Oktyabrın 1-də Bakıda start götürəcək şahmat üzrə “Qran-pri” turnirinin üçüncü mövsümünün partiyaları
baku2014.fide.com vasitəsilə canlı yayımlanacaq.
Turnirin mətbuat xidmətinin AzərTAc-a bildiriblər ki, artıq ingilis dilində partiyaları kimlərin şərh edəcəyi dəqiqləşib. Bunlar ukraynalı qrossmeyster Yevgeni Miroşniçenko və Avropa çempionu, qrossmeyster Emil Sutovskidir.
Azərbaycan dilində partiyaları məşqçi, beynəlxalq usta Anar Allahverdiyev və yeniyetmələr üzrə millinin çalışdırıcısı, qrossmeyster Fərid Abbasov təqdim edəcəklər. Oktyabrın 6-da və 10-da turnirdə istirahət günləri olacaq.
Ümumilikdə 11 turdan ibarət olan yarışa oktyabrın 14-də yekun vurulacaq.
“Sabah” – “Slaviya” qarşılaşmasında qonaq azarkeşlər üçün 3 675 bilet ayrılıb
UEFA Çempionlar Liqasının liqa mərhələsinin II turu çərçivəsində keçiriləcək "Sabah" – "Slaviya" (Çexiya) matçında qonaq komandanın azarkeşləri üçün 3 675...



















Son şərhlər