Qara dənizdə gəmi qəzaya uğradı – Göyərtəsində azərbaycanlılar da var

🗓 01.02.2018 12:18 ✍️ "Elçi" qəzeti
Qara dənizdə gəmi qəzaya uğradı – Göyərtəsində azərbaycanlılar da var
Qara dənizdə, Krım yaxınlığında Moldovanın quru yük gəmisinin korpusu zədələnib. “Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, agentliyin mənbəyi Moldova bayrağı altında üzən “Berq” gəmisinin göyərtəsində 12 nəfərin olduğunu bildirib. Ekipaj heyətinə Ukrayna və Azərbaycan vətəndaşları daxildir. Gəmi heyəti evakuasiya edilib, quru yük lövbərdədir, korpus yoxlanılır. Hadisənin başvermə səbəbləri dəqiqləşdirilir.

Bənzər yazılar