"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MANŞET

Ramiz Mehdiyev aşağılamağa çalışdığı insanlardan yaxşı mənada fərqlənməyib

11 Fevral 2022 - 18:30
in MANŞET
FacebookVatsap

Qüdrət Həsənquliyev: “Ona dirəniş göstərmək barədə kənardan tapşırıq verilibsə belə, yaşını və sağlamlığını səbəb kimi göstərib bu alçaldıcı qarşıdurmadan yayına bilərdi”

Bunu da oxuyun

Anım Gününə həsr edilmiş konfrans təşkil olunub

Mark Rütte: “Müttəfiqlər Kiyevə lazımi dəstəyi və zəmanəti verəcək”

Mertsin partiya qərargahına hücum edilib

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyevin müsahibəsini oxucularımıza təqdim edirik
– Qüdrət bəy, AMEA-nın mətbuat xidməti tərəfindən yayılmış siyasi xarakterli açıqlama ilə yəqin ki, tanış olmusunuz, nə baş verir?
– Bəli, tanış olmuşam və sözün həqiqi mənasında növbəti dəfə təəccübləndim. Ramiz Mehdiyev uzun illər iqtidarda qeyri-rəsmi ikinci şəxs olub və yeni müstəqillik əldə etmiş ölkəmizdə mövcud siyasi münasibətlər və hüquq sisteminin formalaşmasında əsas rollardan birini oynayıb. Məhz bu səbəbdən də, elmin və təhsilin vəziyyətinə, korrupsiyanın səviyyəsinə və iqtisadiyyatın inkişafına görə də məsuliyyət daşıyan ikinci şəxs olmalıdı. O, həm də uzun illər “Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın” sədri və Təhlükəsizlik Şurasının katibi vəzifəsini tutub. Ölkədə ciddi rezonans doğurmuş ən böyük korrupsiya cinayətləri, o cümlədən Beynəlxalq Bankda baş vermiş 10 milyard dollarlıq korrupsiya hadisəsi, xalqımızı sarsıtmış Ordudakı “Tərtər inşkəncələri və qətliamı” da həmin dövrə təsadüf edir. İqtidarın apardığı siyasətin uğurlu nəticələrindən bəhs edən “İnkişafın Azərbaycan modeli” kitabının müəllifi də bir başqası yox, odur. Ona qarşı mətbuatda çıxış edən şəxsləri mövqe dəyişikliyində ittiham edən Ramiz Mehdiyevin özünün mövqeyindəki dəyişikliklər göz önündədir. Bir vaxtlar lənətlədiyi, Qərbdəki ermənipərəst dairələrə xidmətdə ittiham etdiyi şəxslərin leksikonundan onu tənqid edənlərə qarşı istifadə edir, ünvanına yönələn tənqidləri – “diqqəti son vaxtlar ölkə gündəmini məşğul edən taleyüklü problemlərdən yayındırmaq cəhdi” – kimi qiymətləndirir, seçkilərin nəticələrinin saxtalaşdırıldığını bəyan edir. Hamı bilir ki, iqtidrda hər zaman seçkilərin hazırlanması və keçirilməsini o təşkil edib.Görünür yaşı və ola bilsin kimlərəsə qarşı hüdudsuz nifrəti imkan vermir başa düşsün ki, ermənipərəst dairələrin açıq və ya üçüncü şəxslər vasitəsilə himayə etdiyi bəlli düşərgəyə bu formada yarınma cəhdi nə onların ona olan münasibətini dəyişməyəcək, nə də həmin düşərgənin mövqeyini gücləndirməyəcək, əksinə həm xalqın arasında, həm təmsil olunduğu siyasi partiyada çoxlarının acı təbəssümü və hiddəti ilə üzləşəcək.
Mən baş verənləri daha çox onun yaşlanması ilə əlaqələndirmək istərdim. Prezident onu Administrasiyanın rəhbəri vəzifəsindən azad edəndə onun sağlamlıq durumu o qədər də qənaətbəxş deyildi və o siyasi arenanı hörmətlə tərk etməliydi. Prezident bunu etməsi üçün ona hər cür şərait yaratdı, onu şəxsən qəbul edib xidmətlərinə görə ən ali ordenlə təltif etdi.
Siyasət də idman oyunu kimi bir şeydi. Stadionda onminlərin alqışladığı bir oyunçu vaxtında getmədikdə, dünən onu alqışlayanlar bu gün fitə basırlar. Zamanında onu tərifləyənlərin çoxu bunu onun şəxsiyyətinə görə yox, tutduğu mühüm posta görə edirdi. O da zamanla çoxlarına münasibətdə bu cür davranıb və davranmaqda davam edir. Ona görə də zamanla onu tərifləyib bu gün tənqid edənlərə münasibətdə əsəbləşməməlidir. Bəzən insanlar dəyişəndə haqlı olaraq onlara münasibət də dəyişir. Düşünürəm ki, hər kəs bunu başa düşür, o cümlədən kifayət qədər təcrübəli Ramiz Mehdiyev də. Heç kim ölənlə ölmək istəmir, hətta əzizləri belə. Siyasətdə isə insanları ictimai və dövlət maraqları, oxşar siyasi baxışlar və iddialar birləşdirir. Başqalarını mənəvi dəyərlər prizmasından ittiham edən Mehdiyev bu gün Prezidenti tərifləyib, amma onu, həm də üzvü olduğu partiyanın sədrini birbaşa hədəfə çevirən açıqlamalarla çıxış edir, bəs bunun adı nədir?
O insani dəyərlərə üstünlük versəydi, vaxtında istefa verməklə zamanında onun haqqında xoş söz deyənləri bu gün pis vəziyyətdə qoymazdı. Onun “mübarizəsi” ona görə qeyri-ciddi qəbul olunur ki, yaşına görə təbiətə və özünün də aid olduğu, Allah tərəfindən bu cür kodlaşdırılmış insan təbiətinə qarşıdır. Bu isə nonsesdir. Ramiz Mehdiyev bunları başa düşməmiş deyil. O tənqid edib aşağılamağa çalışdığı insanlardan yaxşı mənada fərqlənməyib, yalnız vəzifəsi olub. Bu gün cəmiyyətin böyük bir hissəsi, hətta Ramiz Mehdiyevə hörməti olmuş insanların bir qismi onun niyə və kiminlə mübarizə apardığını başa düşə bilmir. Ona dirəniş göstərmək barədə kənardan tapşırıq verilibsə belə, yaşını və sağlamlığını səbəb kimi göstərib bu alçaldıcı qarşıdurmadan yayına bilərdi. Onun AMEA-da “səliqə-səhman” yaratmaq, korrupsiyaya qarşı mübarizə aparmaq istəyi barədə iddiaları da heç bir sağlam məntiqə sığmır. Korrupsiyaya qarşı mübarizə komissiyasın sədri və ölkənin ikinci səlahiyyətli şəxsi kimi bunu zamanında edə bilməyibsə, əgər həqiqətən belə hallar varsa, doğrundanmı düşünür ki, indiki ahıl yaşında nələrisə yaxşılığa doğru dəyişə bilər. Deməli məqsəd başqadır.
Sonda onu deyə bilərəm ki, gənc ailə üzvüləri ona mənasız intiriqalara son qoyub düzgün qərar qəbul etməkdə kömək etməlidir. Bunu ilk növbədə Ramiz Mehdiyevin özü və ailəsi üçün, həm də ölkəmizdə siyasi mühitin təhlükəli həddə qədər çirklənməməsi naminə etmək lazımdır.

Previous Post

Ramiz Mehdiyev aşağılamağa çalışdığı insanlardan yaxşı mənada fərqlənməyib

Next Post

“Zahid Oruc Prezidentə hansı nazirliklərlə bağlı arayış təqdim edib?”

Bənzər yazılar

Anım Gününə həsr edilmiş konfrans təşkil olunub

Anım Gününə həsr edilmiş konfrans təşkil olunub

24 Sentyabr 2026 - 21:22

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında 27 Sentyabr – Anım Gününə həsr olunmuş “İlham Əliyev tarixi Zəfərin qalibi və...

Mark Rütte: “Müttəfiqlər Kiyevə lazımi dəstəyi və zəmanəti verəcək”

Mark Rütte: “Müttəfiqlər Kiyevə lazımi dəstəyi və zəmanəti verəcək”

24 Sentyabr 2026 - 18:14

NATO müttəfiqləri, o cümlədən ABŞ, münaqişənin tənzimlənəcəyi təqdirdə Ukraynaya təhlükəsizlik zəmanəti verməyə hazırdır. Elchi.az xəbər verir ki, bu barədə alyansın...

Mertsin partiya qərargahına hücum edilib

Mertsin partiya qərargahına hücum edilib

24 Sentyabr 2026 - 15:00

Naməlum şəxslər Hessen əyalətinin Offenbax-am-Mayn şəhərində Xristian Demokratik İttifaqının (CDU) qərargahına daş atıblar. Elchi.az xəbər verir ki, bu barədə DPA...

“Prezident qərar qəbul edəndə ölkənin maraqlarını nəzərə alır”-Qüdrət Həsənquliyev

“Prezident qərar qəbul edəndə ölkənin maraqlarını nəzərə alır”-Qüdrət Həsənquliyev

23 Sentyabr 2026 - 17:03

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinin suallarını cavablandırıb. Elchi.az müsahibəni təqdim edir: -...

Next Post
“Zahid Oruc Prezidentə hansı nazirliklərlə bağlı arayış təqdim edib?”

"Zahid Oruc Prezidentə hansı nazirliklərlə bağlı arayış təqdim edib?"

“Zahid Oruc Prezidentə hansı nazirliklərlə bağlı arayış təqdim edib?”

"Zahid Oruc Prezidentə hansı nazirliklərlə bağlı arayış təqdim edib?"

Son xəbərlər

Anım Gününə həsr edilmiş konfrans təşkil olunub

Anım Gününə həsr edilmiş konfrans təşkil olunub

24 Sentyabr 2026 - 21:22
Fransanın məşhur aktrisası Marina Vladi 88 yaşında vəfat edib

Fransanın məşhur aktrisası Marina Vladi 88 yaşında vəfat edib

24 Sentyabr 2026 - 21:09
Maka Boçorişvili: Gürcüstan Rusiya ilə münaqişənin sülh yolu ilə həllinə sadiqdir

Maka Boçorişvili: Gürcüstan Rusiya ilə münaqişənin sülh yolu ilə həllinə sadiqdir

24 Sentyabr 2026 - 21:06
ABŞ, Kanada və NATO Ukraynaya təhlükəsizlik zəmanətləri verməyə hazırdır

ABŞ, Kanada və NATO Ukraynaya təhlükəsizlik zəmanətləri verməyə hazırdır

24 Sentyabr 2026 - 21:03
Ərdoğan: F-35 proqramına qayıdışla bağlı konkret addımlar gözləyirik

Ərdoğan: F-35 proqramına qayıdışla bağlı konkret addımlar gözləyirik

24 Sentyabr 2026 - 20:58
Ümumdünya Şahmat Olimpiadası: Azərbaycan milliləri VIII turda heç-heçə ediblər

Ümumdünya Şahmat Olimpiadası: Azərbaycan milliləri VIII turda heç-heçə ediblər

24 Sentyabr 2026 - 20:04
Azərbaycan Fələstinin dövlətçiliyinə dəstəyini bir daha təsdiqləyib

Azərbaycan Fələstinin dövlətçiliyinə dəstəyini bir daha təsdiqləyib

24 Sentyabr 2026 - 20:02
Ermənistan və ABŞ TRIPP layihəsinin icrasını müzakirə edib

Ermənistan və ABŞ TRIPP layihəsinin icrasını müzakirə edib

24 Sentyabr 2026 - 19:59
“Birliyin Gücü – 2026”: Şərti terrorçuların ələ keçirdiyi gəminin və girovların azad edilməsi tapşırığı icra olunub

“Birliyin Gücü – 2026”: Şərti terrorçuların ələ keçirdiyi gəminin və girovların azad edilməsi tapşırığı icra olunub

24 Sentyabr 2026 - 19:57
Ərdoğan: Türkiyə Yunanıstanın düşməni deyil, qonşusudur

Ərdoğan: Türkiyə Yunanıstanın düşməni deyil, qonşusudur

24 Sentyabr 2026 - 19:54
Azərbaycan bu ölkə ilə 400 milyonluq layihələrə başladı

Azərbaycan bu ölkə ilə 400 milyonluq layihələrə başladı

24 Sentyabr 2026 - 19:29
Ceyhun Bayramovla Moldovanın XİN rəhbəri görüşdü

Ceyhun Bayramovla Moldovanın XİN rəhbəri görüşdü

24 Sentyabr 2026 - 19:14
Əfqanıstanda ölümcül qəzadan sonra dörd rusiyalı turist saxlanılıb

Əfqanıstanda ölümcül qəzadan sonra dörd rusiyalı turist saxlanılıb

24 Sentyabr 2026 - 19:03
“Birliyin Gücü – 2026” təlimində helikopterlərlə tapşırıqlar yerinə yetirilib – VİDEO

“Birliyin Gücü – 2026” təlimində helikopterlərlə tapşırıqlar yerinə yetirilib – VİDEO

24 Sentyabr 2026 - 18:51
Sabirabadda baş verən qəzada ölən və yaralanan var

Sabirabadda baş verən qəzada ölən və yaralanan var

24 Sentyabr 2026 - 18:48
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.