Dünya əhalisinin 60 faizinin yaşadığı Asiya və Sakit Okean Regionu İnkişaf İnstitutları Assosiasiyasının (ADFIAP) 46-cı Toplantısına mərkəzi ofisi Qazaxıstanın Almatı şəhərində yerləşən Avrasiya İnkişaf Bankı ev sahibliyi edib.
Elchi.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, Başda Cənub-Şərqi Asiya, Avropa Birliyi (AB), Latın Amerikası, Afrika, Yaxın Şərq, Çin, Hindistan və Səudiyyə Ərəbistanı olmaqla 40 ölkədən 240 iştirakçı ADFIAP -ın 46-cı Toplantısına qatılıb.
Qazaxıstan Prezidenti Kasım Cömert Tokayevin mesajı ilə açılan görüşdə Asiya və Sakit Okean regionunun gələcək inkişaf planları müzakirə olunacaq.
ADFIAP sədri Möminül bildirib ki, Asiya və Sakit Okean regionunun ən böyük təşkilatı olaraq onların əsas məqsədlərindən biri sözügedən regionda ümumi daxili məhsulun səviyyəsini yüksəltməkdir.
Dünya əhalisinin 60 faizinin Asiya və Sakit Okean bölgəsində yaşadığına diqqət çəkən İslam, “Əvvəllər fiziki infrastruktura diqqət yetirirdik, indi rəqəmsal infrastruktur və ətraf mühitə uyğun layihələrə üstünlük veririk. Biz layihələrin maliyyə əhatəsini genişləndirməyi planlaşdırırıq. Bunun üçün biz regional əməkdaşlığı genişləndirməyi planlaşdırırıq, onu gücləndirmək istəyirik”,-ifadəsini işlədib.
Nuranə Məmmədova