"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home GÜNDƏM

Qüdrət Həsənquliyev qanun layihəsi ilə bağlı təkliflərlə çıxış edib

10 Fevral 2026 - 15:03
in GÜNDƏM
FacebookVatsap

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Qüdrət Həsənquliyev parlamentin bu gün keçirilən plenar iclasında çıxış edib, “Uşaq hüquqları haqqında” qanun layihəsinin birinci oxunuşda müzakirəsi zamanı fikirlərini bölüşüb.
Elchi.az xəbər verir ki, millət vəkili bildirib:
“Hörmətli sədr, qonaqlar, həmkarlar! Əlbəttə, qanun layihəsi üzərində böyük iş aparılıb. Mən İşçi Qrupun üzvlərinə minnətdarlığımı bildirirəm. Amma qeyd etmək istəyirəm ki, qanun daha çox deklarativ xarakter daşıyır. Bir çox maddələrdə konkretləşməyə çox böyük ehtiyac var. Misal üçün, qanunda bir çox hallarda dövlətin vəzifələri xüsusilə qeyd olunanda deyilir ki, təhlükəsizliklə bağlı tədbirlər görür, sağlamlıqla bağlı müvafiq proqramlar həyata keçirir, istirahətlə bağlı, o cümlədən digər məsələlərlə bağlı. Amma burada konkretliyə çox böyük ehtiyac var. Mənim sadəcə olaraq qeyd etmək istədiyim birinci oxunuşun tələblərinə uyğun olaraq ondan ibarətdir ki, – əvvəllər də bu məsələni Milli Məclisin iclasında qaldırmışam – Azərbaycanda uşaqların boyu orta Avropa göstəricilərindən aşağıdır və çox təəssüf ki, bu tendensiya davam edir. Əlbəttə, burada genetika çox mühüm rol oynayır, səhiyyə xidməti, o cümlədən fiziki aktivlik. Amma bunlarla yanaşı, ən mühüm məsələ qidalanmadır. Uşaqların lazım olan vitaminlərlə, yüksək kalorili yeməklərlə təmin olunmasında ölkədə ciddi problemlər var. Ona görə də məktəblərdə uşaqlara yemək verilməsinə, özü də keyfiyyətli yemək verilməsinə ehtiyac var. Əlbəttə, ailələrə müəyyən yardımlar edilir, amma valideynlər onu uşaqların qidalanmasına sərf etməyə də bilirlər. Mən əvvəllər də söyləmişəm ki, valideynlər bir çox hallarda uşaqların qidalanmasına sərf edəcəyi vəsaiti kəsib gələcəkdə onlar hansısa peşəyə yiyələnsinlər deyə bunu repetitorlara verirlər ki, uşaqları universitetlərə hazırlasın. Baxmayaraq ki, Azərbaycanda orta təhsil pulsuzdur, amma repetitorsuz universitetlərə daxil olmaq mümkün deyil”.

Bunu da oxuyun

Nikol Paşinyan: “Tramp marşrutu” Azərbaycandan başlayıb Azərbaycanda bitəcək

Zakir Həsənov 13-cü Pekin Syanşan Forumunda iştirak edib

Prezident: Türk dünyası, Qafqaz, İslam aləmi bir yerdə olanda heç kim bizə bata bilməz

Millət vəkili əlavə edib: “Mənim toxunmaq istədiyim digər bir məsələ uşaqların sağlamlığı və təhlükəsizliyi ilə bağlıdır. Dəfələrlə Parlamentdə məsələ qaldırmışam ki, məktəblərin ətrafında, əslində, qəzet köşkü adlansa da siqaretlər satılır, məktəblərin ətrafında kafelərdə, çayxanalarda uşaqlara spirtli içki xidməti göstərilir, qəlyan satılır və çox təəssüf ki, müvafiq dövlət orqanları tərəfindən bu istiqamətdə heç bir tədbir görülmür. Baxmayaraq ki, Reklam haqqında qanun və digər qanunlarla bu qadağandır. O cümlədən təhsil müəssisələri də bunun qarşısının alınması istiqamətində addımlar atmır.
Toxunmaq istədiyim digər bir məsələ təhlükəsizliklə bağlı məsələdir. Bu yaxınlarda biz İdrak liseyində bir hadisənin, ağır cinayətin şahidi olduq. Mən mətbuatda oxudum, əlbəttə, mən deyə bilmərəm bu nə qədər doğrudur. Məktəbin rəhbərliyi bilirmiş ki, bu uşaq zorakılığa meyillidir və zorakılığı təbliğ edən materialları digər uşaqlara da internet üzərindən yayır. Məktəbin rəhbərliyi məlumat verib ki, biz bu barədə uşağın valideynlərinə məlumat vermişdik. Amma niyə aşağıda video lentlərdən də göstərilir ki, təhlükəsizlik xidmətinin əməkdaşlarına bu barədə məlumat verilməyib ki, bu uşağı xüsusilə yoxlayın. O uşağın çiynindəki (silahla məktəbə daxil olanda) məktəbli çantası deyil. Amma iki nəfər təhlükəsizlik xidmətinin əməkdaşları heç əhəmiyyət də vermirlər. Dayanıblar başqa istiqamətə baxırlar, söhbət edirlər. Sonra polisə bu barədə məlumat verilməyib. İngilis dilində bullinq deyilir, artıq beynəlxalq terminə çevrilib.
Bəzən məktəblərdə o xuliqan uşaqlar psixoloji baxımdan zəif, fiziki imkanları məhdud uşaqları incidirlər. Gələcəkdə bu uşaqlar bir çox hallarda potensial cinayətkar olurlar. Ona görə də əgər ilk növbədə valideyninə məlumat verilirsə və tədbir görülmürsə bu barədə mütləq polisə məlumat verilməlidir. Xüsusi olaraq onların siyahısı tutulmalıdır və onlar nəzarət altında saxlanılmalıdırlar.
Başqa bir məsələ, biz burada qeyd edirik ki, 15 yaşına qədər uşaqlar ağır işlərə cəlb oluna bilməz, amma tutaq ki, 15 yaşına çatmış uşaq işləmək istəyirsə, o, işi necə tapsın? Onun üçün də xüsusi portal yaradılmalıdır, məşğulluq idarələri bununla xüsusi qaydada məşğul olmalıdırlar. Dövlət orqanları bu istiqamətdə onlara kömək etməlidirlər. Bir də Bakıda çoxlu velosiped yolları çəkildi, digər avtomobillərin hərəkəti məhdudlaşdı, çətinləşdi. Amma mən bunu alqışladım və hesab edirəm ki buna çox böyük ehtiyac var. Ancaq uşaqlara balaca vaxtlarından velosiped sürmək öyrədilməlidir. Hesab edirəm ki, o istiqamətə qanunda müvafiq qeydiyyatlar aparmaq olar”.

Previous Post

“İsrailin İranla danışıqlara baxışını Trampa təqdim edəcəyəm” – Netanyahu

Next Post

Milli Məclisdə tarix yazılır – Azərbaycan bunu edən ilk ölkədir

Bənzər yazılar

Nikol Paşinyan: “Tramp marşrutu” Azərbaycandan başlayıb Azərbaycanda bitəcək

Nikol Paşinyan: “Tramp marşrutu” Azərbaycandan başlayıb Azərbaycanda bitəcək

16 Sentyabr 2026 - 18:26

“Tramp marşrutu”nun iki giriş və iki çıxışının Azərbaycanda olmamasından başqa variant yoxdur. “Tramp marşrutu” Azərbaycan sərhədindən başlayıb Azərbaycanın sərhədində bitir,...

Zakir Həsənov 13-cü Pekin Syanşan Forumunda iştirak edib

Zakir Həsənov 13-cü Pekin Syanşan Forumunda iştirak edib

16 Sentyabr 2026 - 11:13

Sentyabrın 16-da Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov “Stabillik naminə konsensus yaratmaq, təhlükəsizlik idarəçiliyini birlikdə inkişaf etdirmək” şüarı ilə...

Prezident: Türk dünyası, Qafqaz, İslam aləmi bir yerdə olanda heç kim bizə bata bilməz

Prezident: Türk dünyası, Qafqaz, İslam aləmi bir yerdə olanda heç kim bizə bata bilməz

15 Sentyabr 2026 - 16:57

Bizim birliyimiz hər birimizi gücləndirəcək. Çünki biz hər birimiz tək qalanda çətinliklərlə üzləşə bilərik. Elchi.az xəbər verir ki, bu fikirləri...

Prezident İlham Əliyev: Əlimizdən gələni edəcəyik ki, müsəlman aləmi vahid bir ailə kimi birləşsin

Prezident İlham Əliyev: Əlimizdən gələni edəcəyik ki, müsəlman aləmi vahid bir ailə kimi birləşsin

15 Sentyabr 2026 - 16:39

Əminəm ki, gələn il Azərbaycanda keçiriləcək bu Zirvə Görüşünün (İƏT-in toplantısı – red.) çox gözəl nəticələri olacaq. Bizim ümidlərimiz ondan...

Next Post
Milli Məclisdə tarix yazılır – Azərbaycan bunu edən ilk ölkədir

Milli Məclisdə tarix yazılır - Azərbaycan bunu edən ilk ölkədir

Rusiya nüvə mütəxəssislərini İrandan çıxarır?

Rusiya nüvə mütəxəssislərini İrandan çıxarır?

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

İlham Əliyev və Mehriban Əliyeva Şamaxıda hotel açılışında iştirak ediblər

İlham Əliyev və Mehriban Əliyeva Şamaxıda hotel açılışında iştirak ediblər

17 Sentyabr 2026 - 14:19
FHN-in Şimal Regional Mərkəzi mülki müdafiə kursları keçirib

FHN-in Şimal Regional Mərkəzi mülki müdafiə kursları keçirib

17 Sentyabr 2026 - 14:14
Təhlükəli mallar bazardan yığışdırılacaq

Təhlükəli mallar bazardan yığışdırılacaq

17 Sentyabr 2026 - 14:07
Aİ İranda repressiyaları və edamları PİSLƏDİ

Aİ İranda repressiyaları və edamları PİSLƏDİ

17 Sentyabr 2026 - 14:00
Uşaq evlərindən 28 gənc tələbə oldu

Uşaq evlərindən 28 gənc tələbə oldu

17 Sentyabr 2026 - 13:52
Azərbaycanda karantin rejimi uzadıldı

Azərbaycanda karantin rejimi uzadıldı

17 Sentyabr 2026 - 13:43
Prezident İlham Əliyev: TDT çox böyük beynəlxalq nüfuza malik təşkilatdır

Prezident İlham Əliyev: TDT çox böyük beynəlxalq nüfuza malik təşkilatdır

17 Sentyabr 2026 - 13:30
Paşinyan rus dili kursuna gedir

Paşinyan rus dili kursuna gedir

17 Sentyabr 2026 - 13:18
Prezident və birinci xanım Şamaxı rayonuna səfər ediblər

Prezident və birinci xanım Şamaxı rayonuna səfər ediblər

17 Sentyabr 2026 - 13:09
Türkiyə Husilərin Məkkəyə hücumunu pisləyib

Türkiyə Husilərin Məkkəyə hücumunu pisləyib

17 Sentyabr 2026 - 13:00
DİN-ə yeni vəzifə həvalə olunub

DİN-ə yeni vəzifə həvalə olunub

17 Sentyabr 2026 - 12:51
Ötən dövr ərzində nikah və boşanmaların sayı açıqlanıb

Ötən dövr ərzində nikah və boşanmaların sayı açıqlanıb

17 Sentyabr 2026 - 12:42
Sabah hava necə olacaq?

Sabah hava necə olacaq?

17 Sentyabr 2026 - 12:30
MM-də uşaqların sosial şəbəkələrdə zərərli təsirlərdən qorunması ilə bağlı ictimai dinləmə keçirilib

Milli Məclisin deputatları Rusiyada parlament seçkilərini müşahidə edəcəklər

17 Sentyabr 2026 - 12:18
Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edib

Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edib

17 Sentyabr 2026 - 11:52
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.