Azərbaycan kubokunun yarımfinalında keçiriləcək “Qarabağ” – “Neftçi” oyununun yeri və vaxtı dəqiqləşib.
Elchi.az apasport.az-a istinadən xəbər verir ki, aprelin 5-də keçiriləcək cavab oyunu Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.
Qarşılaşma saat 19:30-da başlayacaq.
Qeyd edək ki, komandalar arasında martın 30-da keçirilən ilk oyunda “Qarabağ” 2:0 hesabı ilə qalib gəlib.
Elchi.az