"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home SOSİAL

Qərbi Azərbaycan: maarif, mətbuat və milli dirəniş tarixi

18 Avqust 2025 - 17:21
in SOSİAL

3

FacebookVatsap

1918-1920-ci illərdə İrəvanın ermənilərə paytaxt kimi verilməsi ilə şəhərdəki azərbaycanlı əhali faciəli bir dövr yaşadı. Daşnakların törətdiyi qırğınlar nəticəsində yüzlərlə ailə doğma yurdunu tərk etməyə məcbur oldu, əsrlərlə formalaşmış mədəni mühit tamamilə dağıldı. İrəvanın ziyalı nəsilləri pərən-pərən düşdü, minlərlə insanın həyatında iz buraxan bir boşluq meydana gəldi. Bu dövrdə görkəmli tarixçi Mehdi xan İrəvanski, şair və ədəbiyyatşünas Cəfər Xəndan, kinorejissor Hüseyn Seyidzadə, dövlət xadimi Əfşan Qədimbəyova, Xalq rəssamı Kamil Əliyev və onlarla digər azərbaycanlı ziyalı körpə yaşlarından bu faciələrin ağırlığını çiyinlərində daşımağa məcbur oldular. Hər birinin uşaqlıq illəri dağıdılmış evlər, yandırılmış məhəllələr və qətlə yetirilmiş yaxınlarla bağlı xatirələrlə keçdi.

Bunu da oxuyun

MİDA modeli: təhlükəsiz seçimlə əlçatan mənzil

Sabah Cəlilabadın 39 yaşayış məntəqəsində iki saat işıq olmayacaq

Nazir: Sosial xidmət müəssisələrində 1250 uşaq məskunlaşıb

Daşnakların hakimiyyəti dövründə öz yurd-yuvalarını tərk etmiş azərbaycanlıların yalnız bir qismi sovet hakimiyyəti qurulduqdan sonra Qərbi Azərbaycana qayıda bildi. Artıq bu ərazinin əsl sahibləri olan azərbaycanlılar öz doğma torpaqlarında “milli azlıq” vəziyyətinə düşmüşdü. Bu çətin şəraitdə Qərbi Azərbaycanın maarifçi ziyalıları və mətbuat nümayəndələri milli və mədəni dirənişi qorumaq üçün böyük fədakarlıq göstərdilər.

1921-ci ilin iyul ayında Qaraqoyunlu bölgəsindən olan Bala Əfəndiyev Ermənistan Xalq Daxili İşlər komissarının müavini vəzifəsinə təyin edildi. O, Ermənistanda yaşayan azərbaycanlılar arasında mədəni və maarif işlərinə rəhbərlik etməyə başladı. Eyni zamanda, 1921-ci ilin sonlarında Ermənistan KP MK-nın təbliğat-təşviqat şöbəsi nəzdində azlıqda qalan millətlərlə iş üçün türk bölməsi yaradıldı. 1932-ci ilin iyununda isə bu bölmə “Azlıqda qalan millətlər şurası” adını aldı.

Şura və Komitə azərbaycanlıların savadsızlığın aradan qaldırılması, uşaqların təhsilə cəlb edilməsi və kənd yerlərində ümumtəhsil məktəblərinin açılması istiqamətində geniş fəaliyyət göstərirdi. Bala Əfəndiyevin rəhbərliyi ilə yaradılmış Yeni Türk Əlifba Komitəsi də bu sahədə əvəzsiz rol oynayırdı. Komitə üzvləri Qərbi Azərbaycanın müxtəlif bölgələrinə səfərlər edərək əhali arasında maarifçilik işlərini həyata keçirir, yeni məktəblərin açılmasını təmin edir və uşaqların təhsil almasına xüsusi diqqət yetirirdilər.

Azərbaycanda qadınların maariflənməsinə də böyük önəm verilirdi. Bala Əfəndiyevin həyat yoldaşı Fatma Əfəndiyeva “Rəncbər” qəzetinin ilk qadın müxbiri olmaqla yanaşı, İrəvanda azərbaycanlı qadınlar üçün Təpəbaşı məscidində təşkil olunmuş Klara Setkina adına Qadınlar klubuna rəhbərlik edirdi. Sonralar Bülbül Kazımovanın rəhbərliyi ilə fəaliyyət göstərən klub qadınlar arasında savadsızlığın aradan qaldırılması, dərzilik kursları, teatr və özfəaliyyət dərnəkləri təşkil edir, dini mövhumata qarşı mübarizə aparırdı. 1949-cu ilə qədər fəaliyyət göstərən bu klub azərbaycanlı qadınların ictimai həyatda iştirakını gücləndirdi, onların milli şüurunun formalaşmasına xidmət etdi.

Ancaq bu fəaliyyət hər zaman asan olmamışdı. Ermənistanda hakimiyyətə gəlmiş millətçi-şovinist qüvvələr Azərbaycan dilində qəzetlərin çapına mane olur, mətbu orqanların fəaliyyətini məhdudlaşdırırdılar. Mərkəzi Komitənin katiblərindən biri olan Aşot Hovanisyan “Rəncbər” qəzetinin abunəçilərinin az olmasını bəhanə edərək onun bağlanmasına göstəriş verdi. 1922-ci ilin dekabrında Zaqafqaziya Ölkə Partiya Komitəsi də İrəvan və Batumidə türk dilində qəzetlərin çıxarılmasını dayandırmaq qərarı aldı. Nəticədə, 1921-ci ildə 31, 1922-ci ildə isə 46 nömrəsi işıq üzü görmüş “Rəncbər” qəzeti fəaliyyətini dayandırdı. Tiflisdə çap olunan “Yeni fikir” qəzeti isə Qərbi Azərbaycanın türk rayonlarının ehtiyaclarını ödəyə bilmirdi.

Bu çətinliklərə baxmayaraq, 1925-ci ildə Bala Əfəndiyevin səyləri nəticəsində “Zəngi” qəzeti işıq üzü gördü. Sonralar “Qızıl Şəfəq” adı ilə çap olunan bu qəzet azərbaycanlıların maariflənməsində, hüquqlarının qorunmasında və yeni türk əlifbasına keçid prosesində öncül rol oynadı. Qəzet, həftədə iki dəfə çap olunaraq üç il ərzində türk zəhmətkeşlərinin maarif və mədəniyyət sahəsində inkişafına böyük töhfə verdi.

1928-ci ildə “Zəngi” qəzetində dərc olunmuş “Millətçi katib” məqaləsi göstərir ki, Qərbi Azərbaycandakı azərbaycanlı gənclər müxtəlif ayrı-seçkiliklərə məruz qalmış, lakin buna baxmayaraq milli şüur və maarifçilik istiqamətində mübarizə aparmışlar. Məqalədə qeyd olunur ki, erməni millətçiliyi gənclərin təşkilatlara daxil olmasına mane olur, amma azərbaycanlı ziyalılar və pedaqoqlar bu çətinlikləri aşaraq milli maarifi yaymağa davam edirdilər.

Bu tarixi faktlar sübut edir ki, milli şüur və mədəniyyətin qorunması üçün mübarizə yalnız əsgəri və siyasi səviyyədə deyil, eyni zamanda maarifçilik, mətbuat və ictimai fəaliyyət sahəsində də aparılmışdır. Qərbi Azərbaycanda ziyalılar, qadınlar və mətbuat vasitəsi ilə azərbaycanlıların hüquq və maarifi qorunmuş, gələcək nəsillərə dəyərli bir irs qoyulmuşdur. Bu mübarizə həm mənəvi, həm də intellektual dirənişin təməlini təşkil etmiş və milli şüurun qorunmasında örnək olmuşdur.

(Yazı Media İnkişaf Mərkəzinin icra etdiyi “Qərbi Azərbaycan: mədəni, hüquqi, siyasi bağlar” layihəsi çərçivəsində hazırlanıb)

Azad Nurulu

Previous Post

İlham Əliyev İsrailin yeni səfrini qəbul etdi – Foto

Next Post

Hadisələrin ardıcıllığı bizə nədən xəbər verir? – TƏHLİL

Bənzər yazılar

MİDA modeli: təhlükəsiz seçimlə əlçatan mənzil

MİDA modeli: təhlükəsiz seçimlə əlçatan mənzil

04 Sentyabr 2026 - 21:05

Bu gün Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) Lənkəran, Şirvan və Yevlax şəhərlərində inşa etdiyi yaşayış komplekslərində güzəştli mənzillərin seçimi həyata...

Sabah Cəlilabadın 39 yaşayış məntəqəsində iki saat işıq olmayacaq

Sabah Cəlilabadın 39 yaşayış məntəqəsində iki saat işıq olmayacaq

20 İyul 2026 - 23:49

Cəlilabad rayonunun 39 yaşayış məntəqəsinin elektrik təchizatında fasilə yaranacaq. Elchi.az -ın məlumatına görə, buna səbəb "Cəlilabad" yarımstansiyasında aparılacaq təmir işləridir....

Nazir: Sosial xidmət müəssisələrində 1250 uşaq məskunlaşıb

Nazir: Sosial xidmət müəssisələrində 1250 uşaq məskunlaşıb

30 Aprel 2026 - 16:26

"Hazırda qanunvericilikdə nəzərdə tutulan aylıq və birdəfəlik ödənişlər çərçivəsində uşaqlarla bağlı sosial dəstək tədbirləri 500 mindən çox şəxsi əhatə edir"....

Onların təhsil haqqı dövlət büdcəsindən ödəniləcək

Onların təhsil haqqı dövlət büdcəsindən ödəniləcək

27 Aprel 2026 - 13:45

Minatəmizləmə zamanı həlak olanların övladlarının təhsil haqqı dövlət büdcəsindən ödəniləcək. Elchi.az APA-ya istinadla xəbər verir ki, bu, Milli Məclisin bu...

Next Post

Hadisələrin ardıcıllığı bizə nədən xəbər verir? - TƏHLİL

İrəvanda Paşinyanın Pezeşkianla görüşü başlayıb

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

“Səssiz tələ” sənədli filmi təqdim olunub

“Səssiz tələ” sənədli filmi təqdim olunub

04 Oktyabr 2026 - 19:15
Türkiyədə arı pətəklərinin içində 90 kiloqramdan çox narkotik aşkarlanıb

Türkiyədə arı pətəklərinin içində 90 kiloqramdan çox narkotik aşkarlanıb

04 Oktyabr 2026 - 14:33
İtaliyada düşərgədə yanğın olub, 10-dan çox insan xəsarət alıb

İtaliyada düşərgədə yanğın olub, 10-dan çox insan xəsarət alıb

04 Oktyabr 2026 - 14:32
Məkkə sazişinə qoşulanların sayı arta bilər

Məkkə sazişinə qoşulanların sayı arta bilər

04 Oktyabr 2026 - 13:08
İran ABŞ-nin təklifinə cavab verib

İran ABŞ-nin təklifinə cavab verib

04 Oktyabr 2026 - 12:55
Əraqçi: İranın şərtləri qəbul edilsə, Hörmüz boğazı açılacaq

Əraqçi: İranın şərtləri qəbul edilsə, Hörmüz boğazı açılacaq

04 Oktyabr 2026 - 12:52
Azərbaycanda yağıntılı hava davam edir, dağlara qar yağıb – FAKTİKİ HAVA

Azərbaycanda yağıntılı hava davam edir, dağlara qar yağıb – FAKTİKİ HAVA

04 Oktyabr 2026 - 12:39
Sabah Bakıda və bəzi rayonlarda yağış yağacaq

Sabah Bakıda və bəzi rayonlarda yağış yağacaq

04 Oktyabr 2026 - 12:33
SEPAH: İran ballistik raketlərin istehsalı üçün imkanlarını qoruyub saxlayıb

SEPAH: İran ballistik raketlərin istehsalı üçün imkanlarını qoruyub saxlayıb

04 Oktyabr 2026 - 11:13
Merts Ukraynaya elan olunmamış səfər edib

Merts Ukraynaya elan olunmamış səfər edib

04 Oktyabr 2026 - 11:11
Gəncədə 28 yaşlı kişi və bacısı yanıq xəsarətləri alıb

Gəncədə 28 yaşlı kişi və bacısı yanıq xəsarətləri alıb

04 Oktyabr 2026 - 11:10
Ağdamda 15 yaşlı qızın erkən evliliyinin qarşısı alınıb

Ağdamda 15 yaşlı qızın erkən evliliyinin qarşısı alınıb

04 Oktyabr 2026 - 11:08
4 oktyabr- Cəbrayıl Şəhəri Günüdür

4 oktyabr- Cəbrayıl Şəhəri Günüdür

04 Oktyabr 2026 - 00:00
Filosof İoanna Kuçuradi vəfat edib

Filosof İoanna Kuçuradi vəfat edib

03 Oktyabr 2026 - 23:00
İran və İraq arasında uçuşlar sabahdan bərpa ediləcək

İran və İraq arasında uçuşlar sabahdan bərpa ediləcək

03 Oktyabr 2026 - 21:43
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.