Dekabrın 18-də axşam radələrində Türkiyənin İqdır şəhərindən İstanbul şəhərinə hərəkət edən sərnişin avtobusunun Qarsın Sarıqamış qəsəbəsində qəzaya uğraması nəticəsində avtobusda olan 24 Azərbaycan vətəndaşından 2-i həyatını itirib, 14 nəfər xəsarət alıb.
Bunu APA-nın Türkiyə bürosuna Azərbaycanın Qarsdakı Baş konsulu Nuru Quliyev bildirib.
Baş konsul deyib ki, xəsarət alan 14 nəfərdən birinin vəziyyəti ağırdır: “Xəsarət alanlardan 13-ü tibbi yardım aldıqdan sonra evlərinə buraxılıb”.
Günəş işığı və sudan hidrogen istehsalı üçün yeni material hazırlanıb
Alimlər bahalı metallara ehtiyac olmadan, günəş işığından istifadə etməklə suyu parçalayan və təmiz hidrogen qazı əldə etməyə imkan verən yeni...




















Son şərhlər