Noyabrın 12-də amerikalı iş adamı İlon Mask “Nvidia”nın baş direktoru Censen Huanqı şirkətlərindən birinə işə götürməkdən şərəf duyacağını bəyan edib.
Elchi.az xəbər verir ki, Mask “X” sosial media platformasında (keçmiş Twitter) bir izləyicinin Huang’ı işə götürmək çağırışına “Bu, şərəf olardı” cavabını verib.
Noyabrın 7-də Huang Nvidia-nın direktorlar şurasına ABŞ kəşfiyyatının Pekin üçün məlumat toplamaqda şübhəli olduğu bir qadınla intim münasibətdə olduğunu etiraf edib. Sözügedən qadın ABŞ kəşfiyyat orqanlarının Çin kəşfiyyatı ilə əlaqəsi olduğuna inandığı Elis Huanqdır. Qısa müddət sonra, noyabrın 8-də Nvidia-nın idarə heyəti müstəqil araşdırmaya başladı.
Yeganə





















