Moderator.az xəbər verir ki, fevralın 14-də Moskvada “Şəhriyar” ədəbi cəmiyyətinin üzvləri Mirabbas Ağdabanlı və Əşrəf Hüseynlinin kitablarının təqdimatına həsr olunmuş poeziya axşamı keçirilib.
Tədbirdə azərbaycan diasporunun fəalları, Azərbaycanın tanınmış alimləri, qələm əhli və gənclər iştirak edib. Tədbirdə çıxış edən natiqlər Rusiya Azərbaycan diasporunun həyat və fəaliyyətindən söz açaraq, son zamanlar diasporda baş verən hadisələrə görə narahatçılıqlarını bildiriblər.
Səfir müavini Qüdsi Osmanov çıxışında diaspor nümayəndələrini birliyə çağıraraq, Rusiya-Azərbaycan xalqlarının dostluğuna xidmət edən vahid monolit diasporun vacibliyini vurğulayıb. Eyni zamanda o, Abbas Abbasovu və onun ətrafını Azərbaycan diasporunun bölünməsinə səbəb olan siyasətdən əl çəkmələrinə və diasporun nifaqına deyil, birliyi naminə çalışmağa çağırıb.
ABŞ və İran arasında mümkün danışıqlarının gündəliyi Tehranın daha əvvəl təklif etdiyi yeddi günlük planın şərtlərindən ibarətdir. Elchi.az xəbər verir...
Türkiyədə 5,1 maqnitudalı zəlzələ olub. Elchi.az xəbər verir ki, bu barədə Türkiyə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb....
"Qarabağ" futbol klubunun ev oyunlarını keçirdiyi "Azersun Arena"nın ot örtüyündə renovasiya işləri aparılıb. Bu barədə Elchi.az Ağdam təmsilçisinin mətbuat xidmətindən...
Son şərhlər