Ukrayna müharibə zamanı həlak olan 1000 Ukrayna əsgərinin cəsədinin Rusiyadan qaytarıldığını elan etdi.
Elchi.az xəbər verir ki, Ukrayna müharibə zamanı həlak olan 1000 Ukrayna əsgərinin cəsədinin Rusiyadan qaytarıldığını elan etdi.
Rusiya ilə Ukrayna arasında “cəsəd” mübadiləsi aparılıb. Ukrayna Əsirlərinin Koordinasiya Mərkəzi müharibə zamanı həlak olan 1000 əsgərin cəsədini Rusiyadan aldıqlarını açıqladı. Bəyanatda deyilir: “Bu gün Rusiya tərəfinin Ukrayna əsgərlərinə aid olduğunu iddia etdiyi 1000 nəfərin qalıqlarının Ukraynaya qaytarılması ilə bağlı işlər görülüb”. Bəyanatda əlavə edilib ki, cəsədlərin müəyyənləşdirilməsi işlərinə başlanılıb və bu prosesdə göstərdiyi dəstəyə görə Beynəlxalq Qırmızı Xaç Komitəsinə təşəkkür edilib.
Şayəstə





















