist və sağçı millətçi partiyalar ictimai dəstək toplamaq üçün müharibənin xərclərindən istifadə edirlər. Onlar iddia edirlər ki, Rusiyaya qarşı sanksiyalar tətbiq etmək və yaşıl gündəliyi qəbul etməklə Avropa hökumətləri və Aİ institutları inflyasiyanı artırır, sənayeni məhv edir və iş yerlərini azaldırlar. Bu mesaj Avropa mediasında dəfələrlə verilib. Artıq aprel ayında Fransada keçirilən prezident seçkilərində ifrat sağçı və solçu partiyalar əhəmiyyətli qazanc əldə etmişdilər ki, bu nəticə iyunda keçirilən parlament seçkilərində də təkrarlandı. Kremlə ən yaxın əlaqələri olan üç partiya tərkibində olduqları koalisiya hökumətinə dəstəyini geri götürdükdən sonra iyul ayında İtaliyada Draqinin devrilməsi daha dramatik oldu.

Avropa parçalanır?

Avropanı daha çox narahat edən köhnə geosiyasi parçalanmaların geri qayıtmasıdır. Birincisi, bu, qitənin şərqi ilə qərbi arasında artan uçurumdur. Eyni zamanda, Baltikyanı ölkələr və Polşa kimi Ukrayna ilə həmsərhəd dövlətlər yeni sanksiyalara və güclü hərbi dəstək vasitəsilə ədalətə çağırır, İtaliya, Fransa və Almaniya kimi Qərbi Avropa dövlətləri isə Rusiya ilə kompromisə meyil edirlər. Şərqi Avropa liderləri, ölkələri də Ukrayna münaqişəsinin iqtisadi nəticələrindən əziyyət çəksələr də, çox güman ki, sülhün yalnız Ukraynanın Rusiya qoşunlarını öz ərazisindən çıxarması və Rusiya prezidenti Vladimir Putinin cavabdehlik daşıdığı zaman mümkün olacağına inanırlar. İkinci parçalanma şimaldan cənuba doğru uzanır. Bu boşluq on il əvvəl “suveren borc böhranı” zamanı avrozonanı, demək olar ki, parçaladı.

Previous Post

Rusiya Avropada ikitirəlik yaratmağa çalışır

Next Post

Fransadan qıtlıq XƏBƏRDARLIĞI

Bənzər yazılar

Nyu-York birjasında təbii qaz bahalaşıb

Nyu-York birjasında təbii qaz bahalaşıb

03 Oktyabr 2026 - 10:26

Nyu-Yorkun "NYMEX" əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti artıb. Elchi.az xəbər verir ki, 2026-cı ilin noyabr ayında çatdırmaq...

Dünya bazarlarında neft ucuzlaşıb

Dünya bazarlarında neft ucuzlaşıb

03 Oktyabr 2026 - 10:00

"ICE London" qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2026-cı ilin dekabr müqaviləsinin dəyəri 0,06% azalaraq 1...

Dünya Bankı Biləsuvar–Astara yolunun yenidən qurulmasına kredit ayıra bilər

Dünya Bankı Biləsuvar–Astara yolunun yenidən qurulmasına kredit ayıra bilər

02 Oktyabr 2026 - 19:07

Dünya Bankı M3 magistral avtomobil yolunun Biləsuvar–Astara hissəsinin yenidən qurulması layihəsinə kredit və texniki yardım göstərə bilər. Elchi.az xəbər verir ki,...

Azərbaycan Dünya Bankı ilə biznes kreditləri üçün yeni mexanizm hazırlayır

Azərbaycan Dünya Bankı ilə biznes kreditləri üçün yeni mexanizm hazırlayır

02 Oktyabr 2026 - 17:59

Azərbaycanda biznes subyektlərinin maliyyə resurslarına çıxışının genişləndirilməsi üçün yeni kredit zəmanəti və kapital maliyyələşdirilməsi mexanizmləri hazırlanır. Elchi.az xəbər verir ki,...

Next Post
Fransadan qıtlıq XƏBƏRDARLIĞI

Fransadan qıtlıq XƏBƏRDARLIĞI

Fransadan qıtlıq XƏBƏRDARLIĞI

Fransadan qıtlıq XƏBƏRDARLIĞI

Son xəbərlər

“Səssiz tələ” sənədli filmi təqdim olunub

“Səssiz tələ” sənədli filmi təqdim olunub

04 Oktyabr 2026 - 19:15
Türkiyədə arı pətəklərinin içində 90 kiloqramdan çox narkotik aşkarlanıb

Türkiyədə arı pətəklərinin içində 90 kiloqramdan çox narkotik aşkarlanıb

04 Oktyabr 2026 - 14:33
İtaliyada düşərgədə yanğın olub, 10-dan çox insan xəsarət alıb

İtaliyada düşərgədə yanğın olub, 10-dan çox insan xəsarət alıb

04 Oktyabr 2026 - 14:32
Məkkə sazişinə qoşulanların sayı arta bilər

Məkkə sazişinə qoşulanların sayı arta bilər

04 Oktyabr 2026 - 13:08
İran ABŞ-nin təklifinə cavab verib

İran ABŞ-nin təklifinə cavab verib

04 Oktyabr 2026 - 12:55
Əraqçi: İranın şərtləri qəbul edilsə, Hörmüz boğazı açılacaq

Əraqçi: İranın şərtləri qəbul edilsə, Hörmüz boğazı açılacaq

04 Oktyabr 2026 - 12:52
Azərbaycanda yağıntılı hava davam edir, dağlara qar yağıb – FAKTİKİ HAVA

Azərbaycanda yağıntılı hava davam edir, dağlara qar yağıb – FAKTİKİ HAVA

04 Oktyabr 2026 - 12:39
Sabah Bakıda və bəzi rayonlarda yağış yağacaq

Sabah Bakıda və bəzi rayonlarda yağış yağacaq

04 Oktyabr 2026 - 12:33
SEPAH: İran ballistik raketlərin istehsalı üçün imkanlarını qoruyub saxlayıb

SEPAH: İran ballistik raketlərin istehsalı üçün imkanlarını qoruyub saxlayıb

04 Oktyabr 2026 - 11:13
Merts Ukraynaya elan olunmamış səfər edib

Merts Ukraynaya elan olunmamış səfər edib

04 Oktyabr 2026 - 11:11
Gəncədə 28 yaşlı kişi və bacısı yanıq xəsarətləri alıb

Gəncədə 28 yaşlı kişi və bacısı yanıq xəsarətləri alıb

04 Oktyabr 2026 - 11:10
Ağdamda 15 yaşlı qızın erkən evliliyinin qarşısı alınıb

Ağdamda 15 yaşlı qızın erkən evliliyinin qarşısı alınıb

04 Oktyabr 2026 - 11:08
4 oktyabr- Cəbrayıl Şəhəri Günüdür

4 oktyabr- Cəbrayıl Şəhəri Günüdür

04 Oktyabr 2026 - 00:00
Filosof İoanna Kuçuradi vəfat edib

Filosof İoanna Kuçuradi vəfat edib

03 Oktyabr 2026 - 23:00
İran və İraq arasında uçuşlar sabahdan bərpa ediləcək

İran və İraq arasında uçuşlar sabahdan bərpa ediləcək

03 Oktyabr 2026 - 21:43
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.