“Qarabağ” Çempionlar Liqasının seçmə mərhələlərində komanda şəklində səmərəli çıxışları ilə yanaşı, futbolçularının fərdi çıxışları ilə də diqqət çəkib.
Bu barədə Türkiyə mediası məlumat yayıb.
Bildirilir ki, klubun 21 yaşlı sol cinah müdafiəçisi Tural Bayramov Türkiyənin “Qalatasaray” klubunun skaut heyətinin diqqətini cəlb edib.
Futbolçunun meneceri ilə əlaqə saxlanıldığı da vurğulanır.
Məlumata görə, Türkiyə Super Liqasında yer alan “Kayserispor” və “Eyüpspor” klubları da sözügedən futbolçumuzla maraqlanırlar.
Bundan başqa, Ağdam təmsilçisinin 29 yaşlı yarımmüdafiəçisi Qara Qarayevin də Türkiyə klublarının radarına düşdüyü bildirilir.
“Qəbələ”yə yeni baş məşqçi gətirlidi
"Qəbələ" yeni baş məşqçisinin adını açıqlayıb. Elchi.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, "qırmızı-qaralar" şimali makedoniyalı Yeton Bekiri ilə...





















Son şərhlər