Rusiya Müdafiə Nazirliyi gecə saatlarında Belqorod və Kursk vilayətlərinin hava məkanında və Qara dəniz sularında Ukraynaya məxsus 28 pilotsuz uçuş aparatını (PUA) məhv etdiklərini açıqlayıb.
Elchi.az xəbər verir ki,nazirlikdən verilən yazılı açıqlamada Kiyevin gecə saatlarında Rusiya ərazisindəki obyektlərə İHA-larla hücuma cəhd etdiyi bildirilib.
Hücumların qarşısı alındığı bildirilən açıqlamada, “Hava hücumundan müdafiə sistemləri Belqorod və Kursk bölgələri və Qara dəniz suları üzərində 28 Ukrayna İHA-nı aşkar edərək məhv edib”. ifadəsi işlədilib.
Nuranə Məmmədova