"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home Cebhe-banner

Qüdrət Həsənquliyev: “Hansısa dələduzlar 10 milyard dollardan artıq vəsaiti dağıtdılar”

16 Dekabr 2022 - 15:29
in Cebhe-banner, MANŞET
FacebookVatsap

Deputat Qüdrət Həsənquliyev Milli Məclisdə, “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanun layihəsinin birinci oxunuşda müzakirəsi zamanı maraqlı məqqmlara diqqət çəkdi.

Bunu da oxuyun

ÜST ölümcül Ebola virusu barədə xəbərdarlıq edir!

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi vəfat edib

Tramp: “İsraili potensial məhv olmaqdan xilas etdim”

Deputat qeyd etdi ki, maliyyə tədbirləri üzrə işçi qrupun tövsiyələri əsasında yeni qanun layihəsi hazırlanıb: “2009-cu ildə qəbul etdiyimiz qanun var idi. Əlbəttə qanun mütərəqqi qanundur. Xüsusilə o baxımdan əhəmiyyətlidir ki, cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasının qarşısını alacaq, terrorizmin maliyyələşdirilməsinə problemlər yaradacaq. Ölkəmizin reallıqları baxımından bəzi məsələlərə diqqətinizi cəlb etmək istəyirəm. Əvvəla, bizim 1993-cü ildə qəbul olunmuş konstitusiya qanunumuz var. Həmin konstitusiya qanunu varidata təminat verilməsi haqqındadır. Həmin konstitusiya qanununda qeyd olunur ki, Azərbaycan Respublikasında hər kəs və respublika ərazisində yerləşən qeyri dövlət hüquqi şəxsləri, onlarda olan daşınar və daşınmaz əmlakı, pulu, valyutanı və sair varidatı izahat vermədən, deklorasiya və başqa sənəd təqdim etmədən, istehsal, kommersiya fəaliyyəti və qanunvericiliklə qadağan edilməyən digər fəaliyyət sahələrinə sərbəst yönəldə bilər. Bu qanuna mərhum Prezident Heydər Əliyevin dövründə dəyişiklik edildi. Bu qanun 2 il müddətinə qəbul olunmuşdu. 2 il müddəti çıxarıldı, 1995-ci ilin sentyabrında müddətsiz qəbul olundu. 1995-ci ildə biz yeni konstitusiya qəbul etdik. Yeni konstitusiyanın 8-ci maddəsində də qeyd olunurdu ki, əvvəlki qanunlar konstitusiya ilə ziddiyyət təşkil eləmirsə öz hüquqi qüvvəsini saxlayır. Yəni bu varidata təminat verilməsi haqqında konstitusiya qanunu var. Bu qanunu ləğv eləmədən yeni qanunun qəbul olunması bizim üçün çətinlik yaradacaq. Ona görə ki, konstitusiya qanunu ilə ziddiyyət təşkil edir”.

Q.Həsənquliyev burada narahatlıq doğuran əsas məqamlara aydınlıq gətirdi: “Konstitusiya qanunundan başqa da ciddi problemlər var. Biz, 2016-ci ildə nağdsız ödənişlər haqqında qanun qəbul elədik. Bu il dəyişiklik etdik və 4 min manatdan artıq nağdsız ödənişlər qadağan edildi. Xatırlayırsınızsa, Mərkəzi Bankın keçmiş sədri Elman Rüstəmov çıxış elədi və dedi ki, evlərdə 10 milyard dollardan artıq vəsait var. Bundan sonra səhv etmirəmsə, 7 bank da bağlandı. Bir həftə bundan əvvəl oxudum ki, 7 bankın əmlakı hələ indi özəlləşdirməyə çıxarılır ki, bankda pulları batan insanların vəsaitinin bir hissəsi qaytarılsın. İnsanların banka inamı itib. Biz Beynəlxalq Bankı xatırlayırıq. Bu dövlət bankı idi. Dövlət onun bərpası üçün xeyli vəsait xərclədi. Hansısa dələduzlar 10 milyard dollardan artıq vəsaiti dağıtdılar. Sonradan xalqın pulları hesabına bankın fəaliyyəti bərpa olundu. İnsanların banka inamı yoxdur, ona görə də insanlar pullarını evdə saxlayırlar. Belə olan təqdirdə yeni qanunla 20 min manatdan yuxarı bütün vəsaitlərlə bağlı banklar tərəfindən müştəri uyğunluğu adı altında sənədlər tələb olunacaq ki, onun mənbəyini göstər. Biz bilrik ki, bu yol əslində korrupsiyanın qarşısını almayacağıq. Əslində korrupsiya daha da çiçəklənəcək. Bunun nümunəsini də göstərmək istəyirəm. Vaxtilə qanun qəbul elədik ki, hər ay heç bir şəxs 30 min manatdan artıq bank hesabından vəsait çıxara, nağdlaşdıra bilməz. Burada kommersiya ilə az-çox əlaqəsi olan şəxslərin hər biri bilirlər və istənilən sahibkarlardan soruşsanız aydın olacaq ki, o məbləği nağdlaşdırmaqla bağlı heç bir problem yoxdur. Digər toxunulamz şəxslərlə cinayət əlaqəsinə girirlər, köçürmələr edir, saxta müqavilələr bağlayırlar. Sadəcə olaraq bu zaman qazanclarının 10-15 faizini itirirlər. İndi də nə olacaq. Ona gətirib çıxaracaq ki, kimsə ev, avtomobil almaq istəyirsə, notariusa gedəcək, hansısa bankla danışacaq və orada ona deyəcəklər ki, danlşdığınız məbləğin 10 faiz artığını verin ki, sizdən evin, avtomobilin pulunu haradan aldığınızı tələb etməyək”.

Deputat başqa məsələyə də toxunmaq istədiyini söylədi: “Yaxşı olardı ki, bura İqtisadiyyat Nazirliyinin nümayəndələri də gəlib, ölkədə kölgə iqtisadiyyatı ilə bağlı aydınlıq gətirsinlər ki. Bir çox iqtisadçı ekspertlər bu barədə fikir bildirirlər. Məsələn biri kölgə iqtisadiyyatının həcmi 65 faiz, digəri daha çox olduğunu deyir və s. Bu qədər böyük bir kölgə iqtisadiyyatının olduğu ölkədə-müəllimlər repititroluqla, həkimlər daha çox xəstələrin ödədiyi pulla yaşayırlar –yəni belə bir vəziyyətdə biz bunu bura daxil edəcəyiksə, səmimiyyətlə deyirəm ki, böyük bir narazılığa yol açacağıq. Bizim cəmiyyətimiz, ölkədə mövcud iqtisadi münasibətlər sistemi hələ imkan vermir ki, bu normanı daxil edək. Həm də hesab etmirəm ki, dövlət hal hazırda bütün vətəndaşlarına şübhə ilə yanaşmalıdı. Biz ora daxil edə bilərik ki, məsələn şübhə yarandıqda onun mənbələri barədə arayış tələb oluna bilər. Ucdantutma hamıdan bu tələb olunsa doğru olmaz və ciddi problemlər yaradacaq”.(musavat)

Previous Post

Qüdrət Həsənquliyev: “Hansısa dələduzlar 10 milyard dollardan artıq vəsaiti dağıtdılar”

Next Post

Lukaşenko: “Belarus və Rusiyanın birgə qaz bazarı iflasa uğrayıb”

Bənzər yazılar

ÜST ölümcül Ebola virusu barədə xəbərdarlıq edir!

ÜST ölümcül Ebola virusu barədə xəbərdarlıq edir!

04 İyun 2026 - 11:15

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Konqo Demokratik Respublikasında Ebola epidemiyasının rəsmi olaraq elan edilməzdən aylar əvvəl başlamış ola biləcəyini açıqladı. Mütəxəssislər...

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi vəfat edib

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi vəfat edib

03 İyun 2026 - 21:37

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi Rövşən Muradov vəfat edib. Elchi.az xəbər verir ki, bu barədə mərkəzin "X" sosial şəbəkə...

Tramp: “İsraili potensial məhv olmaqdan xilas etdim”

Tramp: “İsraili potensial məhv olmaqdan xilas etdim”

03 İyun 2026 - 16:18

ABŞ prezidenti Donald Tramp iddia edib ki, İrana qarşı hərbi əməliyyata başlamaq qərarı İsraili potensial məhv olmaqdan xilas edib. Elchi.az...

Ağır atletika həqiqətən ömrü uzada bilərmi?

Ağır atletika həqiqətən ömrü uzada bilərmi?

03 İyun 2026 - 10:16

Yeni tədqiqatlar göstərir ki, həftədə 90-120 dəqiqə ağırlıq qaldırma məşqləri etmək vaxtından əvvəl ölüm riskini əhəmiyyətli dərəcədə azalda bilər. Elchi.az...

Next Post
Lukaşenko: “Belarus və Rusiyanın birgə qaz bazarı iflasa uğrayıb”

Lukaşenko: "Belarus və Rusiyanın birgə qaz bazarı iflasa uğrayıb"

Lukaşenko: “Belarus və Rusiyanın birgə qaz bazarı iflasa uğrayıb”

Lukaşenko: "Belarus və Rusiyanın birgə qaz bazarı iflasa uğrayıb"

Son xəbərlər

Qətər Əmiri İlham Əliyevə təbrik məktubu ünvanladı

Qətər Əmiri İlham Əliyevə təbrik məktubu ünvanladı

04 İyun 2026 - 18:35
Voleybol millimiz Avropa Liqası öncəsi məşqdə – FOTOLAR

Voleybol millimiz Avropa Liqası öncəsi məşqdə – FOTOLAR

04 İyun 2026 - 18:23
Xorvatiyada təyyarə qəzaya uğrayıb: Həlak olanlar var

Xorvatiyada təyyarə qəzaya uğrayıb: Həlak olanlar var

04 İyun 2026 - 18:14
“Qəbələ” kapitanı ilə yolları ayırdı

“Qəbələ” kapitanı ilə yolları ayırdı

04 İyun 2026 - 18:00
“Karvan-Yevlax” legioneri ilə vidalaşdı

“Karvan-Yevlax” legioneri ilə vidalaşdı

04 İyun 2026 - 17:49
Rusiyadan yeni təklif: Azərbaycan istəsə, biz hazırıq

Rusiyadan yeni təklif: Azərbaycan istəsə, biz hazırıq

04 İyun 2026 - 17:35
İran XİN: ABŞ-la razılaşma mətninin üzərində işlər hələ də davam edir

İran XİN: ABŞ-la razılaşma mətninin üzərində işlər hələ də davam edir

04 İyun 2026 - 17:28
Ukraynada yenidən nüvə silahı iddiası: “Biz bunu edə bilərik”

Ukraynada yenidən nüvə silahı iddiası: “Biz bunu edə bilərik”

04 İyun 2026 - 17:20
Anar Əliyev BƏT-in Baş direktoru ilə görüşüb

Anar Əliyev BƏT-in Baş direktoru ilə görüşüb

04 İyun 2026 - 17:11
Ötən ay Bakı Limanında 812 min tondan çox yük aşırılıb

Ötən ay Bakı Limanında 812 min tondan çox yük aşırılıb

04 İyun 2026 - 16:56
“Bayer”də yeni baş məşqçi

“Bayer”də yeni baş məşqçi

04 İyun 2026 - 16:48
Bakıda TDT-yə üzv ölkələrin mərkəzi banklarının Şurasının növbəti toplantısı keçirilir

Bakıda TDT-yə üzv ölkələrin mərkəzi banklarının Şurasının növbəti toplantısı keçirilir

04 İyun 2026 - 16:40
Aİ Çin şirkətlərini hədəf alıb

Aİ Çin şirkətlərini hədəf alıb

04 İyun 2026 - 16:32
Azərbaycan millisinin Avropa Liqası üçün heyəti açıqlandı

Azərbaycan millisinin Avropa Liqası üçün heyəti açıqlandı

04 İyun 2026 - 16:24
“Şahdəniz 2” ildə 17 milyard kubmetr qaz hasil edir

“Şahdəniz 2” ildə 17 milyard kubmetr qaz hasil edir

04 İyun 2026 - 16:17
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  
« May    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.