Rumıniyanın Deputatlar Palatası Moldova ilə birləşməyə dair qanunvericilik sənədini səsvermə olmadan təsdiqləyib.
Elchi.az -ın məlumatına görə, ölkənin ultra-sağçı “S.O.S. Romania” Partiyasının deputatları tərəfindən parlamentin aşağı palatasına təqdim edilən qanunvericilik təşəbbüsü parlamentin müzakirə və ya yekun səsvermə başlatmadığı üçün 45 günlük müddətdən sonra avtomatik təsdiqlənmiş hesab olunub.
Moldova ilə birləşmə layihəsi bundan sonra Senata təqdim edilib.





















