Rusiya Federasiyası ilə Almaniya arasında diplomatik münaqişə nəticəsində Almaniya öz ərazisində Rusiya diplomatik qurumlarının fəaliyyətini məhdudlaşdırmaq qərarına gəlib.
Elchi.az Vesti.ru-ya istinadən xəbər verir ki, Almaniya Nazirlər Kabinetinin nümayəndəsi Kristofer Burger Berlindəki səfirliklə yanaşı, beş baş konsulluqdan yalnız birinin işləməsinə icazə veriləcəyini bildirib.
Onun sözlərinə görə, işə buraxılmayan qurumların işçilərinə fəaliyyətlərini ixtisar etmək üçün ilin sonuna qədər vaxt veriləcək.
Burger qeyd edib ki, bu qərar Rusiyadakı alman qurumlarının işçilərinin sayını 350-yə endirən hərəkətlərinə cavabdır. Münaqişə aprelin sonunda Berlinin 20-dən çox rus diplomatını ölkədən çıxarmasından sonra başlayıb və Moskva buna reaksiya verib.
Yeganə