"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home aktual-banner

Qüdrət Həsənquliyev: “Zamanı gələndə onları ifşa edəcəyəm”

07 May 2018 - 13:35
in aktual-banner, Banner, Cebhe-banner, GÜNDƏM, MANŞET
FacebookVatsap

Bunu da oxuyun

Sabah Bakı və Lənkəranın bir sıra ərazilərində işıq olmayacaq

Tatarıstanda həkimlər üçün süni intellekt köməkçisi yaradılacaq

ÜST ölümcül Ebola virusu barədə xəbərdarlıq edir!

“Cəmiyyəti inkişafın yeni mərhələsinə keçirmək istəyiriksə, islahatlar əmək haqqından başlamalıdır”

Deputat, BAXCP sədri Qüdrət Həsənquliyevin Milli Məclisin ötən iclasındakı çıxışı geniş rezonansa səbəb oldu. Azərbaycanla region ölkələrini müqayisə edən deputat ölkəmizdə orta aylıq əmək haqqının aşağı olmasından bəhs edib ciddi təkliflər irəli sürdü. Ancaq bu çıxışdan keçən günlər ərzində partiya sədrinin deputatların maaşını 8 min manata çatdırmaqla bağlı fikirləri daha çox müzakirə olundu və tənqid hədəfinə çevrildi. “Yeni Müsavat”ın suallarına cavabında BAXCP sədri sözügedən çıxışla bağlı məram və məqsədini geniş açıqladı:

– Əslində mənim dediklərim ona yönəlmişdi ki, ölkədə düzgün əməkhaqqı siyasəti yürüdülməlidir. Nə qədər ki, dövlət adamları, məmurlar, qanunverici hakimiyyətin, məhkəmə hakimiyyətinin üzvləri, hüquq-mühafizə orqanlarının əməkdaşları aldıqları maaşla ləyaqətli həyat sürə bilməyəcəklər, ölkədə korrupsiyaya qarşı effektli mübarizə aparmaq mümkün olmayacaq. Ona görə ki, həmin o məmur, yaxud nəzarətedici şəxs hansısa digər məmurun dövlət əmlakını mənimsəməsinə, rüşvət almasına göz yumacaq. Bununla da çalışacaq ki, digər məmur qanunsuz əldə etdiyi gəlirlərdən ona da versin və o da normal həyatını qura bilsin. Mən çıxışımda Sinqapuru nümunə göstərdim ki, o vaxt Sinqapur möcüzəsinin banisi Li Kuan bu ölkədə islahatlara başlayanda ilk növbədə məmurların illik maaşını 2,2 milyon dollardan başladı. Bu da Sinqapur dollarından ABŞ dollarına çevirəndə təqribən 160-180 min dollarlıq aylıq maaş demək idi. O dövrdə ona bu haqda sual verəndə demişdi ki, əgər biz məmurlara ildə 2 milyon maaş verməsək, əvəzində ayda 10 milyon, bəlkə daha çox oğurlayacaqlar. Belə olduğu halda o pulları sadə vətəndaşlardan oğurlayacaqlar, yaxud rüşvət alacaqlar. İkincisi də korrupsiya iqtisadiyyatı inkişaf etdirməyə imkan verməyəcək. İqtisadiyyat inkişaf etmədiyi təqdirdə də sadə insanların maaşı, təqaüdləri qalxmayacaq. Ona görə mən çıxışımda da dedim ki, bəzi şəxslər deputatların maaşının artmasından narahat olacaqlar, amma xalqa izah etmək lazımdır ki, Sinqapurda nazirin maaşı 100 min ABŞ dolları olandan sonra orta aylıq əmək haqqı da qalxdı, oldu 58 min dollar. Ona görə də hesab edirəm ki, bu gün nazir 10 min dollar alsa, Azərbaycanda orta maaş alan adam 5 min manat alacaq.

– Qüdrət bəy, siz buna əminsinizmi ki, o halda sadə insan da dediyiniz miqdarda maaş alacaq?

– Bəli, ümid edirəm ki, alacaq. Məmura normal əməkhaqqı verib sonra ondan tələb etmək lazımdır ki, düz işlə. Yoxsa məmura çox aşağı məbləğdə maaş verib ondan düz işləməyi tələb etmək heç bir effekt verməyəcək. Ola bilsin ki, gözdən pərdə asmaq üçün bir-iki nəfəri məsuliyyətə də cəlb etmək olar, yaxud korrupsiya və rüşvətxorluğa qarşı mübarizənin aparıldığı görüntüsünü yaratmaq olar. Amma kütləvi şəkildə məmurlar, dövlət adamları aldıqları maaşla dolana bilmirləsə, onlar əlavə gəlir mənbələri haqda düşünəcəklər. Azərbaycanda hamı başa düşür ki, indiki maaşla yaşamaq çox çətindir. Ona görə mən dedim ki, biz islahatları dərinləşdirmədən, həmçinin əməkhaqqı siyasətinə yenidən baxmadan ciddi irəliləyişlərə nail ola bilməyəcəyik.

– Əlləri korrupsiya və rüşvətə bulaşan şəxslərin aylıq maaşa ehtiyacı varmı? Yaxud maaş artımı vəziyyəti dəyişəcəkmi?

– Söhbət korrupsiyaya bulaşanlardan getmir. Cəmiyyətdə dəniz kimi, içəridən təmizlənmə prosesi getməlidir. Son vaxtlar görürsünüz ki, nazirlər dəyişir, yeni kadrlar təyin olunur. Mən demirəm ki, bu, bir günün işidir, yaxud deputatın, ya nazirin əməkhaqqını qaldırmaqla hər şey düzələcək. Yox, bu, başlanğıcdır. Mən hesab edirəm ki, hökumətin üzvləri içərisində böyük əksəriyyət normal maaş alacaqlarsa, o maaşla öz həyatlarını qura biləcəklərsə, onlar əlavə gəlirlər, oğurluq, rüşvət, dövlət əmlakını mənimsəmək haqqında düşünməyə risk eləməyəcəklər. Əgər biz cəmiyyəti inkişafın yeni mərhələsinə keçirmək istəyiriksə, islahatlar əməkhaqqından başlamalıdır.

– Deputat həmkarınız Araz Əlizadə bir sual verdi ki, kim bir ayda 52 manata dolana bilərsə, əlini qaldırsın? Bu gün 52 manat təqaüd alan insanlar varsa, yüksək məbləğ qıcıq doğurur…

– Təbii ki, söhbət tək nazir, ya deputatın maaşının artırılmasından getmir. Həkimlərin aldığı maaş simvolikdir, 150-200 manatdır. Bu adamları xalq dolandırmasa, faktiki surətdə aldıqları o əməkhaqqı ilə yaşamaları mümkün deyil. Mən də məsələ qaldırdım ki, nə vaxta qədər insanlar kənar gəlir mənbələri barədə düşünəcəklər? Məmur da vaxtının bir hissəsini bu məsələyə sərf edir, yaxud özünün biznesini qurmağa, yaxud rüşvət almağa məcburdur. Ona görə də biz artıq bu istiqamətdə islahatlara başlamalıyıq. İkincisi də götürək elə qonşu dövlətləri… Elə Rauf bəyin (baş redaktorumuz -E.P.) də bu barədə açıqlaması var idi ki, Türkiyədə millət vəkilləri 12 min manat maaş alır. 2014-cü ildə, Krımın işğalına qədər Rusiyanın deputatları NATO Parlament Assambleyasında assosiativ üzv kimi iştirak edirdilər.  O zaman mən onlardan nə qədər maaş aldıqlarını soruşmuşdum. Onlar dollar ekvivalenti ilə söyləmişdilər ki, biz 10 min dollar alırıq. Bu yaxınlarda isə hörmətli akademikimiz Kamal Abdulla Xarici Dillər Universitetində tədbir keçirirdi, orda Rusiya Dumasının bir üzvü də iştirak edirdi. Elmira xanım ondan maaşının miqdarını soruşanda dedi ki, devalvasiyadan, rubl dəyərini itirəndən sonra 6 min dollar alırıq.

“Orta aylıq əməkhaqqı 500 manatdırsa və deputatın da maaşı birdən-birə 8 min olursa, bu, əlbəttə ki, qıcıq doğuracaq”

– Bizdə isə sonuncu 10 faizlik artımla deputat maaşı 2250 manat oldu, eləmi?

– Bəli. Bu, olduqca az bir vəsaitdir. Mən iclasda da dedim ki, dəqiq bilmirəm, amma aldığım məlumata görə, Prezident Administrasiyasında şöbə müdiri Milli Məclisin rəhbərliyindən çox maaş alır. Halbuki məhkəmə kimi, Milli Məclis də hakimiyyətin müstəqil qanadıdır. Təbii ki, dövlət başçısını çıxmaq şərtilə. Çünki dövlət başçısı icra qanadının başçısı olmaqla yanaşı, həm də dövləti təmsil edir. Amma necə ola bilər ki, Administrasiyada şöbə müdiri Milli Məclisin rəhbərliyindən çox əmək haqqı alsın? Yəni burada nizam-intizam yaratmaq, yeni bir siyasət müəyyənləşdirmək lazımdır. Özü də maaşları qanunlarla müəyyənləşdirmək lazım deyil. Deyək ki, hər dəfə devalvasiya oldu, yaxud inflyasiya olandan sonra biz gərək ombudsmanın əməkhaqqını artırmaq üçün hər dəfə Konstitusiya qanunu qəbul edək. Bununçün ayrıca bir qanun qəbul etmək lazımdır. Yəni əmək haqlarını indeksləşdirək və bununla bağlı olaraq hər dəfə qanunlara xüsusi düzəlişlər etməyə ehtiyac qalmasın. İnsanların qanunlar çərçivəsində yaşamasını təmin etmək üçün, xüsusilə də dövlət adamlarının, onlara normal maaş vermək lazımdır. Ona görə də səhiyyə obyektləri özəlləşdirilməli, icbari tibbi sığorta nəhayət, tətbiq olunmalıdır.

– Bunu əvvəlki parlament çıxışlarınızda, elə son prezident seçkisi ilə bağlı teledebatlarda da demişdiniz. Prezident özü isə seçkidən sonra bildirdi ki, bir sıra təkliflər nəzərə alınacaq. Necə bilirsiniz, nəzərə alınacaq təkliflərin sırasında bunlar da ola bilərmi?

– Mən ümid edirəm. Bizneslə sahibkarlar məşğul olmalı, onlar vergi ödəməlidir. Dövlət özünə lazım olan işi gördürmək üçün həmin ayrı-ayrı fəaliyyət növü ilə məşğul olan, yaxud xidmət sahəsində olan şirkətlərə sifariş verməlidir, onlarla müqavilə bağlayıb işi gördürməlidir. Məsələn, niyə Bakının küçələrini Bakı Şəhər İcra Hakimiyyətinin tərkibində olan hansısa bir dövlət qurumu süpürtdürməlidir? Amma əslində İcra Hakimiyyəti hansısa şirkətlə müqavilə bağlamalıdır, küçənin təmizliyinə görə o məsuliyyət daşımalıdır, yumalı, təmizləməlidir və büdcədən də onun pulu ödənilməlidir. Mənzil təsərrüfat idarələri, “Azərsu”, “Azərenerji”, “Azəriqaz” kimi xidmət sahələri özəlləşdirilməlidir. Ona görə ki, o xidmət sahələrinin yenidən qurulmasına böyük məbləğdə pullar lazımdır. Prezident seçkisində də dedim ki, təkcə Bakı şəhərində köhnəlmiş qaz kəmərlərinin dəyişdirilməsinə 1 milyard dollara yaxın vəsait lazımdır. Hazırda dövlətin bu vəsaiti qoymağa imkanı yoxdur. Ona görə də bu sahəni 99 illiyə hansısa şirkətə, əməli idarəetməyə vermək olar. Azərbaycanda bir vaxt “Barmek” nümunəsi də olub. Dövlət yavaş-yavaş biznes fəaliyyətindən azad olunmalı, tənzimləyici funksiyanı yerinə yetirməli və qanunlar qəbul etməklə iş adamlarının, biznes adamlarının önünü açmalıdır ki, həm Azərbaycana xarici investisiyalar cəlb olunsun, xaricdən sahibkarlar gəlsinlər, ölkəmizə investisiya qoysunlar. Bunun üçün də vergi yükü azaldılmalıdır və qanunun aliliyi təmin olunmalıdır. Xarici sahibkar bilməlidir ki, burada onun mülkiyyəti, əmlakı qanunla ciddi şəkildə qorunur və heç kim onun əmlakına toxuna bilməyəcək.

– Amma sizin digər dedikləriniz arxa plana keçidi və həm mətbuatda, həm sosial mediada daha çox deputatların maaşı ilə bağlı təklifinizdən danışıldı, sərt şəkildə tənqid olundunuz…

– Məqsədyönlü şəkildə bir qrup yaramaz insan məsələni bu cür təqdim etdilər ki, Qüdrət Həsənquliyev deyib deputatların əmək haqqı artırılsın. Halbuki, mən orda orta əmək haqqının 5 minə qədər qaldırılmasını təklif etmişdim. Yəni əgər nazir 10 min alacaqsa, orta aylıq əməkhaqqı 5 min olacaq. İndi tutaq ki, orta aylıq əmək haqqı ilə nazirin maaşı arasındakı fərq 4-5 dəfədir. Amma mənim irəli sürdüyüm təklifdə nazirin də maaşı qalxır, orta aylıq maaş da qalxır. 5 min manat alan vətəndaş öz həyatını kifayət qədər yaxşı qura biləcək. Orta aylıq əmək haqqından söhbət gedir, bura müəllim də, həkim də, dövlət qulluğunda, biznes strukturlarında olanlar və s. də aiddir. Əlbəttə, orta aylıq əmək haqqı 500 manatdırsa və deputatın da maaşı birdən-birə 8 min olursa, bu, əlbəttə, qıcıq doğuracaq.

– Geniş rezonansa səbəb olan bu çıxışınıza məmur təbəqəsindən hansısa reaksiya verildimi? Onlar necə, məmnun qaldılarmı?

– Yox, reaksiya olmadı. Mən hesab edirəm ki, ağlı başında olan hər bir azərbaycanlı mənim çıxışımı normal qarşılamalı idi. Kim istəməz ki, ölkədə hamının əmək haqqı yüksəlsin? Sadəcə olaraq bizdə jurnalistikada da, siyasətdə də yaramaz ünsürlər var. Onlar ayrı-ayrı sifarişlərlə, bəziləri reketlik naminə, utanmadan, öz peşələrinə xəyanət edərək, informasiyanı birtərəfli çatdırdılar. Açıq deyək, cəmiyyətdə də siyasi mədəniyyət yüksək olmadığından, həm də biz  emosional xalq olduğumuzdan yazılmış informasiyanın nə dərəcədə doğru olduğunu araşdırmadan, mənim çıxışımın tam mətni ilə tanış olmadan, başladılar ki, bəs, bu nədir, orta aylıq əmək haqqı 500 manatdır, Qüdrət Həsənquliyev deyir deputatın maşı 8 min manat olsun? Bəziləri hətta bütün ədəb-ərkanı unudaraq təhqirə keçdilər. Əlbəttə, bütün cəmiyyətlərdə olduğu kimi, bizim də cəmiyyətimizdə əxlaqsız, namussuz, tərbiyəsiz elementlər var. Namuslu adam söyüş söyməz. Kimsə söyüş  söyürsə, təhqirə keçirsə, bilin ki, o, namussuz insandır. Namussuz insanlara da mənim baş qoşmağıma dəyməz. Amma siz özünüz parlament müxbiri olaraq şahidsiniz, özümü tərifləmirəm, amma o parlamentdə sadə insanların hüquq və azadlıqlarının qorunması ilə bağlı ən fəal mübarizə aparan insanlardan biri hesab edirəm ki, mənəm. Elə son iclasda da mən əlillərlə bağlı məsələ qaldırdım ki, prezidentin təsdiq etdiyi Dövlət Proqramı var, 2014-2018-ci illərdə 5700-dən artıq əlilin mənzillə təmin olunması vəzifəsi qoyulub. İl başa çatır və mən nazir müavini Natiq müəllimə sual verdim ki, 5700-dən artıq insanın neçəsinə mənzil verilib, neçəsinə verilməyib? Amma o, bu suala cavab vermədi. Mən büdcənin müzakirələrində də hər zaman pensiyaların, əmək haqqının azlığından, müəllimlərin, həkimlərin maaşının aşağı olmasından danışmışam, amnistiya, əfvlə, milli barışıqla bağlı məsələlər qaldırmışam. Ona görə də açığı, son dərəcədə vicdansız, ləyaqət hissini itirmiş adamlar mənə o formada hücum edə bilərdilər ki, bu da təşkil olunmuş məsələ idi. Bu, bəzi yüksək dairələrdən qaynaqlanır, hələlik bu barədə geniş danışmaq istəmirəm. Yəqin ki, zamanı gələndə həmin insanları necə lazımdırsa, ifşa edəcəyəm.

Previous Post

Qüdrət Həsənquliyev: “Zamanı gələndə onları ifşa edəcəyəm”

Next Post

Bu gün Yerevanda növbəti mitinq keçiriləcək

Bənzər yazılar

Sabah Bakı və Lənkəranın bir sıra ərazilərində işıq olmayacaq

Sabah Bakı və Lənkəranın bir sıra ərazilərində işıq olmayacaq

04 İyun 2026 - 23:28

Sabah Bakı və Lənkəranın bir sıra ərazilərində işıq olmayacaq. Bu barədə Elchi.az "Azərişıq" ASC-yə istinadən xəbər verir. İyunun 5-də Nizami...

Tatarıstanda həkimlər üçün süni intellekt köməkçisi yaradılacaq

Tatarıstanda həkimlər üçün süni intellekt köməkçisi yaradılacaq

04 İyun 2026 - 19:11

Tatarıstanda ilkin səhiyyə sahəsində çalışan həkimlər üçün süni intellekt (Sİ) əsaslı köməkçinin yaradılması planlaşdırılır. Elchi.az xəbər verir ki, bu barədə...

ÜST ölümcül Ebola virusu barədə xəbərdarlıq edir!

ÜST ölümcül Ebola virusu barədə xəbərdarlıq edir!

04 İyun 2026 - 11:15

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Konqo Demokratik Respublikasında Ebola epidemiyasının rəsmi olaraq elan edilməzdən aylar əvvəl başlamış ola biləcəyini açıqladı. Mütəxəssislər...

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi vəfat edib

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi vəfat edib

03 İyun 2026 - 21:37

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi Rövşən Muradov vəfat edib. Elchi.az xəbər verir ki, bu barədə mərkəzin "X" sosial şəbəkə...

Next Post
Bu gün Yerevanda növbəti mitinq keçiriləcək

Bu gün Yerevanda növbəti mitinq keçiriləcək

Bu gün Yerevanda növbəti mitinq keçiriləcək

Bu gün Yerevanda növbəti mitinq keçiriləcək

Son xəbərlər

Rusiya lideri İrana humanitar yardımın çatdırılmasında köməyə görə Azərbaycan rəhbərliyinə minnətdarlıq edib

Rusiya lideri İrana humanitar yardımın çatdırılmasında köməyə görə Azərbaycan rəhbərliyinə minnətdarlıq edib

04 İyun 2026 - 23:32
Sabah Bakı və Lənkəranın bir sıra ərazilərində işıq olmayacaq

Sabah Bakı və Lənkəranın bir sıra ərazilərində işıq olmayacaq

04 İyun 2026 - 23:28
ABŞ dövlət katibi və Küveytin XİN rəhbəri İran ətrafındakı vəziyyəti müzakirə ediblər

ABŞ dövlət katibi və Küveytin XİN rəhbəri İran ətrafındakı vəziyyəti müzakirə ediblər

04 İyun 2026 - 23:25
Milatoviç: Bizim vəzifəmiz vətəndaşların Avropa dəyərlərinə uyğun bir dövlətdə yaşamasıdır

Milatoviç: Bizim vəzifəmiz vətəndaşların Avropa dəyərlərinə uyğun bir dövlətdə yaşamasıdır

04 İyun 2026 - 22:12
Rusiyanın Sumı vilayətinə hücumu nəticəsində 2 nəfər ölüb, 4 nəfər yaralanıb

Rusiyanın Sumı vilayətinə hücumu nəticəsində 2 nəfər ölüb, 4 nəfər yaralanıb

04 İyun 2026 - 22:07
Dominikanda ilk dəfə Azərbaycanın Müstəqillik Günü qeyd edilib

Dominikanda ilk dəfə Azərbaycanın Müstəqillik Günü qeyd edilib

04 İyun 2026 - 22:05
CENTCOM İran limanlarının blokadası çərçivəsində 127 gəminin istiqamətini dəyişdirib

CENTCOM İran limanlarının blokadası çərçivəsində 127 gəminin istiqamətini dəyişdirib

04 İyun 2026 - 22:03
Azərbaycanda Monteneqronun viza müraciət mərkəzi fəaliyyətə başlayıb

Azərbaycanda Monteneqronun viza müraciət mərkəzi fəaliyyətə başlayıb

04 İyun 2026 - 21:59
Beynəlxalq axtarışda olan şəxs BƏƏ-də tutularaq Azərbaycana ekstradisiya edilib

Beynəlxalq axtarışda olan şəxs BƏƏ-də tutularaq Azərbaycana ekstradisiya edilib

04 İyun 2026 - 21:51
Azərbaycan və İran XİN rəhbərləri regionda təhlükəsizlik məsələlərini müzakirə edib

Azərbaycan və İran XİN rəhbərləri regionda təhlükəsizlik məsələlərini müzakirə edib

04 İyun 2026 - 19:25
Hirkan Milli Parkında narkoplantasiya aşkarlanıb

Hirkan Milli Parkında narkoplantasiya aşkarlanıb

04 İyun 2026 - 19:18
Tatarıstanda həkimlər üçün süni intellekt köməkçisi yaradılacaq

Tatarıstanda həkimlər üçün süni intellekt köməkçisi yaradılacaq

04 İyun 2026 - 19:11
BŞTİ: Sabah bəzi məktəblərdə tədris distant olacaq – SİYAHI

BŞTİ: Sabah bəzi məktəblərdə tədris distant olacaq – SİYAHI

04 İyun 2026 - 19:02
Ceyhun Bayramov Braziliyanın yeni səfirinin etimadnaməsinin surətini qəbul edib

Ceyhun Bayramov Braziliyanın yeni səfirinin etimadnaməsinin surətini qəbul edib

04 İyun 2026 - 18:56
Leonid Kuçma İlham Əliyevi təbrik etdi

Leonid Kuçma İlham Əliyevi təbrik etdi

04 İyun 2026 - 18:47
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  
« May    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.