"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home CƏMİYYƏT

Qubadlıdan gələn məktuba cavab…

21 İyun 2019 - 13:27
in CƏMİYYƏT
FacebookVatsap

Məktubunu aldım…

Bunu da oxuyun

Güllüdüz kəndinin tarixi və əhali tərkibi ilə bağlı məlumatlar açıqlanıb

Bakı Təşəbbüs Qrupu Nyu-Yorkda qayıdış hüququ və dekolonizasiyanı qabardıb

Novxanıda anım günü

Oxudum və qoxuladım – Kəndimizin qoxusu gəlirdi. Bir anlıq elə bildim ki, həyətimizdəki tut ağaclarını cırpırıq. Hər dəfə çırpıldıqca yüzlərlə tut kərxanaya tökülür. O qədər şirinləşib ki, anam deyir – yaxşı doşabı olacaq. İki tut ağacımız da var ki, əksər budaqları Vahid dayıgilin evlərinin düz üstündədir. Həmin budaqlardan bir dənə də olsun tut yeyə bilmirdik. Ancaq mənə bacı əvəzi Səidəylə çəmini tapmışıq. Fürsət düşən kimi evlərinin üstünə çıxıb zülalı axan bal kimi tutu yeyirik. Üstümüz, başımız şirə olduğundan şor bulağa qaçırıq. Buz kimi suyla əl- üzümüzü, ayaqlarımızı yuyuruq və beşdaş oynamağa başlayırıq. Məlahət xalanın və anamın bizi səsləməsi oynumuzu yarımçıq qoyur. …
…Yazdığın məktubun hər sətrindəki sözlərdə haqlısan. Və məktubu oxuduqca xəcalət çəkirəm. Sənin hər qarış torpağın uğrunda vuruşub geri almadığımız, şəhid olmadığımız üçün. 26 ildir səndən uzaqda nələr yaşadığımızı sadalamaqla özümüzə haqq qazandırmaqdan uzağam. Hər halda səninlə bəzilərini paylaşmaq, dərdimi bölüşmək istəyirəm. 1993-cü il 31 avqustda səni zorən tərk etdiyimiz gün fəlakətimiz başladı. Ancaq səmimi deyim ki, bu fəlakətin bəzilərinə heç bir aidiyyatı yox idi… Çünki özlərinin düşüncəsinə görə “rahat həyatı” tapıblar.


… Səni zorən tərk edənlərin demək olar ki, 90 faizi Sumqayıtda məskunlaşmışdılar. O qədər ağır və lənətlədiyim günlər idi ki… Atamı, anamı ovuda bilmirdim. İllər boyu əmək sərf etdikləri evlərindən olmuşdular. 27 yaşında torpağa tapşırdıqları övladlarının məzarını bir daha ziyarət edə bilməyəcəkləri qorxusu ilə dünyalarını dəyişdilər. Atam “qaçqın” ifadəsini heç cürə qəbul edə bilmirdi. Günlərin bir günü bizə gələndə avtobusda bir qadının “bu qaçqınlar gəldi, şəhəri pis günə qoydular” deməsi atamı hövsələdən çıxartmışdı. Özünə gələ bilmirdi. “Sanki kefimizdən gülüstan kimi yurdumuzu tərk edib gəlmişik” deyə, siqareti siqaretə calayırdı. Heç üstündən bir müddət keçməmiş insult keçirtdi. Cəmi bir həftə yataqda yatdı. Dili tutulmuşdu, danışa bilmirdi. Ürəyindən keçənləri duyurdum. Qubadlının Mahmudlu kəndində torpağa tapşırılmasını istəyirdi. Dünyasını dəyişməmişdən iki gün əvvəl atama dedim ki, rayon alınıb səni Qubadlıya aparacağam. Bu xəbəri eşidəndə gözlərindən yaş axdı. Əllərini tərpədə bilmədiyi üşün gözlərini tavana dirəyib Allaha şükür edirdi. Bəli, yalan danışdım atama. Bu yalanla “xoşbəxt” etdim atamı….
…26 il bundan öncə Qubadlıda doğulanlar artıq ailə həyatı qururlar. Onların Qubadlı haqqında təsəvvürləri valideynlərinin anlatdıqlarından o yana getmir. Gələcəkdə öz övladlarına nələri və necə anladacaqları isə sual altındadır. Çünki gözlər doğma yerləri görməyib, ayaqlar doğma torpaqlara dəyməyib. Ümid edirəm ki, bu faciəni yaşamarıq. Bəzən ümidsizliyə də qapılıram. Çünki yazdığın kimi artıq işğal altında olan torpaqlarımızda, eləcə də Qubadlıda ermənilər tikinti işləri aparırlar. Biz isə lazım gələrsə torpaqlarımızı güc vasitəsilə azad edəcəyimizi bildiririk….
…İllərdir ATƏT-in Minsk qrupunun həmsədrləri Ermənistana, Dağlıq Qarabağa oradan da Azərbaycana səfərlər edirlər. Nəticə isə sıfırdı. Ermənistanda bir söz, Azərbaycanda başqa söz deyən həmsədrlər hər gəlişlərilə sanki Dağlıq Qarabağ problemini bir qədər də geriyə atırlar. Uzaqbaşı XİN rəhbərlərinin, dövlət başçılarının görüşlərini təşkil edirlər ki, bu görüşlər də hələlik problemin həllində açar rolunu oynamayıb. Hər dəfə həmsədrlər regiona səfər edəndə və səfərdən sonra yaxasına politoloq etiketi yapışdırıb mənasız və bəsit “şərhləri” ilə insanları cilədən çıxaran bu insanlar yağışdan sonra göbələyi xatırladırlar. Hələ biri var elə şərhlər verir ki, sanki iki gündən sonra yurd yerlərimizə dönəcəyik. Bilirəm, bu sətirləri oxuyanda deyəcəksən ki, günah həm də siz mətbuat işçilərindədir. Vaxtında həmin “politoloqlar”ın fikirlərini tirajlamasaydınız, bu gün yalanları dinləmək zorunda qalmazdınız…
…Sumqayıtda məcburi köçkünlər üçün binalar tikiblər və istifadəyə veriblər. İnsafən hər bir şəraiti var, ancaq otaqlar o qədər kiçikdir ki, adam özünü qəfəsdə hiss edir. Binalarda məskunlaşan bir çoxları şükür edirlər. Yenə də oxuyub sual edəcəksən: “Nəyə? 26 ildir yurdlarından, alt-üst imarətlərindən, gülüstanı xatırladan bağlarından, Həkərinin və Bərgüşadın çaylarında olan balıqlardan ki, hələ heç bir yerdə o tamda balıqdan yeməyiblər, meşələrindəki sərvətlərindən, səfalı yerlərindən, buz kimi bulaqlarından didərgin düşdükləri üçünmi şükür edirlər? Və yaxud hər addımbaşı “qaçqınsan”, “köçkünsən” kimi ibarəli sözlərini eşidib, illər uzunu xarici ölkələrin humanitar yardımı adı altında xəstəlik mənbəyi olan ərzaq məhsularını növbəyə durub almalarınamı, yataqxanalarda, uşaq baxçalarında şəraitsiz yerlərdə qalmalarınamı şükür edirlər? Adam o zaman şükr edər ki, Azərbaycanın Ordusu Ermənistan silahlı qüvvələrinin 30 ilə yaxındır işğal altında saxladığı 20 faiz torpaqlarını azad edib şərəfli işə imza atsın. Və yurdlarından məcburən qovulanlar yurdlarına geri qayıtsınlar. Bax o zaman şükür etməyə həm üzümüz, həm dilimiz həm də Allahın dərgahına uzanan əllərimiz olardı”…
… İki-üç il bundan öncə internetdə ermənilərin çəkdikləri bir vidionu izlədim. Kəndimizi çəkmişdilər – Mahmudlu kəndini. Bütün evlər dağılıb, kənd xarabazarlığı xatırladır. Etiraf edim ki, əvvəlcə kəndimiz olduğuna şübhə ilə yanaşdım. Sonra Qara qayanı görəndə qəlbim parçalandı. Qara qaya həmyaşıdlarımın yaylaq yeri idi. Nənəm deyərdi ki, ötən əsrin əvvəllərində ermənilər kəndə hücum edəndə kənd camaatı Qara qayanı özlərinə sığınacaq yeri biliblər. Ancaq bu dəfə Qara qayaya sığına bilmədik. Çünki bu zaman o zaman deyildi… 
…Yenə də məktubun sonunu ümüdlə bitirmək istəyirəm. Sənə dönəcəyik! Bunun nə zaman baş verəcəyini bilməsəm də, dönəcəyik! Qoynunda yaşamaq və ölmək arzusuyla, övladın

Arzu Şirinova

Previous Post

Qubadlıdan gələn məktuba cavab…

Next Post

Bakıda baş vermiş yol qəzası yerüstü piyada keçidini sıradan çıxarıb

Bənzər yazılar

Güllüdüz kəndinin tarixi və əhali tərkibi ilə bağlı məlumatlar açıqlanıb

Güllüdüz kəndinin tarixi və əhali tərkibi ilə bağlı məlumatlar açıqlanıb

28 Sentyabr 2026 - 21:30

Güllüdüz kəndinin tarixi və əhali tərkibi ilə bağlı məlumatlar açıqlanıb. Elchi.az xəbər verir ki, bu barədə məlumat "Perished civilization"da öz...

Bakı Təşəbbüs Qrupu Nyu-Yorkda qayıdış hüququ və dekolonizasiyanı qabardıb

Bakı Təşəbbüs Qrupu Nyu-Yorkda qayıdış hüququ və dekolonizasiyanı qabardıb

28 Sentyabr 2026 - 20:35

Bakı Təşəbbüs Qrupu BMT Baş Assambleyasının 81-sessiyasına qatılıb. Elchi.az xəbər verir ki, bu barədə Bakı Təşəbbüs Qrupunun sosial şəbəkə hesablarınbda...

Novxanıda anım günü

Novxanıda anım günü

28 Sentyabr 2026 - 18:46

Abşeron rayonunun Novxanı kəndindəki “Hacı Səfəralı” məscidinin ərazisindəki mərasim evində Anım Günü ilə bağlı ehsan verilib. Ehsan məclisindən öncə Ümummilli...

Kolleclərin boş qalan plan yerlərinə qəbulun nəticələri elan olunub

Kolleclərin boş qalan plan yerlərinə qəbulun nəticələri elan olunub

28 Sentyabr 2026 - 17:55

Tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə qəbulun nəticələri elan olunub. Bunu Elchi.az-a...

Next Post
Bakıda baş vermiş yol qəzası yerüstü piyada keçidini sıradan çıxarıb

Bakıda baş vermiş yol qəzası yerüstü piyada keçidini sıradan çıxarıb

Bakıda baş vermiş yol qəzası yerüstü piyada keçidini sıradan çıxarıb

Bakıda baş vermiş yol qəzası yerüstü piyada keçidini sıradan çıxarıb

Son xəbərlər

Kontr-admiral Səyyari: Amerika İranla nə edəcəyini bilmir

Kontr-admiral Səyyari: Amerika İranla nə edəcəyini bilmir

28 Sentyabr 2026 - 23:46
İsveçdə hökumət formalaşdırmaq cəhdi uğursuz olub

İsveçdə hökumət formalaşdırmaq cəhdi uğursuz olub

28 Sentyabr 2026 - 23:42
Nigerdə iki hücumda təhlükəsizlik qüvvələrinin 50-dən çox üzvü öldürülüb

Nigerdə iki hücumda təhlükəsizlik qüvvələrinin 50-dən çox üzvü öldürülüb

28 Sentyabr 2026 - 23:38
ABŞ Rumıniyaya 9 desant amfibiya maşını tədarük edib

ABŞ Rumıniyaya 9 desant amfibiya maşını tədarük edib

28 Sentyabr 2026 - 23:30
Belarusun Dövlət Hərbi Sənaye Komitəsi Bakıda keçiriləcək ADEX-2026 sərgisində iştirak edəcək

Belarusun Dövlət Hərbi Sənaye Komitəsi Bakıda keçiriləcək ADEX-2026 sərgisində iştirak edəcək

28 Sentyabr 2026 - 21:33
Güllüdüz kəndinin tarixi və əhali tərkibi ilə bağlı məlumatlar açıqlanıb

Güllüdüz kəndinin tarixi və əhali tərkibi ilə bağlı məlumatlar açıqlanıb

28 Sentyabr 2026 - 21:30
Bakı Təşəbbüs Qrupu Nyu-Yorkda qayıdış hüququ və dekolonizasiyanı qabardıb

Bakı Təşəbbüs Qrupu Nyu-Yorkda qayıdış hüququ və dekolonizasiyanı qabardıb

28 Sentyabr 2026 - 20:35
Transxəzər marşrutu üçün 55 milyard dollarlıq investisiya ehtiyacı müəyyənləşdirilib

Transxəzər marşrutu üçün 55 milyard dollarlıq investisiya ehtiyacı müəyyənləşdirilib

28 Sentyabr 2026 - 20:31
Şuşada mina partlayışı olub, bir nəfər xəsarət alıb

Şuşada mina partlayışı olub, bir nəfər xəsarət alıb

28 Sentyabr 2026 - 20:29
FTB-nin direktor müavini Endryu Beyli istefa verib

FTB-nin direktor müavini Endryu Beyli istefa verib

28 Sentyabr 2026 - 20:26
Transxəzər marşrutu üçün 55 milyardlıq investisiya…

Transxəzər marşrutu üçün 55 milyardlıq investisiya…

28 Sentyabr 2026 - 19:28
Dünya ulduzu azərbaycanlı ilə komanda yoldaşı ola bilər

Dünya ulduzu azərbaycanlı ilə komanda yoldaşı ola bilər

28 Sentyabr 2026 - 19:11
İlham Əliyev istilik təchizatı ilə bağlı fərman imzaladı

Prezident Naftalana yeni icra başçısı təyin etdi

28 Sentyabr 2026 - 18:58
Dağ üzərinə atılan çınqıl daşlar – ŞƏRH

Dağ üzərinə atılan çınqıl daşlar – ŞƏRH

28 Sentyabr 2026 - 18:49
Novxanıda anım günü

Novxanıda anım günü

28 Sentyabr 2026 - 18:46
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.