“Real Madrid” Luka Modriçin zədə xəbəri ilə məyus olub.

101

Real Madrid Klubu, etdiyi şərhdə Modriçin sol ayağının arxa əzələlərində zədə aşkarlandığını açıqladı.

Elchi.az xəbər verir ki,Baş məşqçi Karlo Ançelotti  mətbuat konfransında həftə ərzində La Liqada 4-2 hesabı ilə məğlub olan səfərdə oynadıqları “Jirona” matçında zədələnən Modriçin səhhətinin hələ də qeyri-müəyyən qaldığını və onun “Kral”a keçib-keçməyəcəyinin bilinmədiyini bildirib. Kubokun finalı mayın 6-da Osasuna ilə keçiriləcək.
“Bizi narahat edən bir zədədir. Ümid edirəm ki, o, sağalacaq və vacib oyunlarımızda oynayacaq”, – Ançelotti ifadələrini istifadə etmişdir.
La Liqada sabah “Almeriya”nın qonağı olacaq “Real Madrid”də Ferland Mendi və David Alabanın da zədələri davam edir.

 

Nuranə Məmmədova