Real Madrid Klubu, etdiyi şərhdə Modriçin sol ayağının arxa əzələlərində zədə aşkarlandığını açıqladı.
Elchi.az xəbər verir ki,Baş məşqçi Karlo Ançelotti mətbuat konfransında həftə ərzində La Liqada 4-2 hesabı ilə məğlub olan səfərdə oynadıqları “Jirona” matçında zədələnən Modriçin səhhətinin hələ də qeyri-müəyyən qaldığını və onun “Kral”a keçib-keçməyəcəyinin bilinmədiyini bildirib. Kubokun finalı mayın 6-da Osasuna ilə keçiriləcək.
“Bizi narahat edən bir zədədir. Ümid edirəm ki, o, sağalacaq və vacib oyunlarımızda oynayacaq”, – Ançelotti ifadələrini istifadə etmişdir.
La Liqada sabah “Almeriya”nın qonağı olacaq “Real Madrid”də Ferland Mendi və David Alabanın da zədələri davam edir.
Nuranə Məmmədova