Sənədin qəbuluna 267 deputat səs verib
Elchi.az xəbər verir ki, Ukrayna Ali Radası birinci oxunuşda Rusiya ilə əlaqəli dini qurumların, o cümlədən kanonik Ukrayna Pravoslav Kilsəsinin fəaliyyətini qadağan edən qanun layihəsinin qəbuluna səs verib.
Deputat Artem Dmitrukun Pravoslav Jurnalistlər İttifaqına verdiyi məlumata görə, 267 parlamentari sənədin qəbulunun lehinə səs verib, 15 deputat qanun layihəsinin əleyhinə çıxıb. Buna əsasən, Ukraynada başqa ölkədən idarə olunan dini qurumların fəaliyyətinin qarşısını almaq üçün qanunvericiliyə dəyişikliklər ediləcək.
Şayəstə Hüseynova