Gədəbəy istiqamətində mövqelərimiz atəşə tutulub.
Elchi.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Sentyabrın 19-u saat 02:40-da Ermənistan silahlı qüvvələrinin bölmələri Çəmbərək rayonunun Cil yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Gədəbəy rayonunun Novoivanovka yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan bir neçə dəfə atəşə tutub.
Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətlərdə cavab tədbirləri görülüb.
Bakı ərazisində vulkan püskürüb
Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən Otman Bozdağ Palçıq Vulkanında bu gün saat 07:32 radələrində püskürmə hadisəsi qeydə alınıb. Elchi.az...





















Son şərhlər