Qubada üzərinə divar uçan şəxs ölüb.
Report xəbər verir ki, hadisə avqustun 3-ü saat 12 radələrində rayonun Xınalıq kənd ərazisində qeydə alınıb.
Belə ki, kənd sakini Zeynalov Eldəniz Zal oğlu yaşadığı kənddə Magro Costruction MMC tərəfindən aparılan təmir-bərpa işləri ilə əlaqədar fərdi yaşayış evinin divarlarını metal alətlə sökən zaman sökülən hissə üzərinə uçub. Nəticədə o, aldığı xəsarətlərdən ölüb.
Faktla bağlı Quba Rayon Prokurorluğunda araşdırma aparılır.
11 nəfərin zəhərlənməsinə görə araşdırma başladıldı
11 nəfərin zəhərlənməsi ilə bağlı prokurorluqda araşdırma aparılır. Bu barədə Elchi.az-ın sorğusuna cavab olaraq, baş Prokurorluqdan bildirilib. "29 sentyabr 2026-cı...





















Son şərhlər