Sentyabrın 19-da saat 09 radələrində Laçın rayonu Mollalar kəndi ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.
DİN-in mətbuat xidmətinin regional qrupundan Elchi.az-a bildirilib ki, “Ural” markalı avtomobilin qəzaya uğraması nəticəsində “Azərenerji”nin əməkdaşları Məhəmməd Mübariz oğlu Məmmədov və Gülağa Gülməmməd oğlu Məmmədov həyatlarını itiriblər.
Faktla bağlı araşdırma aparılır.