"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home aktual-banner

Qüdrət Həsənquliyev: “İlham Əliyevdən başqa ölkəni qan-qadasız yeni mərhələyə keçirməyə qadir biri yoxdur”

13 Sentyabr 2017 - 09:04
in aktual-banner, Banner, Cebhe-banner, MANŞET
FacebookVatsap

Bunu da oxuyun

ÜST ölümcül Ebola virusu barədə xəbərdarlıq edir!

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi vəfat edib

Tramp: “İsraili potensial məhv olmaqdan xilas etdim”

“O məqsədlər üçün dövriyyəyə böyük pullar buraxıla bilər”

Prezidentin məsələyə qarışmasından sonra “Turan” informasiya agentliyinin direktoru Mehman Əliyevin üzərindən həbs-qətimkan tədbirinin dəyişdirilməsi son zamanların ən ciddi və pozitiv hadisəsi oldu. Agentlik rəhbərinin üzərindən həbs cəzasının götürülməsinin zəruriliyini bildirib bununla bağlı ölkə rəhbərliyinə mətbuat vasitəsilə müraciət edən şəxslərdən biri də BAXCP sədri, deputat Qüdrət Həsənquliyev olmuşdu. Partiya rəhbəri ilə söhbətimizə bu mövzudan başladıq:

– Qüdrət bəy, ölkə prezidenti çoxsaylı müraciətləri nəzərə alıb Mehman Əliyevlə bağlı humanist qərar verdi. Həmçinin Nardaran hadisələri ilə bağlı həbs olunanlar da azadlığa qovuşdu. Bu qərarları necə dəyərləndirirsiniz və bundan sonra belə addımların davamını gözləyirsinizmi?

– Düzünü desəm, Mehman Əliyevin barəsində seçilmiş həbs-qətimkan tədbirinin dəyişdirilməsi qərarı müəyyən mənada mənim üçün gözlənilməz oldu. Bu, ölkənin maraqlarına cavab verən, həm də humanist bir qərardır, o baxımdan da alqışlanmalıdır. Mehman Əliyevlə yanaşı, Nardaran hadisələrinə görə həbs olunmuş 14 nəfər də azadlığa buraxılıb, bu da müsbət addımdır və mən bu addımı da alqışlayıram. Düşünürəm ki, gələcəkdə də belə addımlar atılmalıdır. Beynəlxalq təşkilatların siyasi məhbus hesab etdiyi – əsassız olmasından asılı olmayaraq, digər siyasi məhbus hesab edilən şəxslərin də azadlığa buraxılması doğru addım olar. Xüsusilə ağır cinayətlər, şəxsiyyət əleyhinə, dövləti cinayətlər törətmiş şəxslər, sabitliyə təhlükə yarada biləcək ekstremist qüvvələr istisna olmaqla, digər bu kateqoriyadan olan şəxslər də azadlığa buraxılmalıdır. Söhbət ondan getmir ki, bu insanlar elə beynəlxalq təşkilatların dediyi kimi, siyasi məhbusdurlar. Onların hər birinə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə ittiham elan olunub. Onlar bu və ya digər qanunla qorunan ictimai münasibətləri pozmağa görə məsuliyyətə cəlb olunublar. Amma dünyada insan hüquqları sahəsində ixtisaslaşmış beynəlxalq təşkilatların – hansılar ki, onlar qiymətləndirmə aparırlar ki, kimi siyasi məhbus hesab etmək olar – onların çağırışlarını nəzərə almaq lazımdır. Ona görə ki, bunlar bir gücdür, ölkənin imicinin formalaşdırılmasında müstəsna rol oynayırlar. Yəni Azərbaycan haqqında vəziyyəti öyrənmək istəyən hansısa ölkənin vətəndaşı, istər sahibkar, istər mədəni, yaxud siyasi əlaqə qurmaq istəyən şəxs olsun, ölkə haqqında məlumat toplamaq istəyəndə həmin beynəlxalq təşkilatların bu ölkə ilə bağlı hesabatlarını oxuyur. Yəni orada qanunun aliliyi necə təmin olunur, insan haqları ilə bağlı vəziyyət nə yerdədir. Bunları öyrənəndən sonra həmin ölkə ilə öz münasibətlərini qururlar. Buna görə də hətta haqsız olmalarından asılı olmayaraq, biz onların çağırışlarını qulaqardına vura bilmərik. O şəxslər ki, ölkə, cəmiyyət üçün təhlükə törətmir, onlarla bağlı daha humanist qərarlar qəbul etmək lazımdır.

– Yəni dünya reallıqlarını nəzərə almağı təklif edirsiniz…

– Təbii ki. Məsələn, hamımız bilirik ki, Rusiya olmasa, Azərbaycan Dağlıq Qarabağ münaqişəsini çoxdan həll eləmişdi. Amma biz Rusiyanın güc olmasını nəzərə alıb, hətta yeri gələndə ona vasitəçilik missiyasına görə minnətdarlıq da edirik. Niyə? Məcburuq, ona görə. Düşünürük ki, böyük qonşumuz kimi Rusiya Azərbaycan üçün daha ciddi problemlər yarada bilər. O baxımdan, eyni yanaşma beynəlxalq birliyə də olmalıdır. Bizim Qərblə münasibətlərimizin tamamilə korlanması ona gətirib çıxara bilər ki, Rusiya görsə ki, bizə Qərbdən heç bir dəstək yoxdur, bizi ayaq altına atar. O baxımdan, dövlət maraqları tələb edir ki, biz indiki balanslaşma siyasətini davam etdirək. Bunun üçün də Qərblə münasibətləri sona qədər korlamağa dəyməz. Bu gün biz Türkiyə ilə Qərbin münasibətlərindəki problemləri ürək ağrısı ilə izləyirik. Azərbaycanla da analoji bir vəziyyətin yaranmasına imkan vermək olmaz. Ona görə ki, bizim Qarabağ kimi problemimiz var. Bu problem bizi daha ehtiyatlı siyasət yürütməyə vadar edir.

“Xüsusilə də iqtisadi sahədə, maliyyə sektorunda daha çevik islahatlar aparmaq gücündə olan bir komanda formalaşmalıdır”

– Prezident seçkilərinə bir il qaldığı ərəfədə belə yanaşma var ki, Azərbaycana həm Rusiya, həm də Qərb təzyiq edir. Belə bir vəziyyətdə siz qarşıdakı seçkilərlə bağlı nələr düşünürsünüz?

– Yenə də seçki ərəfəsi həm Qərbə, həm də Rusiyaya bağlı olan müəyyən siyasətçilər aktivləşə bilər. Amma həm Azərbaycan xalqı, həm prezidentin özü o insanların arzularını gözündə qoyacaqlar. Biz qəti şəkildə imkan verməməliyik ki, hansısa xarici dövlətlər Azərbaycanın daxili siyasətinə təsir etsinlər və özlərinin hansısa bir əlaltısını burada hakimiyyətə gətirsinlər. Azərbaycan dövləti də hazırda kifayət qədər güclüdür və belə cəhdlər olarsa, qarşısını qətiyyətlə alacaq. Amma belə cəhdlərin ola bilmə ehtimalı həddindən artıq böyükdür. Ona görə ki, Azərbaycan çox strateji bir bölgədə yerləşir. Hamı istəyir ki, cənubla şimalın, şərqlə qərbin arasındakı körpü, dəhliz olan, karbohidrogen ehtiyatları ilə zəngin, eyni zamanda nəqliyyat dəhlizi olan ölkədə maraqlarını təmin etsin. Azərbaycanda söz sahibi olmadan Cənubi Qafqazda söz sahibi olmaq mümkün deyil. O baxımdan, Azərbaycanla həm əməkdaşlıq etmək istəyirlər, həm də istəyirlər ki, siyasi hakimiyyətə təsir rıçaqları olsun. Bu baxımdan, gərək xalqımız da, siyasətçilərimiz də belə bir vəziyyətə hazır olsun. O məqsədlər üçün dövriyyəyə böyük pullar da buraxıla bilər, müxtəlif terror hadisələri, təxribatlar da ola bilər. Buna görə də cəmiyyət son dərəcədə ayıq olmalıdır, yayılan dezinformasiyalara təmkinli yanaşmalıdır.

– Hakimiyyətin namizədi kim olacaq sualı üzərində də baş sındıranlar tapılır. Bu cür fikirlərə münasibətiniz necədir? 

– Ağlı başında olan adam başa düşməlidir ki, hazırda İlham Əliyevdən başqa – mən bunu tam səmimiyyətlə söyləyirəm – ölkəni qansız-qadasız, sabitlik pozulmadan yeni bir mərhələyə keçirməyə qadir başqa birisi yoxdur. İqtidar daxilində İlham Əliyev yeganə birləşdirici fiqurdur. Nəzərə alsaq ki, iqtidar partiyası ilə dövlət aparatı birləşib, iqtidar partiyası eyni zamanda dövlət aparatı deməkdir, deməli, dövlət aparatında da, YAP-da da birləşdirici fiqur məhz İlham Əliyevdir. Yalnız o, inqilabsız islahatlar həyata keçirməyə qadirdir.

Deməli, sən demokratik cəmiyyət istəyirsənsə, İlham Əliyevə müxalifətdə olsan da, islahatların aparılmasına dəstək verməlisən. Konstitusiyadan kənar hər hansı üzdəniraq şizofrenik inqilabi yolla Azərbaycanda hakimiyyət dəyişikliyini arzulaya bilər, buna cəhd, inanın, Azərbaycanı dəhşətli fəlakətlə üz-üzə qoya bilər. Özü də indiki Azərbaycan 1992-93-cü illərdəki Azərbaycan deyil. O zaman insanlar sovet dövründə formalaşmış fərqli ali dəyərlərə bağlı idilər. İndi isə bizdə nə sovet dəyərləri qalıb, nə də inkişaf etmiş kapitalizmə xas olan dünyagörüş də tam mənada formalaşıb. Ona görə bu gün hər hansı bir yolla antikonstitusion yolla hakimiyyət dəyişikliyinə cəhd ona gətirib çıxara bilər ki, Azərbaycan bölgə-bölgə, rayon-rayon bölünər, insanlar bir-birini qırar. Ona görə də bu gün İlham Əliyev birləşdirici fiqurdur. Yalnız yuxarıdan islahatlar yolu ilə biz cəmiyyəti dəyişdirə bilərik. Hər hansı başqa yol, yəni antikonstitusion yol bu ölkə üçün nəticəsini proqnozlaşdıranda belə, adamı dəhşətə salan faciələrə yol aça bilər.

Bəzi xarıcdə sığınacaq taparaq özlərinin və ailələrinin təhlükəsizliyini təmin etmiş əxlaqsız və murdar ünsürlər cəmiyyəti parçalamaq və vətəndaş qarşıdurması yaratmaq üçün gecə-gündüz kəskin kampaniya aparırlar. Bilməmiş deyilsiniz, bəzən balaca küçüklər aya baxıb hürürlər, görəndə ki, heç nə dəyişmir, ay yerində durur, susurlar. Amma küçükdən də ağılsız belələri susmur. Ona görə ki, vətəndaş qarşıdurması olarsa, öz övladlarını itirmə təhlükəsi yoxdur. Azərbaycan insanını bu gün keçmişdə hansı səhvlərin, qanun pozuntularının olması düşündürmür. Cəmiyyəti iki məsələ düşündürür: 1. Ölkədə sabitliyi kim qoruyub-saxlaya bilər? 2. Ölkədə kim islahatları dərinləşdirə bilər ki, əhalinin sosial vəziyyəti yaxşılaşsın, ölkə iqtisadiyyatı güclənsin və bunun nəticəsi olaraq da Qarabağı azad edə bilək. Cəmiyyəti bunlar düşündürdüyü üçün radikal çağırışlara heç əhəmiyyət verən də olmur. Çünki cəmiyyət gələcək barədə düşünür. Bax, o dediyim məsələləri də İlham Əliyevin etməyə çox böyük imkanları var. Ona görə də islahatların dərinləşdirilməsi istiqamətində İlham Əliyevdən çox böyük gözləntilər var.

– Yuxarıdakı fikirləriniz, hakimiyyəti birmənalı dəstəkləməyiniz həm də o demək deyilmi ki, 2018-ci il seçkilərində BAXCP sədri olaraq namizəd olmayacaqsınız?

“O şəxslər ki, ölkə, cəmiyyət üçün təhlükə törətmir, onlarla bağlı daha humanist qərarlar qəbul etmək lazımdır”

– Mən Azərbaycanın xoşbəxt gələcəyini yuxarıdan aparılan islahatlarda görürəm, ölkəmizdə Qərb demokratiyasının qurulması üçün potensialımız yetərli deyil. Biz ilk növbədə yeni təfəkkürlü insanların formalaşması üçün çalışmalıyıq. Hakimiyyətə susamış insanlara baxın və bir anlığa onları hakimiyyətdə təsəvvür edin. Prezident seçkilərinə gəldikdə isə indidən birmənalı fikir söyləmək istəmirəm. Çünki biz ölkənin gələcəyini parlamentli respublika modelində görürük və hər bir prezident seçkisi partiya üçün imkandır ki, bu ideyanı daha geniş şəkildə insanlara çatdıra bilək. Hələ seçkilərə bir ildən də artıq zaman var, bu kifayət qədər çoxdur. Ola bilər ki, bizim fikirləri bölüşən başqa namizədi dəstəkləyək, yaxud özümüz seçkidə iştirak edək. Amma söhbət bu gündən gedir. Mən daha çox antikonstitusion yolla hakimiyyət dəyişikliyinə qarşıyam. Bir qrup insanlar bu hakimiyyət dəyişməyəcəyi təqdirdə islahatların mümkünsüzlüyündən danışırlar. Bu gün ölkədə islahatları qansız-qadasız aparmaq gücünə, imkanına malik olan tək şəxs İlham Əliyevdir.

– Siz bir qayda olaraq islahatlarla bağlı çağırışlar edibsiniz. Bununla bağlı hansı gözləntiləriniz var?

– Bizim çağırışlarımız ona yönəlib ki, islahatlar dərinləşdirilsin. Artıq bir ilə yaxındır “Yol xəritəsi” imzalanıb, amma orada nəzərdə tutulan hədəflərə çatmaq üçün görülən işləri yetərli saymıram. Nazirliklər üzərinə müəyyən vəzifələr qoyulmuşdu, o istiqamətdə lazımi addımlar atılmır. Deməli, kadr dəyişikliyinə də getmək lazımdır. İlham Əliyev yeni, daha çevik komanda formalaşdırmalıdır. Əlbəttə, bu, o demək deyil ki, köhnə komandadan bütünlüklə xilas olmalıdır. Orada kifayət qədər təcrübəli, hazırlıqlı, prezidentə sadiq insanlar var. Xüsusilə də iqtisadi sahədə, maliyyə sektorunda daha çevik islahatlar aparmaq gücündə olan bir komanda formalaşmalıdır. Yubanmadan bu addımları atmaq lazımdır. Seçkilərə qədər bir il var və bu müddətdə xeyli iş görmək olar.

Previous Post

Qüdrət Həsənquliyev: “İlham Əliyevdən başqa ölkəni qan-qadasız yeni mərhələyə keçirməyə qadir biri yoxdur”

Next Post

Boşanmış kişilərin yenidən evlənmə sayı qadınlara nisbətdə 2 dəfə çoxdur

Bənzər yazılar

ÜST ölümcül Ebola virusu barədə xəbərdarlıq edir!

ÜST ölümcül Ebola virusu barədə xəbərdarlıq edir!

04 İyun 2026 - 11:15

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Konqo Demokratik Respublikasında Ebola epidemiyasının rəsmi olaraq elan edilməzdən aylar əvvəl başlamış ola biləcəyini açıqladı. Mütəxəssislər...

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi vəfat edib

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi vəfat edib

03 İyun 2026 - 21:37

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi Rövşən Muradov vəfat edib. Elchi.az xəbər verir ki, bu barədə mərkəzin "X" sosial şəbəkə...

Tramp: “İsraili potensial məhv olmaqdan xilas etdim”

Tramp: “İsraili potensial məhv olmaqdan xilas etdim”

03 İyun 2026 - 16:18

ABŞ prezidenti Donald Tramp iddia edib ki, İrana qarşı hərbi əməliyyata başlamaq qərarı İsraili potensial məhv olmaqdan xilas edib. Elchi.az...

Ağır atletika həqiqətən ömrü uzada bilərmi?

Ağır atletika həqiqətən ömrü uzada bilərmi?

03 İyun 2026 - 10:16

Yeni tədqiqatlar göstərir ki, həftədə 90-120 dəqiqə ağırlıq qaldırma məşqləri etmək vaxtından əvvəl ölüm riskini əhəmiyyətli dərəcədə azalda bilər. Elchi.az...

Next Post

Boşanmış kişilərin yenidən evlənmə sayı qadınlara nisbətdə 2 dəfə çoxdur

Boşanmış kişilərin yenidən evlənmə sayı qadınlara nisbətdə 2 dəfə çoxdur

Son xəbərlər

Ali Məhkəmə müsabiqə elan edir

Ali Məhkəmə: Qanunsuz məqsədlə verilən pul geri qaytarılmır

04 İyun 2026 - 12:27
Nazir müavini: Ət qiymətləri istehsalın artması və maya dəyərinin azalması hesabına sabitləşə bilər

Nazir müavini: Ət qiymətləri istehsalın artması və maya dəyərinin azalması hesabına sabitləşə bilər

04 İyun 2026 - 12:14
ADSEA: Xankəndidə sakinlər fasiləsiz içməli su ilə təmin olunur

ADSEA: Xankəndidə sakinlər fasiləsiz içməli su ilə təmin olunur

04 İyun 2026 - 12:06
Nazir müavini: Fermerlər üçün modul elektron rəqəmsal platforma istifadəyə veriləcək

Nazir müavini: Fermerlər üçün modul elektron rəqəmsal platforma istifadəyə veriləcək

04 İyun 2026 - 11:57
Xankəndidə yağış sularının yığılması üçün kollektor tikiləcək

Xankəndidə yağış sularının yığılması üçün kollektor tikiləcək

04 İyun 2026 - 11:50
Bir ayda sərhəddə 5.6 milyon manatlıq qaçaqmal tutulub

Bir ayda sərhəddə 5.6 milyon manatlıq qaçaqmal tutulub

04 İyun 2026 - 11:42
Bakıda Milli Qurtuluş Gününə həsr olunan konsert keçiriləcək

Bakıda Milli Qurtuluş Gününə həsr olunan konsert keçiriləcək

04 İyun 2026 - 11:30
Tramp etiraf edir: Netanyahunun iddiaları bu sözlərlə təsdiqləndi

Tramp etiraf edir: Netanyahunun iddiaları bu sözlərlə təsdiqləndi

04 İyun 2026 - 11:27
Mülki PUA-lara nəzarət olacaq, yoxlamalar aparılacaq

Mülki PUA-lara nəzarət olacaq, yoxlamalar aparılacaq

04 İyun 2026 - 11:24
ÜST ölümcül Ebola virusu barədə xəbərdarlıq edir!

ÜST ölümcül Ebola virusu barədə xəbərdarlıq edir!

04 İyun 2026 - 11:15
Tramp: İranla razılaşma bu həftəsonu əldə edilə bilər

Tramp: İranla razılaşma bu həftəsonu əldə edilə bilər

04 İyun 2026 - 11:04
Geomaqnit qasırğası olacaq

Geomaqnit qasırğası olacaq

04 İyun 2026 - 10:58
ABŞ: İsrail və Livan atəşkəs barədə razılığa gəldilər

ABŞ: İsrail və Livan atəşkəs barədə razılığa gəldilər

04 İyun 2026 - 10:51
NASA, MAVEN kosmik gəmisinin Mars missiyası başa çatdı

NASA, MAVEN kosmik gəmisinin Mars missiyası başa çatdı

04 İyun 2026 - 10:43
İran müharibəsi Yaponiyada plastik torba böhranına səbəb oldu

İran müharibəsi Yaponiyada plastik torba böhranına səbəb oldu

04 İyun 2026 - 10:36
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  
« May    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.