Qarın yağlarının 81 faizini yandırır


Qatıq, ayran, süzmə və s. kimi məhsullar orqanizm tərəfindən yaxşı və asan mənimsənilir və əksər hallarda heç bir narahatlığa səbəb olmur. Bu məhsulların tərkibində olan süd zülalı parçalanmış vəziyyətdə olur ki, bu da onun mənimsənilməsi asanlaşır. Qatığın tərkibində olan faydalı maddələrin 90%-i orqanizm tərəfindən mənimsənilir, süddə olan xeyirli maddələrin bir çox hissəsi isə əksinə, orqanizm tərəfindən mənimsənilmir. Ehtiva etdiyi faydalı bakteriyalara görə bir növ antibiotik xüsusiyyətinə malik olan qatıq orqanizmin xeyli xəstəlikdən qorunmasına kömək edir. Bu ağartı məhsulu arıqlamaq və ya çəkini sabit saxlamaq istəyənlərin ən yaxşı dostudur.
Soyuq havalarda insanlarda D vitamini çatışmazlığı öz təsirini göstərir. Qatıq isə bu problemin qarşısını alır. Aparılan tədqiqatlar göstərir ki, köklüklə D vitamini çatışmazlığı əlaqəlidir. Ona görə də, qatıqda olan D vitamininin köklüyə qarşı mübarizədə əhəmiyyətli yer tutduğunu deyə bilərik.
Qatıq yağ ərinməsi prosesini sürətləndirsə də, əzələ kütləsini qoruyur. Protein baxımından zəngin olduğu üçün toxluq hissini artırır. Maddələr mübadiləsini sürətləndirir.
Tenesi Universitetində aparılan araşdırmaya görə, düzgün qidalanmadan əlavə, gündə iki kiçik kasa qatıq yeyənlər digərləri ilə müqayisədə daha çox yağ yandırırlar. Bundan başqa, gündə 2 dəfə qatıq yeyənlərin qarın bölgələrindəki yağların 81 faiz çox yandırıldığı müşahidə olunub. Həmçinin tərkibində olan faydalı bakteriyalar bağırsaqların işini də yaxşılaşdırır.
Lakin mağazada qatıq almazdan əvvəl tərkibini oxuyub şəkər və yağ səviyyəsini öyrənin. Çünki yağlı qatıqlar, əksinə, kökəlməyinizə səbəb ola bilər.
Qatıq istehlakı ağız qoxusunun qarşısını alır. Türkiyəli sağlam qidalanmaq mütəxəssisi Nilufər Hakarayan gecə yatmazdan əvvəl və ya yeməkdən sonra istehlak edilən qatığın həm bağırsaqları təmizlədiyini, həm də ağızda qoxuya səbəb olan bakteriya meydana gəlməsinin qarşısını aldığını bildirib.