Vasitəçilər Tehranın təkmilləşdirilmiş yeddid günlük təklif variantını müzakirə etmək üçün bazar ertəsi və ya çərşənbə axşamı ABŞ və İran nümayəndələri ilə ayrı-ayrılıqda görüşlər keçirə bilərlər.
Elchi.az xəbər verir ki, bu barədə “Reuters” agentliyinə danışıqların gedişatı ilə tanış olan mənbələr bildirib.
Agentliyin məlumatına görə, İranın xarici işlər naziri Abbas Əraqçi və Qətər vasitəçiləri məsləhətləşmələr aparmaq üçün ABŞ-da qalırlar.
Digər bir mənbə “Reuters”ə bildirib ki, danışıqlarda əsas diqqət İranın ilkin olaraq BMT Baş Assambleyası çərçivəsində təqdim etdiyi yeddid günlük təşəbbüsün yenidən baxılmış versiyasına yönəldiləcək.
Məryəm





















