Quterreş Ukraynaya səfər edib

73

Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreş Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşmək üçün Ukraynaya gedib.

Elchi.az xəbər verir ki, bu barəd BMT-nin mətbuat katibi Stefan Düjarrik bildirib.

Düjarrik qeyd edib ki, Quterreş Qara Dəniz Taxıl Təşəbbüsünün (taxıl ixracı sxemi) bütün aspektləri üzrə davam etdirilməsi, eləcə də digər müvafiq məsələləri müzakirə etmək Zelenski ilə danışıqlar aparacaq.

Xatırladaq ki, BMT və Türkiyənin vasitəçiliyi ilə həyata keçirilən Qara dəniz taxıl təşəbbüsü ötən ilin iyulunda üç Ukrayna limanından taxıl ixracına icazə verib. Müqavilənin müddəti noyabrda uzadılıb və uzadılması ilə bağlı razılıq əldə olunmasa, martın 18-də başa çatacaq.

Bir müddət əvvəl Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bəyan etmişdi ki, Ankara taxıl müqaviləsini bərpa etməyə çalışır.

Rusiya da öz növbəsində taxıl müqaviləsinin uzadılmasına yalnız öz kənd təsərrüfatı istehsalçılarının maraqları nəzərə alınarsa, razılaşacağını açıqlayıb.

Yeganə