|
|
“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova sökülən villalarla bağlı ölkə prezidentinə müraciət edib. |
|
Bu barədə Mehriban Zeynalova İnterpress.az-a açıqlamasında bildirib.
Mehriban Zeynalovanın sözlərinə görə, sökülən vilların sökülməsindənsə qadınlar üçün sığınacaq kimi istifadəsi daha məqsədəuyğundur: “İl ərzində yüzlərlə qadın məişət zorakılığına məruz qalır. Bəzilərinin həyatı təhlükədə olduğu üçün sığınacaq evinə yerləşdirilməsinə ehtiyac yaranır. Lakin məişət zorakılığından zərər çəkmiş qadınlar üçün sığınacaq evlərinin sayı məhduddur. Buna görə də bu villalar dövlət müəssisələrinin balansında saxlanılmaqla sığınacaq evi kimi istifadəyə verilə bilər. Bizim təşkilata müraciət edən qadınları yerləşdirməkdə çətinlik çəkirik. Buna görə də ölkə başçısına müraciət edərək villaların sosial evlər kimi QHT-lərin istifadəsinə verilməsini xahiş etmişik. Təbii ki, son qərarı ölkə başçısı verəcək”. Mehriban Zeynalovanın sözlərinə görə, sahibi bəlli olmayan və qanunsuz inşa edilən villalarla bağlı təşkilata məlumatlar göndərilir: “Sulutəpə ərazisində belə villalar var. Həmin villalardan biri sığınacaq kimi istifadəyə verilərsə, təşkilatımız yenə də bu qadınlara könüllü xidmət göstərəcək”. Elnarə |
Bakının bir sıra ərazilərində sabah işıq olmayacaq
Abonentlərin daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunması məqsədilə oktyabrın 28-də Bakının bir sıra ərazilərində təmir işləri aparılacaq....



















Son şərhlər