25 yaşlı “qanuni oğru” Laşa Barateli Sankt-Peterburqda bərk döyülüb. Musavat.com Rusiya KİV-lərinə istinadən verdiyi xəbərə görə, “Soxulcan” ləqəbi ilə tanınan
gürcünü Aslan Usoyan (“Ded Xasan”) klanı cəzalandırıb. Dekabrın 16-da mühafizəçilərindən ayrılaraq yaşadığı binaya daxil olan “qanuni oğru”nun qarşısını 7 nəfər kəsib. Onu möhkəm döydükdən sonra üzünü və burnunu kəsiblər. Rusiya saytlarının iddiasına görə, “Soxulcan” bir neçə il əvvəl Sankt-Peterburqda “Ded”ə qarşı sui-qəsd planlaşdırıbmış. Amma sui-qəsd baş tutmayıb. “Bu işdə isə ona “xaç atası” Rövşən Canıyev və “Rüfət Gəncinski” dəstək verib” – deyə, məlumatda bildirilir.
Kosmetikaya görə dərsə buraxılmayan şagirdin atası insident törədərək həbs edilib
Paytaxtın Qaradağ rayonunda yerləşən məktəblərin birində kosmetik vasitələrdən istifadə edən 9-cu sinif şagirdi dərsə buraxılmadığına görə insident baş verib. Elchi.az...



















Son şərhlər