"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MANŞET

Qorxmaz Hüseynovun qohum-əqraba şəbəkəsi

09 Fevral 2015 - 13:21
in MANŞET, SEÇMƏ, SEÇMƏ XƏBƏRLƏR
FacebookVatsap

Qorxmaz Hüseynovun qohum-əqraba şəbəkəsi“Azərsu” ASC-də dövlət pulları qardaş-bacoğlu-qayın üçlüyündə necə talanır?
Ölkənin əsas xidmət sahələrindən biri də su təsərrüfatıdır. Azərbaycanda, xüsusilə də Bakı şəhərində su təsərrüfatı üzrə xidmət göstərən büdcə təşkilatı olaraq «Azərsu» fəaliyyət göstərir. Bura əslində nəzərdən uzaq bir yağlı kökədir. Bu qurumun səlahiyyətləri 2010-cu ildə artırılıb və nəticə etibarilə də dövlət büdcəsindən ayrılan vəsaitlər də çoxalıb. Lakin «Azərsu» Açıq Səhmdar Cəmiyyətinin əhaliyə göstərdiyi xidmətdə hər hansı bir mühim dəyişiklik baş verməyib.

Bunu da oxuyun

Azərbaycan–Birləşmiş Krallıq əlaqələri: Etibarlımünasibətlərdən strateji tərəfdaşlığa

“Euronews”da İlham Əliyevin Avropa Siyasi Birliyinin Sammitində iştirakına dair məqalə dərc olunub

Vens 2028-ci il prezident seçkilərində iştirakdan imtina edə bilər

Suyla pozulan qanunlar

Apardığımız araşdırmalar zamanı məlum olur ki, əslində «Azərsu»nun fəaliyyəti ilə bağlı olaraq görülən işlərin çoxu ayrıca dövlət proqramları hesabına həyata keçirilir. Məsələn «Bakı ətrafı rayonların sosial-iqtisadi inkişafı proqramı» üzrə kəndlərə içməli su çəkilib. Vəsait ayrıca olaraq dövlət proqramının icrası üçün büdcədən ayrılır. Amma ümumi illik yekun hesabatlarda biz adətən icraçı olan «Azərsu»nu işin sahibi olaraq təqdim edilən görürük. Maraqlıdır ki, dövlət proqramlarını bir kənara qoyanda adıçəkilən qrumun hər hansı uğurlu fəaliyyəti müşahidə etmək mümkün deyil. Məsələ burasındadır ki, dövlət proqramlarının icra edilməsi ilə bağlı da bir sıra neqativ hallara rast gəlinir. Məsələ ilə bağlı cumhiriyyet.az-ın apardığı araşdırma onu göstərir ki, şirkətlə bağlı yeyinti halları heç də bununla yekunlaşmır. Bu qurumda ancaq qazıntı işlərini hansısa şirkət yox, qeyri-rəsmi şəkildə fəaliyyət göstərən briqadalar aparır. Sakinlərin sözlərinə görə, fəhlələrlə heç bir əmək müqaviləsi bağlanmayıb, onlara maaş nağd şəkildə, yəni əməkhaqqı cədvəlinə qol çəkilmədən verilir. Fəhlələrin məlumatına istinad edən sakinlər deyir ki, fəhlələr qul bazarından yığılır və gündəlik 20 manata işlədilir. Təbii ki, bu böyük qanun pozuntusudur. Birincisi, burada Əmək Məcəlləsinin kobud şəkildə pozulub, vətəndaşların əmək hüququ tapdalanır. İkincisi, “Azərsu” dövlət müəssisəsidir, onun sifarişləri də dövlət sifarişi sayılır. Tender qanunvericiliyinə görə, 50 min manatdan yuxarı dövlət sifarişləri üçün tender elan edilməli, podratçı təşkilat tender yolu ilə seçilməlidir. Yəni tender qanunvericiliyinə görədövlət sifarişlərini fiziki şəxslər yox, ixtisaslaşmış şirkətlər həyata keçirməlidir. Qanunda hətta o da göstərilib ki, tenderde iştirak edən şirkətlərin ən azı 3 il təcrübəsi olmalıdır. Bu baxımdan “Azərsu” iki qanunu – Əmək Məcəlləsini və tender haqqında qanununu pozub.

Qardaş və qatın ittifaqı: “T.T.Ş İnşaat servis”lə qazanılan milyonlar

“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədrinin adı müxtəlif qanunsuzluqlar və mənimsəmə hallarında çəkilir. Yerli KİV-lərdə yayılan məlumatlardan aydın olur ki, Qorxmaz Hüseynov vəzifəyə təyin olunandan bu vaxta qədər əhalinin içməli su ilə təminatını yox, öz maliyyə imkanlarını yaxşılaşdırıb. Su və kanalizasiya işçiləri ilə rəsmi müqavilə bağlanmadığına görə minlərlə işçi hal- hazırda “Azərsu” ASC-nin layihələrində qeyri-rəsmi işləyirlər, bu işçilərin heç bir sığortası yoxdur. Halbuki, “Azərsu”nun layihələrini həyata keçirən “T.T.Ş İnşaat” şirkətinin Qəbələdə, Qusarda, Xaçmazda, Xızıda, İmişlidə, Yardımlıda və Beyləqanda gördüyü işlərdə 50-dən çox fəhlə torpaq uçqunu altında qalaraq xəsarət alıb. Amma bu fakta görə şirkətin rəhbərliyindən heç kim məsuliyyətə cəlb olunmayıb. İşin ən maraqlı tərəfi “T.T.Ş İnşaat” şirkətinin arxasında kimin dayanması ilə bağlıdır. Bununla bağlı cumhuriyyet.az-a daxil olan məlumatlara görə, milyonluq tenderlərin qalibi olan şirkət Qorxmaz Hüseynovun qardaşı Məhəmməd Hüseynov və qaynı Namiq Cəbrayılov tərəfindən idarə olunur. Bundan başqa “Mühəndis Tikinti Layihə” MMC, “Azərsu Təchizat Tikinti” ASC, “Sənaye Tikinti-M” şirkətləri də Qorxmaz Hüseynovun qardaşı və qaynının nəzarəti altındadır. “Sənaye Tikinti-M” MMC-nin təsisçisi Məhəmməd Cavanşir oğlu Hüseynov Qorxmaz Cavanşir oğlu Hüseynovun qardaşıdır. Bu MMC “Azərsu” üçün 1,5 milyon manata Korgöz qəsəbəsinə su xətti çəkib. “Hidro-İnşaat Servis” MMC isə 2011-ci ildə Qorxmaz Hüseynovun qaynı Cəbrayılov Namiq Cidalı oğlu tərəfindən təsis olunub. Bütün bunlar açıq korrupsiya deməkdir – dövlət vəsaiti günün günorta çağı aşkar şəkildə talan edilir.

Bacoğlu Yusifəli daşdan da pul çıxarır

Hazırda şübhəli maliyyə əməliyyatlarının başında “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynovun bacısı oğlu Yusifəlinin durduğu bildirilir. “Azərsu”dakı mənbələrdən cumhuriyyet.az-a verilən məlumata görə, Yusifəlinin yaratdığı qeyri-leqal briqadalar vasitəsi ilə dövlət sifarişi həyata keçirilir. Sonra işlərin guya hansısa şirkətin adına yazılır və böyük pullar hesabdan silinir. Xatırladaq ki, bacıoğlunun adı bir müddət öncə 250 milyon manatlıq layihədə qiymətləri şişirtmək və olmayan xidmətlərə görə pul silməklə bağlı skandalda hallandırılmışdı. Həmin məlumatda qeyd olunurdu ki, Qorxmaz Hüseynov üst-üstə 1,3 milyardlıq layihələri qohumları arasında bölüşdürüb. Məlumatda deyilirdi ki, Hacıqabulda su və kanalizasiya sisteminin yenidən qurulması üçün “Azərsu” ASC-nin sifarişi ilə həyata keçirilən layihədə nəhəng korrupsiya faktları mövcuddur. Burada olmayan işlərə görə böyük məbləğlər silinir, xərclər şişirdilir. Çünki podratçı şirkətlər istisnasız olaraq “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynovun çətiri altındadır və onların bütün qanunsuz əməllərinə yaşılı işıq yandırılır. Sadəcə bir faktda deyilirdi ki, layihənin icrasının gedişində boruların altına və üstünə dəniz sahilinin ətrafında olan ağ qumdan istifadə etmək lazım gəlib. Bacoğlu Yusifəli Hacıqabulda su və kanalizasiya sisteminin yenidən qurulması üçün “Azərsu” ASC-nin sifarişi ilə həyata keçirilən layihədə nəhəng korrupsiya hallarına şərait yaradıb. Bu barədə bizi bilgiləndirən mənbənin sözlərinə görə, layihənin icrasına Türkiyə şirkəti cəlb edilsə də, işin koordinasiyası “Azərsu” ASC-yə məxsus olub: “İşin gedişində boruların altına və üstünə dəniz sahilinin ətrafında olan ağ qumdan istifadə etmək lazım gəlib. Qorxmaz müəllimin bacısı oğlu Yusifəli bu işi öz üzərinə götürüb. Hacıqabul rayonunun Atbulaq kəndində Qalmaz adlanan ərazi var. Həmin ərazidə əslən Hacıqabul rayonunun Rəncbər kəndindən olan Əbil adlı şəxsin ağ qum karyeri fəaliyyət göstərir. Əbil Yusifəlinin kiçik müəssisəsinə bir yük maşın qumu 30 manatdan satır. Yusifəli isə sənədləşmədə həmin ağ qumun Hacıqabulun Atbulaq kəndindən deyil, Salyan rayonunun Xıdırlı kəndi ərazisindən daşıdığını yazdırır. Qumun uzaq məsafədən daşınmasını sənədləşdirmək pulun çox silinməsinə hesablanıb. Özü də qiymət bir neçə dəfə baha göstərilir. Sənəd üzərində guya gündəlik 100 maşın qumun daşınması əksini tapıb. Bu isə külli miqdarda vəsaitin mənimsənilməsi deməkdir”. Beləcə, ASC sədrinin bacısı oğlu büdcəyə külli miqdarda ziyan vuraraq böyük qazanc əldə edib.

***

Qorxmaz Hüseynovun 2011-ci ildən etibarən həyata keçirdiyi qanunsuz işlərin siyahısını bir az da uzatmaq olar. Fikrimizcə, bu faktların araşdırılması ASC sədrinin karyerasının sonunu gətirə bilər. Bir sözlə, Qorxmaz müəllimin karyerası tükdən asılıdır. Tam əminliklə söyləyə bilərik ki, ARDNŞ-in keçmiş vitse-prezidenti ölkə rəhbərliyinin etimadını doğrulda bilmədi. Çox güman ki, yuxarı instansiyaların rəhbərləri Qorxmaz Hüseynovun adının çəkildiyi korrupsiya məsələlərini araşdırıb büdcə vəsaitlərinə qənim kəsilən şəxslərin barəsində lazımi tədbirlər görəcək.

 

Previous Post

Qorxmaz Hüseynovun qohum-əqraba şəbəkəsi

Next Post

Bakıda aptekə soxularaq əczaçını qorxutdu və …

Bənzər yazılar

Azərbaycan–Birləşmiş Krallıq əlaqələri: Etibarlımünasibətlərdən strateji tərəfdaşlığa

Azərbaycan–Birləşmiş Krallıq əlaqələri: Etibarlımünasibətlərdən strateji tərəfdaşlığa

14 Noyabr 2026 - 14:52

Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında ikitərəfli münasibətlər qarşılıqlı hörmətvə etimada, bərabər hüquqa, yaxın tərəfdaşlığa,...

“Euronews”da İlham Əliyevin Avropa Siyasi Birliyinin Sammitində iştirakına dair məqalə dərc olunub

“Euronews”da İlham Əliyevin Avropa Siyasi Birliyinin Sammitində iştirakına dair məqalə dərc olunub

13 Noyabr 2026 - 21:27

Avropa İttifaqı (Aİ) ilə energetika əməkdaşlığının genişləndirilməsi, Böyük Britaniya ilə Strateji Tərəfdaşlıq, Ukrayna ilə münasibətlər və Ermənistanla dialoqun davam etdirilməsi...

Vens 2028-ci il prezident seçkilərində iştirakdan imtina edə bilər

Vens 2028-ci il prezident seçkilərində iştirakdan imtina edə bilər

13 Noyabr 2026 - 17:49

ABŞ-nin vitse-prezidenti Cey Di Vens Konqresə aralıq seçkilərdə respublikaçıların məğlubiyyətindən sonra 2028-ci il prezident seçkilərində iştirak etməkdən imtina etməyi ciddi...

COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışı olub

COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışı olub

12 Noyabr 2026 - 21:25

Türkiyənin Antalya şəhərində keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində noyabrın 12-də Sıfır Tullantı...

Next Post

Bakıda aptekə soxularaq əczaçını qorxutdu və ...

Bakıda aptekə soxularaq əczaçını qorxutdu və ...

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

Ebolaya yoluxanların sayı 11 mini keçdi

Ebolaya yoluxanların sayı 11 mini keçdi

14 Noyabr 2026 - 18:09
KİV: Rusiya NATO-nun qüvvələrinin 1997-ci il mövqelərinə qaytarılmasını tələb edir

KİV: Rusiya NATO-nun qüvvələrinin 1997-ci il mövqelərinə qaytarılmasını tələb edir

14 Noyabr 2026 - 18:05
İran AEBA yoxlamalarının bərpası şərtlərini açıqladı

İran AEBA yoxlamalarının bərpası şərtlərini açıqladı

14 Noyabr 2026 - 17:13
Kamran Əliyev argentinalı həmkarları ilə görüşlər keçirib

Kamran Əliyev argentinalı həmkarları ilə görüşlər keçirib

14 Noyabr 2026 - 17:02
Bolqarıstan Ukraynaya hərbi yardımı dayandırıb

Bolqarıstan Ukraynaya hərbi yardımı dayandırıb

14 Noyabr 2026 - 15:40
Hörmüz boğazında daha bir neft tankeri minaya düşərək yanıb

Hörmüz boğazında daha bir neft tankeri minaya düşərək yanıb

14 Noyabr 2026 - 15:14
Azərbaycan–Birləşmiş Krallıq əlaqələri: Etibarlımünasibətlərdən strateji tərəfdaşlığa

Azərbaycan–Birləşmiş Krallıq əlaqələri: Etibarlımünasibətlərdən strateji tərəfdaşlığa

14 Noyabr 2026 - 14:52
KİV: Tramp Putin və Si Cinpinlə görüşdə Ukrayna məsələsini müzakirə etmək istəmir

KİV: Tramp Putin və Si Cinpinlə görüşdə Ukrayna məsələsini müzakirə etmək istəmir

14 Noyabr 2026 - 13:50
Sözə sədaqətlə keçən ömür: Tapdıq Əlibəylinin 65 illik yubileyi qeyd olunub

Sözə sədaqətlə keçən ömür: Tapdıq Əlibəylinin 65 illik yubileyi qeyd olunub

14 Noyabr 2026 - 13:49
Azərbaycanda gələn il 6 mln. tondan artıq neft məhsulları istehsal olunacaq

Azərbaycanda gələn il 6 mln. tondan artıq neft məhsulları istehsal olunacaq

14 Noyabr 2026 - 13:34
Sabah Bakıda yağış yağacaq

Sabah Bakıda yağış yağacaq

14 Noyabr 2026 - 13:14
Azərbaycanda dənli və dənli paxlalı bitkilərin 4 illik istehsal proqnozları müəyyənləşib

Azərbaycanda dənli və dənli paxlalı bitkilərin 4 illik istehsal proqnozları müəyyənləşib

14 Noyabr 2026 - 13:00
Mark Karni: Kanada heç vaxt NATO-nun digər üzvlərini tək qoymayacaq

Mark Karni: Kanada heç vaxt NATO-nun digər üzvlərini tək qoymayacaq

14 Noyabr 2026 - 12:42
Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı keçirilir

Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı keçirilir

14 Noyabr 2026 - 12:15
Hazırda 55-dək yeni peşə və kvalifikasiya standartı hazırlanır, 80-dən çox standart yenilənir

Hazırda 55-dək yeni peşə və kvalifikasiya standartı hazırlanır, 80-dən çox standart yenilənir

14 Noyabr 2026 - 11:59
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
« Okt    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.