Latviyanın xarici işlər naziri Edqar Rinkeviç Latviyanın prezidenti seçilib.
Elchi.az News.am-a istinadən xəbər verir ki, Seymin 52 deputatı onun lehinə səs verib.
Latviyada prezident açıq səsvermə zamanı parlament tərəfindən seçilir. Səsvermənin üçüncü turunda ölkənin yeni rəhbəri 52 səs toplayıb.
Qeyd edək ki, 1990-cı illərin əvvəllərində E.Rinkeviç Latviya radiosunda jurnalist olub, sonra 13 il Müdafiə Nazirliyində çalışıb və orada dövlət katibi vəzifəsinə qədər yüksəlib. Məhz o vaxt Rinkeviç Latviyanı NATO-ya üzvlük danışıqlarında təmsil edirdi.
Rinkeviç 2008-ci ildə Prezident Aparatına rəhbərlik edib, 2011-ci ildən isə xarici işlər naziri vəzifələrində çalışıb.
Yeganə