“Rusiya dövləti ciddi böhran yaşayır. Bunun səbəbi və səbəbkarları da bəllidir.Dünyada sülh və demokratiya tələbləri yolunda bu dövlətin hec bir tövhəsi olmayıb”.
Elchi.az xəbər verir ki, bu barədə sosial məsələlər üzrə ekspert İlqar Hüseynli FB hesabında bildirib:
“Rusiya cəmiyyəti və rus xalqı da dünyada heç kim tərəfindən sevilməyən və alçaldılmış durumdadır.
Əgər Rusiya vətəndaşları hamılıqla ayağa qalxıb,Ukrayna üzərinə müharibəni,Krımın,Xersonun,Donetsk və Luqanskın işğalını pisləyərək diktator Putin rejimini devirib normal cəmiyyət uğrunda mübarizəyə qalxsaydı bəlkə də “ilin xalqı” elan ediləcəkdi.Lakin bu şansı əldən verdilər.
Amma Putin tərəfindən elan olunmuş səfərbərlik zamanı ayağa qalxmaları rusları daha da rəzil və biabırçı duruma saldı.
Kilometrlərlə maşın karvanları,vaxtilə tank,top yeritdikləri Gürcüstana,Qazaxıstana kütləvi köçlər,qəsdən ayaqlarını sındiraraq şikəst olmaq,komisarları öldürmək və .s kimi hərəkətləri rusları dünyanın rəzil xalqı gününə gətirdi”.
Şayəstə