Rəsulzadənin imzalı kitabı
Azərbaycan Cümhuriyyətinin önəmli simalarından olan, siyasi xadim, publisist, mühacirətdə
ölkəmizin istiqlal davasını aparan Məhəmməd Əmin Rəsulzadənin imzalı kitabı aşkarlanıb. Kitabı Türkiyədən jurnalist Ruslan Rəhimov əldə edib.
Rəsulzadə 1951-ci ildə Ankarada “Yeni cezaevi” mətbəəsində çap etdirdiyi kitabı silahdaşı Mirzə Bala Məmmədzadəyə imzalayıb.
Teleqraf.com Rəsulzadənin imzası olan kitabın fotosunu təqdim edir:

