"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home aktual-banner

Qüdrət Həsənquliyev: “Fermer soğanın kisəsini 3 manata satır, bunu Allah da qəbul eləməz”

02 İyul 2018 - 12:33
in aktual-banner, Banner, Cebhe-banner, MANŞET, SİYASƏT
FacebookVatsap

Bunu da oxuyun

ÜST ölümcül Ebola virusu barədə xəbərdarlıq edir!

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi vəfat edib

Azərbaycan səfiri etimadnaməsinin surətini Bəhreynin XİN rəhbərinə təqdim edib

“Bəzən təbiət etibarilə hökumətin ən qorxaq üzvü deputatlara münasibətdə şir kimi çıxış edir”
Milli Məclisin növbədənkənar sessiyasının sonuncu iclasında bir sıra vacib məsələlər, o cümlədən büdcə ilə bağlı qanun layihəsi qəbul edildi. Deputat, BAXCP sədri Qüdrət Həsənquliyev iclasda çıxış üçün təkid edənlərdən oldu, amma qanun layihələrinin çoxluğunu əsas gətirən sədarət çıxışa imkan yaratmadı. Maraqlıdır, partiya sədri nələrdən bəhs etmək istəyirmiş? Gündəmin aktual məsələlərindən bəhs edən söhbətimizdə bu barədə də danışdıq. Qüdrət bəyin qeyri-neft sektoru ilə bağlı çox maraqlı təklifləri varmış, onları qəzetimizə açıqladı.

– Qüdrət bəy, parlamentin fəaliyyətini millət vəkili olaraq necə dəyərləndirirsiniz?

– Parlamentin üzvü olaraq insanlarımızı narahat edən bir çox problemlərlə bağlı məsələ qaldırırıq, hökumətin diqqətinə çatdırırıq, bəzi problemləri qabardırıq, təkliflər veririk. Yəni parlament yalnız qanunvericilik fəaliyyəti ilə məşğul deyil. O baxımdan hesab edirəm ki, kafi qiymətləndirmək olar. Xarakter etibari ilə maksimalist olmasam da, həmişə çalışmışam ki, daha çox nələrsə edilsin, daha çox şeylər də etmək olar. Onu da qəbul edirəm ki, bir çox məsələlər var, onlar birbaşa xalqımızın inkişaf səviyyəsinə bağlıdır, cəmiyyətin inkişafı ilə əlaqədardır. Yəni burada artıq hansısa siyasi qüvvənin apardığı islahatların rolundan çox, xalqın inkişaf səviyyəsi önəmli rol oynayır. Yəni bu xalq iqtidarı formalaşdırır, iqtidar da o xalq üçün hansısa addımlar atır, qərarlar qəbul edir. Bunlar bir-biri ilə üzvü surətdə bağlıdır. Necə deyərlər, hər bir xalq öz iqtidarına, hər bir iqtidar da öz xalqına layiqdir.

– Cəmiyyətdə parlamentə qarşı qıcıqlı münasibət hər zaman müşahidə olunmaqdadır, xüsusilə də son illərdə. Əksəriyyət hesab edir ki, deputatlar onların problemlərini görməzdən gəlirlər. Bu, nədən irəli gəlir, deputatların sözünü eşidən yoxdur, parlamentin səlahiyyətləri azdır, ya başqa səbəb var?

– Azərbaycan prezidentli respublikadır və prezidentli respublikalar üçün də xarakterik hal ondan ibarətdir ki, dövlət başçısı daha geniş səlahiyyətlərə malik olur, həm də hökumətin rəhbəri kimi. Bir çox hallarda da onun nüfuzu hakimiyyətin digər qanadlarını əzir. Qanunverici orqanı da, məhkəmə hakimiyyətini də. Yəni bu, tək bizim üçün xarakterik hal deyil, bu tipli ölkələr üçün xarakterikdir. Ona görə də mən həmişə o təkliflə çıxış edirəm ki, biz nə qədər Qərb standartlarına uyğun demokratik cəmiyyət qura bilməmişik, Azərbaycan parlamentli respublika modelinə keçid eləsə, bu, ölkədə bir çox yeni ənənələrin yaranmasına, formalaşmasına xidmət etmiş olar. Parlamentli respublika modelinə keçsək, sizi əmin edirəm ki, hakimiyyət bölgüsü real məzmun kəsb edəcək. Bir çox hallarda əlbəttə, bizim qaldırdığımız məsələlərin öz həllini tapmamasının səbəbi, yaxud parlamentdə səslənən məsələlərə hökumət üzvlərinin bəzən həddindən artıq əsəbi reaksiya verməsi, tutaq ki, deputat kimdir hansısa problemdən danışır, yaxud hansısa problemi qabardır… Bunlar artıq fərqindədir ki, parlament onlar haqqında tədbir görə bilməz. Onu hiss etdikləri üçün bəzən görürsən təbiət etibarilə hökumətin ən qorxaq üzvü deputatlara münasibətdə şir kimi çıxış edir.

– İclasların birində spiker Oqtay Əsədov da hökumət üzvlərinə məhz belə münasibətlərinə görə təpindi. Deputatların telefonlarının qaldırılmaması da artıq adi hala çevrilib.

– Bəli. Bunun səbəblərini söylədim və mövzunun üzərində çox dayanmaq istəmirəm. Səbəbi odur ki, sözün doğrusu, parlamentdən çəkinmirlər.

– Qardaş Türkiyədə də prezident üsul-idarəçiliyinə keçildi. Bundan sonra Azərbaycanın parlamentli respublikaya keçməsi real görünürmü?

“Yeni təyin olunanlar qanun layihələri hazırlamaqla islahatlar aparmaq gücündə deyilsə, heç bir dəyişiklik olmayacaq”
-Hazırda İlham Əliyev 7 il müddətinə prezident seçilib və bu müddət ərzində o, dövləti idarə edəcək. Söhbət mənim arzu-istəklərimdən və cəmiyyətin bunu nə dərəcədə qəbul edəcəyindən gedir. Hər halda bu, bizim partiyanın məsələlərə yanaşmasıdır. Mən çox istərdim ki, Azərbaycanda doğrudan da yuxarıdan islahatlar yolu ilə biz parlamentli respublika modelinə keçək. İlk mərhələdə növbəti parlament seçkilərini proporsional seçki sistemi əsasında keçirmək olar. Sonra konstitusiyaya dəyişiklik edib 2025-ci ildən parlamentli respublikaya keçə bilərik. İndi Cənubi Qafqazın digər iki respublikası da artıq parlamentli respublika modelinə keçib. Ukraynada qarışıq model idi, indi onlar da tam parlamentli respublika modelinə keçmək istəyirlər. Bu baxımdan Azərbaycan üçün də keçmiş sovet respublikası kimi, parlamentli respublikaya keçid daha məqsədəuyğundur. Türkiyə bizə qardaş ölkədir, bizim onların daxili işlərinə müdaxilə etməyimiz doğru deyil. Bilirsiniz ki, Türkiyə Suriyada müharibə aparır. Türkiyə xalqı indiki mərhələdə prezidentli respublika modelini məqbul saydı. Amma ola bilsin ki, bir müddətdən sonra Türkiyə yenidən parlamentli respublika modelinə qayıtsın. Dünya təcrübəsinə baxsaq, demokratik ölkələrin 99,99 faizi parlamentli respublikadır. ABŞ istisna olmaqla. Fransada da hökuməti parlament seçkilərində qalib gəlmiş partiya formalaşdırır, baxmayaraq ki, prezidentli respublikadır. Qərbi Avropa ölkələrinin də hamısı parlamentli respublikadır. Demokratiya da Qərbdən, Qərbi Avropadan yayılıb. 100 il qabaq elə biz də parlamentli respublika qurmuşduq.

– Yeri gəlmişkən, növbədənkənar parlament seçkilərinin keçiriləcəyi barədə iddialar hələ də tam aradan qalxmayıb. Belə bir gözləntiniz varmı?

– Bir gün öncə bizim keçmiş deputatlardan biri mənə dedi ki, guya Avropa Birliyi ilə Azərbaycan arasında payızda növbədənkənar seçkilərin keçirilməsi barədə razılaşma var. Amma mən bu fikri ciddi qəbul etmirəm. Hansı vəziyyət diktə edir ki, Azərbaycan növbədənkənar parlament seçkilərinə getsin? Yazda prezident seçkiləri keçirilib, hazırkı parlamentin fəaliyyətinin başa çatmasına isə iki il var. Belə bir halda növbədənkənar seçki keçirilməsinə nə ehtiyac var? Əgər xüsusilə vacib insanlar varsa ki, onlar parlamentə gəlməlidir, onda da 6 boş yer var, payızda həmin boş yerlərə seçki keçirilə və onlar ora seçilə bilər.

– Az yer deyil. Elə isə niyə seçki keçirilmir?

– Konstitusiya da tələb edir ki, seçki keçirilməlidir. Seçkinin keçirilməsi konstitusion tələbdir, amma indi hökumət seçkini keçirmirsə… Konstitusiyanı müdafiə edəcək başqa bir qurum yoxdur ki, iqtidarı məcbur eləsin ki, sən konstitusiyaya əməl elə və 6 yerə seçki keçir!

– Hökumətdən danışmışkən, artıq Baş nazirin rəhbərliyi ilə yeni komanda iş başçındadır, nazirlərin bir çoxu əvəzlənib. Dediklərinizdən belə çıxmırmı ki, hökumətin fəaliyyətində əvvəlki dövrlərlə müqayisədə əsaslı fərq yoxdur?

– Mən nazirlərin hamısının üzərinə kölgə salmaq istəmirəm. Amma yeni nazirin əvvəlkindən ciddi fərqi o zaman görünəcək ki, – bilirsiniz ki, mərkəzi icra hakimiyyəti orqanlarının normativ aktlar qəbul etmək səlahiyyəti var – hansısa nazir məsul olduğu sahənin yenidən qurulması ilə əlaqədar olaraq hansısa bir qərar qəbul edir. Qərara alır filan işlər görülsün: bir, iki, üç… Əgər hər hansı sahədə işin yenidən qurulması ilə əlaqədar olaraq yeni təyin olunanların əksəriyyəti özündə cəsarət tapıb belə bir normativ xarakterli sənəd hazırlamaq, yaxud qanun layihələri hazırlamaqla islahatlar aparmaq gücündə deyilsə, sadəcə köhnə nazirin vaxtilə vəzifəyə irəli çəkdiyi adamları uzaqlaşdırıb, özünün dost-tanışını vəzifələrə təyin etməyi islahat kimi qəbul edirlərsə, burada heç bir dəyişiklik olmayacaq. Bir çox hallarda o dəyişilən kadrlar – bu barədə parlamentdə də fikirlər səslənib – heç təyin olunduğu sahələri bilməyən adamlardır. Sadəcə yaxşı inzibatçıdır, kiminsə dostudur, nazirin iş yoldaşı olub. Beləliklə, nazir onu gətirib yeni vəzifəyə təyin edir. Amma onun həmin sahədən başı çıxır, o sahəni idarə edə bilər, ya bilməz, bu, artıq başqa məsələdir. Ya da hansısa bir adam əvvəl işlədiyi yerdə rüşvət almayıbsa, yalnız bu fakta görə gətirilib hansısa sahəyə rəhbər qoyulursa, düşünmürəm ki, bu, xalqın, prezidentin gözlədiyi ciddi nəticələri verəcək.

– Son iclasda demək istədikləriniz var idi, amma sizi eşidə bilmədik. Buyurun, fikirlərinizi açıqlayın qəzetimiz vasitsilə…

– Hazırkı vəziyyətə baxın, Azərbaycan prezidenti sərəncam imzalayıb, ərzaq məhsullarının tədarükü və təchizatı ilə bağlı səhmdar cəmiyyət yaradıb. Mən iclasdan sonra spikerlə də söhbətimdə bu barədə dedim. Yaxşı, indi büdcənin müzakirəsinə imkan olmadı və söz verilmədi. Amma heç olmasa hökumətin qarşısında məsələ qaldırılsın. Bu gün fermer soğanın kisəsini 3 manata satır, bunu heç Allah da qəbul eləməz. O qiymətə məhsulu yerdən qazıb çıxartmağa dəyməz. Kartofun kiloqramı 20 qəpikdir. Bir müddət sonra nə baş verəcək? 3-4 aydan sonra bizim dövlət ehtiyacları üçün xaricdən həmin ərzaq məhsulları bir neçə dəfə baha qiymətə alınacaq. Halbuki həmin o soğan, kartof, sarımsaq bizim fermerlərdən alınmalı, soyuduculara yerləşdirilməlidir və həmin o səhmdar cəmiyyət dövlət ehtiyacları üçün bunu satmalıdır. Mən oxuyuram, səhmdar cəmiyyətin Masallı regionu üzrə nümayəndəsinə “Azadlıq” Radiosunun müxbiri sual verir ki, bəs, siz niyə kartofu camaatdan almırsınız? Deyir biz yalnız uşaq bağçalarına kartof veririk. Bu, nə dərəcədə doğrudur, ya yox, deyə bilmərəm. Məndə olan məlumata görə, bəzi dövlət orqanları həmin cəmiyyətin nümayəndələrini ümumiyyətlə, qapıdan qovurlar. Bilirsiniz niyə? Çünki onlardan məhsul almaq sərf eləmir, çünki o halda “otkad” söhbəti artıq alınmır. İndi müəyyən iş adamları Azərbaycanın kartofunu 15-20 qəpiyə alıb, Rusiyaya daşıyırlar. Bu gün Rusiya bazarında kartof 40 qəpikdir. Payızda biz Rusiyadan kartofu 80 qəpik-1 manata alacağıq. Hökumət bu işlərlə məşğul olmalıdır, fermerləri düşünməlidir.

– Kombayn problemi də yaşanır. Kənd Təsərrüfatı Nazirliyindən deyirlər ki, onlar cəmi iki aydır iş başındadırlar, amma problem kifayət qədər ciddidir…

– Parlamentdə imkan olmadı, olsaydı, bu məsələni qaldıracaqdım. Əvvəllər də məsələ qaldırmışam ki, “Aqrolizinq” Cəmiyyəti ləğv olunmalıdır. Sahibkara güzəştli qiymətlərlə nə texnika satmaq, nə gübrə vermək lazım deyil. Sahibkar gübrəni başqa gübrə satan sahibkardan almalıdır. Sadəcə olaraq fermerlərin ucuz kreditə çıxışı olmalıdır. Sonra da fermer həm qazanc götürməlidir, həm də xərclədiyi pulu çıxarmalıdır. O, malını normal qiymətə satmalıdır. Hökumət sadəcə tənzimləyici funksiya yerinə yetirməlidir. Elə etməlidir ki, həmin o fermerin məhsulu onu razı salan qiymətə alınsın. Bunun üçün də Tədarük və Təchizat Səhmdar Cəmiyyəti yaradılıb. Büdcədən ona pul ayrılmalı idi. 2 milyard ki, büdcəyə əlavə vəsait ayrıldı, o vəsaitdən heç olmasa 50 milyon həmin Səhmdar Cəmiyyətə ayrılmalı idi. O qurum da gedib camaatın məhsulunu almalıdır. Fermerlərlə bağlı bəzi kadrlara baxırsan, adamın ürəyi parçalanır. Nə torpaqda saxlaya bilirlər, nə də normal qiymətə sata. Sahibkar deyir heç olmasa kartofu 40 qəpiyə alın ki, biz də qazanaq. İkincisi, xırda sahibkarlar niyə gedib özünə kombayn, ya traktor almalıdır? Bunun üçün dövlət stimullaşdırmalıdır ki, başqa hansısa sahibkar da gedib özünə 10 traktor, ya kombayn alır və onunla digər fermerlərə müqavilə əsasında xidmət edir. Yoxsa fermer texnikanı alır, 2-3 günə işini görür, sonra gərək o texnika onun həyətində ilin 363 günü qalsın. Azərbaycanda bax, bu işləri təşkil etmək lazımdır. Kənd Təsərrüfatı Nazirliyi bu cür tənzimləyici işlərlə məşğul olmalıdır. Ayrı-ayrı mərkəzi icra hakimiyyəti orqanlarında sistem islahatları aparılmalıdır. Bu işlər görüləcəyi təqdirdə vəziyyəti köklü şəkildə dəyişmək olar. Yoxsa zorla məcbur etmək ki, sən get, filan kənd təsərrüfatı məhsulunu yetişdir, yetişdirəndən sonra da qiymətdə razılıq əldə olunmasın, bu, inkişafa aparmayacaq. Niyə dövlət gətirib texnika satmalıdır? Sahibkar ehtiyac hiss edirsə, qoy gedib kredit götürsün, özünə texnika alsın. Niyə “Aqrolizinq” gətirib onu satmalıdır? Hamısı maxinasiya, rüşvət üçün yolların qoyulmasıdır. Hər halda indi də gec deyil. Mütləq təchizat idarəsinə vəsait ayrılmalıdır. Fermerlər yazıqdırlar, onlar çəkdiyi zəhmətin qarşılığında qazanc götürsünlər ki, gələn il də torpağı becərməkdə maraqlı olsunlar.

-Qüdrət bəy, yay tətilini harada keçirəcəksiniz?

-Sözün düzü, istirahət üçün harasa getməyi planlaşdırmıram. Yəqin ki, Bakıda olacağam. Ola bilsin həftənin şənbə-bazar günləri ölkəmizin rayonlarına getdim. Amma hansısa bir xarici ölkəyə gedib dincəlmək planı yoxdur.

-Eşitmişəm yaxşı üzgüçüsünüz. Yəqin dənizə gedəcəksiniz…

-Təəssüflər olsun ki, Xəzər həddindən artıq çirklənib. Son illər demək olar ki, mən çimərliyə getmirəm. Çirkli olduğu üçün dəniz, çimərliklər məni çəkmir. Vaxtilə çimərliklərə getməyi, üzməyi çox xoşlayırdım. Türkiyədə, yaxud Avropa ölkələrindəki çimərliklər çox təmizdir. Amma Xəzər, xüsusən də Azərbaycan tərəf həddindən artıq çirklidir.

-Çirklənməyinə baxmayaraq, Xəzər hasarlanıb, özəl çimərliklərdə giriş qiyməti kəllə-çarxa qalxıb. Nəhayət, bu vəziyyətlə bağlı tədbir görmək lazım deyilmi?

-Özəl çimərliklər də ola bilər, mənim fikrimcə, olmalıdır. Amma paralel qaydada bələdiyyə çimərlikləri də fəaliyyət göstərməlidir və oraya giriş tam azad olmalıdır. Bizim bələdiyyələr, Bakı Şəhər İcra Hakimiyyəti bəyan edir ki, pulsuz çimərliklər var. Həqiqətən də var. Amma çox təəssüf ki, orda xidmət yaxşı səviyyədə qurulmayıb. Odur ki, insanlar daha çox özəl çimərliklərə üstünlük verir. Bu da onlara xeyli baha başa gəlir. Odur ki, bir qrup insanlar dənizdən istədikləri ləzzəti ala bilmir. Axı, insanlar təkcə çimmək üçün çimərliyə getmir, həmçinin hansısa xidmətlərin göstərilməsini istəyir. Bax, ictimai çimərliklərdə xidmət işi çox pis təşkil olunub, həmçinin qiymətlər çox baha olduğundan hər bir vətəndaş bundan istifadə edə bilmir.

“Bu gün ən yaxşı təsir bağışlayan komanda Belçikadır”
-Siz futbol həvəskarı olmaqla yanaşı, özünüz də futbolçusunuz, parlamentin futbol komandasında da oynayırdınız. Rusiyada keçirilən Dünya çempionatı ilə bağlı proqnozunuz maraqlıdır. Çempion hansı komanda olacaq?

-Mənim qənaətimə görə, bu çempionat sürprizlərlə doludur. Elə Almaniyanın 1/8 finala çıxa bilməməsi, Argentinanın çox çətinliklə 1/8finaladək gəlib çıxa bilməsi, Portuqaliyanın evə yollanması və s. sürprizlərdəndir. Kolumbiya, Meksika da var, elə fransızlar bu günə qədər uduzmayıblar. Messiya görə mən də istərdim ki, Argentina qrupda qalsın, amma olmadı. Bu gün ən yaxşı təsir bağışlayan komanda Belçikadır. Bu komanda kifayət qədər yaxşı təsir bağışlayır. Birmənalı şəkildə çempionun Belçika olacağını demək çətindir, amma fikrimcə, çempion olmağa layiq komandadır…

Previous Post

Qüdrət Həsənquliyev: “Fermer soğanın kisəsini 3 manata satır, bunu Allah da qəbul eləməz”

Next Post

Tanınmış həkim-loğmanın müəllim nəvəsi – AĞAYEV AĞABƏY ƏHMƏDƏLİ oğlu

Bənzər yazılar

ÜST ölümcül Ebola virusu barədə xəbərdarlıq edir!

ÜST ölümcül Ebola virusu barədə xəbərdarlıq edir!

04 İyun 2026 - 11:15

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Konqo Demokratik Respublikasında Ebola epidemiyasının rəsmi olaraq elan edilməzdən aylar əvvəl başlamış ola biləcəyini açıqladı. Mütəxəssislər...

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi vəfat edib

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi vəfat edib

03 İyun 2026 - 21:37

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi Rövşən Muradov vəfat edib. Elchi.az xəbər verir ki, bu barədə mərkəzin "X" sosial şəbəkə...

Azərbaycan səfiri etimadnaməsinin surətini Bəhreynin XİN rəhbərinə təqdim edib

Azərbaycan səfiri etimadnaməsinin surətini Bəhreynin XİN rəhbərinə təqdim edib

03 İyun 2026 - 20:08

Azərbaycanın Bəhreynə təyin olunmuş səfiri Cavidan Hüseynov etimadnaməsinin surətini Bəhreynin xarici işlər naziri Əbdüllətif bin Rəşid əl-Zəyaniyə təqdim edib. Elchi.az...

Britaniyanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim etdi

Britaniyanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim etdi

03 İyun 2026 - 19:10

Bu gün tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Krallığın ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri...

Next Post
Tanınmış həkim-loğmanın müəllim nəvəsi – AĞAYEV AĞABƏY ƏHMƏDƏLİ oğlu

Tanınmış həkim-loğmanın müəllim nəvəsi - AĞAYEV AĞABƏY ƏHMƏDƏLİ oğlu

Tanınmış həkim-loğmanın müəllim nəvəsi – AĞAYEV AĞABƏY ƏHMƏDƏLİ oğlu

Tanınmış həkim-loğmanın müəllim nəvəsi - AĞAYEV AĞABƏY ƏHMƏDƏLİ oğlu

Son xəbərlər

Ali Məhkəmə müsabiqə elan edir

Ali Məhkəmə: Qanunsuz məqsədlə verilən pul geri qaytarılmır

04 İyun 2026 - 12:27
Nazir müavini: Ət qiymətləri istehsalın artması və maya dəyərinin azalması hesabına sabitləşə bilər

Nazir müavini: Ət qiymətləri istehsalın artması və maya dəyərinin azalması hesabına sabitləşə bilər

04 İyun 2026 - 12:14
ADSEA: Xankəndidə sakinlər fasiləsiz içməli su ilə təmin olunur

ADSEA: Xankəndidə sakinlər fasiləsiz içməli su ilə təmin olunur

04 İyun 2026 - 12:06
Nazir müavini: Fermerlər üçün modul elektron rəqəmsal platforma istifadəyə veriləcək

Nazir müavini: Fermerlər üçün modul elektron rəqəmsal platforma istifadəyə veriləcək

04 İyun 2026 - 11:57
Xankəndidə yağış sularının yığılması üçün kollektor tikiləcək

Xankəndidə yağış sularının yığılması üçün kollektor tikiləcək

04 İyun 2026 - 11:50
Bir ayda sərhəddə 5.6 milyon manatlıq qaçaqmal tutulub

Bir ayda sərhəddə 5.6 milyon manatlıq qaçaqmal tutulub

04 İyun 2026 - 11:42
Bakıda Milli Qurtuluş Gününə həsr olunan konsert keçiriləcək

Bakıda Milli Qurtuluş Gününə həsr olunan konsert keçiriləcək

04 İyun 2026 - 11:30
Tramp etiraf edir: Netanyahunun iddiaları bu sözlərlə təsdiqləndi

Tramp etiraf edir: Netanyahunun iddiaları bu sözlərlə təsdiqləndi

04 İyun 2026 - 11:27
Mülki PUA-lara nəzarət olacaq, yoxlamalar aparılacaq

Mülki PUA-lara nəzarət olacaq, yoxlamalar aparılacaq

04 İyun 2026 - 11:24
ÜST ölümcül Ebola virusu barədə xəbərdarlıq edir!

ÜST ölümcül Ebola virusu barədə xəbərdarlıq edir!

04 İyun 2026 - 11:15
Tramp: İranla razılaşma bu həftəsonu əldə edilə bilər

Tramp: İranla razılaşma bu həftəsonu əldə edilə bilər

04 İyun 2026 - 11:04
Geomaqnit qasırğası olacaq

Geomaqnit qasırğası olacaq

04 İyun 2026 - 10:58
ABŞ: İsrail və Livan atəşkəs barədə razılığa gəldilər

ABŞ: İsrail və Livan atəşkəs barədə razılığa gəldilər

04 İyun 2026 - 10:51
NASA, MAVEN kosmik gəmisinin Mars missiyası başa çatdı

NASA, MAVEN kosmik gəmisinin Mars missiyası başa çatdı

04 İyun 2026 - 10:43
İran müharibəsi Yaponiyada plastik torba böhranına səbəb oldu

İran müharibəsi Yaponiyada plastik torba böhranına səbəb oldu

04 İyun 2026 - 10:36
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  
« May    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.