"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MANŞET

Qüdrət Həsənquliyev: “Putinin ABŞ-dan narahatlığı yoxdur”

16 Avqust 2025 - 12:02
in MANŞET

Qudret bey

FacebookVatsap

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev Moderator.az saytının suallarını cavablandırıb.

Bunu da oxuyun

Aİ Makronun gedişindən sonra Avropa Birliyinin ləğvini gözləyir

Stiv Uitkoff və Cared Kuşner Rusiyaya səfər ediblər

Kallas Avropanı Rusiyaya qulaq asmamağa çağırıb

Elchi.az həmin müsahibəni təqdim edir:

– Qüdrət bəy, xahiş edirik Putinlə Trampın  görüşünün nəticələrini şərh edəsiniz.

– Təəssüf ki, atəşkəsə nail olunmadı, müharibə dəhşətləri baş verməkdə davam edəcək. Mənim kimi çoxları ümid edirdi ki, ola bilsin Trampın Nobel sülh mükafatı almaqla mövqelərinin gücləndirilməsi üçün Putin güzəştə gedib müvəqqəti atəşkəsə razı ola bilər. Amma belə görsənir ki, Putin daha məlumatlı şəxs kimi hələ Trampın hakimiyyəti üçün təhlükə görmür. Eks-prezidentlər Klinton, bala Buş, Bayden, Obama da daxil olmaqla  ABŞ -nin hər iki aparıcı partiyasında Putinə pərəstiş edən çoxlu insanlar var. Açıq-aydın görsənən odur ki, Rusiya zamanında ABŞ-də prezidentliyə real iddiaçılarla, ölkənin siyasətinin müəyyənləşməsində əsas rol oynayan əksər siyasətçilərlə  qarşılıqlı – faydalı əlaqələr qura bilib. Ona görə Putinin ABŞ-dən narahatlığı yoxdur, xüsusilə Trampdan. Putin hərdən elə – belə xatırlatmır ki, Trampın seçilməsi üçün çox dua edib. Bəlli oldu ki, Putin  limuzində ABŞ prezidentinə ev tapşırıqları vermək və dünyaya Rusiyanın təcrid olunmasının mümükün olmadığını nümayiş etdirmək, Trampı Rusiya neftini alanlara sanksiya tətbiq etməkdən  yayındırmaq üçün  ona Alyaskada görüşməyi təklif edib.  Bu görüşdən sonra Tramp Zelenskiyə və Avropa liderlərinə daha alçaldıcı sülh təkliflərini (əslində kapitulyasiya aktını) qəbul etdirmək üçün cidd-cəhdlə çalışacaq , onlara təzyiqi daha da artıracaq. Bilirsiniz, müharibənin bitməsini həm də Rusiya neftini alan Çin və Hindistan kimi böyük dövlətlər də istəməlidir. Çin Ukraynanın ərazi bütövlüyünü bərpa etməsini Rusiyanın məğlubiyyəti hesab edir və buna imkan verməyəcəyini deyir. Müharibənin davam etməsi həmin ölkələrə ucuz neft almağa, öz məhsullarını isə sərfəli qiymətlərlə Rusiyaya satmağa imkan yaradır. Həmişə söyləyirəm ki, Ukraynanı bir dövlət kimi məhv olmaqdan ABŞ xalqı xilas edə bilər. Xalq ayağa qalxıb Trampdan tələb etsə ki, ya istefaya gedəcəksən, ya da Ukraynaya kömək edəcəksən,  o halda Putin Trampı qorumaq üçün müəyyən güzəştə gedə bilər. Amma bunun üçün xalqı kim səfərbər edəcək , əgər siyasi elita Rusiyanı sevirsə. Avropa liderləri də  ABŞ xalqına açıq çağırışlar edə bilər. Amma onlar da Putinin və Trampın qorxusundan bunu edə bilərlərmi? Həm də onların da sırasında Putinə pərəstiş edən çoxlu adam var. Rusiyanın təbii sərvətlərindən çoxları pay almaq istəyir.

– Britaniya ,Almaniya və Fransanın müharibəyə qatılma ehtimalı nə qədərdi?

– Bu ehtimal sıfıra bərabərdir. Onlar Ukraynaya sahib olduqları müasir silahları verməkdən belə çəkinirlər, qaldı müharibəyə qatılsınlar. Ukraynanın xilası üçün  sözün həqiqi mənasında yalnız möcüzə baş verməlidir.

– Bu möcüzə nə ola bilər?

– Dünyada bütün böyük dövlətlərin liderlərinin  ləyaqətli olub beynəlxalq hüquqa və ölkələrinin öhdəliklərinə əməl etməsi, NATO-nun Ukrayna tərəfindən müharibəyə qatılması…

Previous Post

Axios: Zelenski Vaşinqtonda Trampla görüşməyi planlaşdırır

Next Post

Zelenski avqustun 18-də Vaşinqtona səfər edəcək

Bənzər yazılar

Aİ Makronun gedişindən sonra Avropa Birliyinin ləğvini gözləyir

Aİ Makronun gedişindən sonra Avropa Birliyinin ləğvini gözləyir

12 Noyabr 2026 - 15:42

Bəzi avropalı diplomatlar və rəsmilər noyabrın 12-də Dublində iclası açılacaq Avropa Siyasi Birliyinin Fransa prezidenti Emmanuel Makronun 2027-ci ildə vəzifəsini...

Stiv Uitkoff və Cared Kuşner Rusiyaya səfər ediblər

Stiv Uitkoff və Cared Kuşner Rusiyaya səfər ediblər

12 Noyabr 2026 - 09:59

ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və ABŞ Prezidentinin kürəkəni Cared Kuşner Moskvaya səfər ediblər. Elchi.az xəbər verir ki, Kirill...

Kallas Avropanı Rusiyaya qulaq asmamağa çağırıb

Kallas Avropanı Rusiyaya qulaq asmamağa çağırıb

11 Noyabr 2026 - 16:00

Avropa diplomatiyasının rəhbəri Kaya Kallas bildirib ki, Avropa Rusiyanın təhlükəsizlik narahatlığına qulaq asmamalıdır. Elchi.az xəbər verir ki, Kallas bu barədə...

“Hərbçilərimizə, şəhid ailələrinə diqqəti artırmalıyıq” – Qüdrət Həsənquliyev

“Hərbçilərimizə, şəhid ailələrinə diqqəti artırmalıyıq” – Qüdrət Həsənquliyev

11 Noyabr 2026 - 15:44

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkil Qüdrət Həsənquliyev Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və...

Next Post

Zelenski avqustun 18-də Vaşinqtona səfər edəcək

Gələn həftədən MİQ üzrə müsabiqənin müsahibə mərhələsi başlayır

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

Tramp: ABŞ-ın artıq İranla razılaşmaya ehtiyacı yoxdur

Tramp: ABŞ-ın artıq İranla razılaşmaya ehtiyacı yoxdur

12 Noyabr 2026 - 17:40
Meksika miqrantların qarşısını almasa, Tramp gömrük rüsumlarını ikiqat artıracaq

Meksika miqrantların qarşısını almasa, Tramp gömrük rüsumlarını ikiqat artıracaq

12 Noyabr 2026 - 17:26
Hürmüz boğazında gamilərə edilən hücumların sayı artmaqda davam edir

Hürmüz boğazında gamilərə edilən hücumların sayı artmaqda davam edir

12 Noyabr 2026 - 17:18
Bakıda külək güclənəcək – XƏBƏRDARLIQ

Bakıda külək güclənəcək – XƏBƏRDARLIQ

12 Noyabr 2026 - 17:08
Prezident İlham Əliyev Dublində Maya Sandu ilə görüşüb

Prezident İlham Əliyev Dublində Maya Sandu ilə görüşüb

12 Noyabr 2026 - 16:57
Azərbaycan-Türkiyə-Gürcüstan MMU rektorlarının üçtərəfli görüşü keçirilib

Azərbaycan-Türkiyə-Gürcüstan MMU rektorlarının üçtərəfli görüşü keçirilib

12 Noyabr 2026 - 16:45
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edir

Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edir

12 Noyabr 2026 - 16:39
Azərbaycan boksçusu Olimpiya Oyunlarında gümüş medal qazanaraq ilkə imza atdı

Azərbaycan boksçusu Olimpiya Oyunlarında gümüş medal qazanaraq ilkə imza atdı

12 Noyabr 2026 - 16:28
Masallıda gənclərin sahibkarlıq potensialının inkişafına yönələn təlim təşkil olunub

Masallıda gənclərin sahibkarlıq potensialının inkişafına yönələn təlim təşkil olunub

12 Noyabr 2026 - 16:19
Mask Nvidia rəhbərini işə götürməyi şərəf adlandırıb

Mask Nvidia rəhbərini işə götürməyi şərəf adlandırıb

12 Noyabr 2026 - 16:00
Azərbaycanda taksilərlə bağlı gözlənilən qərar – 18 manat…

Azərbaycanda taksilərlə bağlı gözlənilən qərar – 18 manat…

12 Noyabr 2026 - 15:51
Aİ Makronun gedişindən sonra Avropa Birliyinin ləğvini gözləyir

Aİ Makronun gedişindən sonra Avropa Birliyinin ləğvini gözləyir

12 Noyabr 2026 - 15:42
Prezident Dublindəki Konqres Mərkəzinə gəldi – VİDEO

Prezident Dublindəki Konqres Mərkəzinə gəldi – VİDEO

12 Noyabr 2026 - 15:32
İctimai nəqliyyata ayrılan 155 milyon pul xərclənməyib

İctimai nəqliyyata ayrılan 155 milyon pul xərclənməyib

12 Noyabr 2026 - 15:30
Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın sədri dəyişib

Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın sədri dəyişib

12 Noyabr 2026 - 15:23
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
« Okt    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.