Serbiya “Cənub axını” təbii qaz layihəsinin bağlanmasından böyük zərər görəcək. Axar.az “Lenta.ru”ya istinadən xəbər verir ki, bu haqda Serbiyanın Xarici İşlər naziri
İvisa Daçiç deyib. Daçiç bu qaz kəməri layihəsinin baş tutmayacağı halda itkilərin olacağını, bunun Avropa Birliyi və Rusiyaya da təsir edəcəyini vurğulayıb. “Layihənin reallaşdırılmasına hələ də ümid edirik. Biz gözləyirik ki, bu, ən yaxşı yolla həll ediləcək”, – deyə Daçiç bildirib. Xatırladaq ki, “Cənub axını” qaz kəmərinin tikintisi ilə bağlı müzakirələr Rusiya Prezidenti Vladimir Putinin dekabrın 1-də Ankaraya səfərindən sonra dayandırılıb.
Avropa Komissiyası Aİ-yə üzvlüyə namizəd ölkələrin irəliləyişini qiymətləndirib
Avropa Komissiyası Avropa İttifaqının genişlənməsi ilə bağlı illik sənədlər paketini təqdim edib, namizəd ölkələrin son bir ildəki irəliləyişini qiymətləndirib və...



















Son şərhlər