Serbiya “Cənub axını” təbii qaz layihəsinin bağlanmasından böyük zərər görəcək. Axar.az “Lenta.ru”ya istinadən xəbər verir ki, bu haqda Serbiyanın Xarici İşlər naziri
İvisa Daçiç deyib. Daçiç bu qaz kəməri layihəsinin baş tutmayacağı halda itkilərin olacağını, bunun Avropa Birliyi və Rusiyaya da təsir edəcəyini vurğulayıb. “Layihənin reallaşdırılmasına hələ də ümid edirik. Biz gözləyirik ki, bu, ən yaxşı yolla həll ediləcək”, – deyə Daçiç bildirib. Xatırladaq ki, “Cənub axını” qaz kəmərinin tikintisi ilə bağlı müzakirələr Rusiya Prezidenti Vladimir Putinin dekabrın 1-də Ankaraya səfərindən sonra dayandırılıb.
Səudiyyə Ərəbistanı husilərin atdığı iki ballistik raketi zərərsizləşdirib
Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya husilərin Taif və Yanbu şəhərləri istiqamətində atdığı iki ballistik raketin zərərsizləşdiriliyini açıqlayıb. Elchi.az xəbər verir...



















Son şərhlər