"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home GÜNDƏM

Qalib xalq təfəkkürü TƏHLİL

22 İyul 2025 - 16:10
in GÜNDƏM

yh

FacebookVatsap

İyulun 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Xankəndidə “Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” mövzusunda III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşü keçirilib. Sözügedən tədbir təkcə mühüm siyasi hadisə deyil, eyni zamanda, milli mətbuatımızın tarixində də əlamətdar hadisə kimi dəyərləndirilməlidir. Tədbirin adı ondan xəbər verir ki, Azərbaycan dünyada cərəyan edən bütün əsas tendensiyaları nəzərdən keçirir və nəinki təhlükələrdən özünü qorumağa çalışır, hətta müşahidə olunan proseslərin axınını belə öz xeyrinə çevirməyə çalışır. Sözügedən amil onun göstəricisidir ki, ölkəmiz öz inkişafında yeni keyfiyyət mərhələsini yaşayır. Əlbəttə ki, bu cür kontekst təhlil və idarəetmədə strateji yanaşmanın mövcudluğunu şərtləndirir. Yeni nəslin analitikləri yaşanan hadisələri mütləq olaraq məhz bu cür prizmadan təhlil etməlidirlər.

Bunu da oxuyun

Azərbaycan və Gürcüstan Müdafiə nazirliklərinin nümayəndələri görüşüb

YAP-ın ötən dövrdə fəaliyyəti yüksək qiymətləndirilib

Vasif Talıbov YAP-dan çıxarılır

Bu fikirləri AZƏRTAC-a açıqlamasında politoloq Asif Adil söyləyib.

Onun sözlərinə görə, xüsusi diqqət çəkən məsələ odur ki, Prezident İlham Əliyev çıxış edən zaman öz mülahizələrində təkcə Azərbaycanın milli maraqlarına istinad etmirdi. Dövlətimizin başçısı bütün regionun və regionda yerləşən konkret ölkələrin milli maraqlarını nəzərə alaraq bu və ya digər məsələlərlə bağlı öz fikirlərini səsləndirdi. Bu cür miqyas, kontekst və yanaşma yalnız böyük siyasəti aparmaq iqtidarında olan dövlətlərə məxsus ola bilər. Odur ki, siyasi müstəvidə aparılan təhlillərin də baxış bucaqlarında dəyişikliklər olmalıdır.

Forum ilə bağlı beynəlxalq ictimaiyyətin reaksiyası özünü çox gözlətmədi. Demək olar ki, Prezidentin hər bir sözü və fikri böyük diqqətə layiq görüldü. Qlobal internet məkanında minlərlə şərh və interpretasiyalar ilə rastlaşmaq mümkündür. Dövlətimizin başçısının bir çox fikirləri düşünməyə vadar edir, ən azından ona görə ki, onlar uzun on illiklər ərzində beynəlxalq münasibətlər sistemində daşlaşmış şəkildə yaşanan stereotipləri darmadağın edir. Beynəlxalq münasibətlər sistemində “dəbin” və tendensiyaların diktəsi paradiqmasından imtina olunmasının zamanı çatıb. Budur Azərbaycan Prezidentinin strateji çağırışı. Sözügedən çağırış müstəqil dövlətlərin ən ali siyasi dəyəri hesab olunan suverenlik amilini toxunulmaz edir.

“Ümid edirik ki, aidiyyəti qurumların təhlil və araşdırmaları sayəsində sözügedən Forum ümumilikdə və tədbir zamanı səsləndirilmiş konkret fikirlər hələ uzun müddət ərzində öz aktuallığını qoruyacaq, Azərbaycan ictimaiyyəti isə maraqlı və dərin yazılara şahidlik edəcək. Təhlillər təkcə dövlət siyasətinin təbliğini təmin etmir, onlar cəmiyyətdəki potensialın səfərbər olunmasına və qazanılan uğurların qorunmasına xidmət edir.

İstənilən sahənin davamlı inkişafını elmsiz təsəvvür etmək mümkünsüzdür. Bu mənada Prezident İlham Əliyev tərəfindən həyata keçirilən böyük siyasət də böyük təhlillərin aparılmasını vacib edir. Ali rəhbərin siyasi obrazı və beynəlxalq imici də məhz həmin təhlillər vasitəsilə formalaşdırılır. F.Ruzvelt, N.Mandela, U.Çörçill, M.K.Atatürk və digər böyük tarixi şəxsiyyətlərin obrazları yaddaşlarımızda məhz elmi araşdırmalar sayəsində həkk olunub. Bu cür fikirlərə görə tənqid etməyə tələsənləri qabaqlamaq üçün əlavə edək ki, sözügedən siyasət əsla şəxsiyyətə pərəstişkarlığın əlaməti deyil. Bu, dövlətin gücünə və milli həmrəyliyin qorunmasına xidmət edən yanaşmadır. Yeri gəlmişkən, Azərbaycan Prezidenti növbəti dəfə öz çıxışında “həmrəyliyi” ən vacib amil kimi qeyd etdi: “Əlbəttə, ən vacib amil cəmiyyətin həmrəyliyidir”. Odur ki, ölkəmizdə yaşanan həmrəylik mühiti Azərbaycanın təbii güc mənbəyidir. Şəxsi siyasi simpatiyalardan asılı olmayaraq bütün vətənpərvər qüvvələr cəmiyyətin və dövlətin bu gücünü qorumalıdır. Unutmayaq ki, məhz bu güc bizi Qalib xalq etdi”, – deyə politoloq vurğulayıb.

O qeyd edib ki, dünyada Azərbaycana dost olan və hətta dostluqdan çox uzaq dayanan dövlətlər belə bizi artıq “Qalib xalq” kimi adlandırır. Sözügedən amil milli xoşbəxtliyin ideoloji mənbəyi kimi çıxış etməlidir. Bu cür ifadələrdən biz əsla çəkinməməliyik. Bu cür hisslərin milli təfəkkürümüzdə yaşanması bizi millət və dövlət olaraq daha güclü edə bilər. Belə ki, Forumda iştirak edən dünyanın ən tanınmış və hətta müəyyən mənada qalmaqallı jurnalistlərindən biri öz sualını verərkən Prezident İlham Əliyevə müraciət edən zaman “Siz qalib xalqın Lideri kimi” ifadəsini istifadə etmişdir.

Əcnəbi jurnalistin bu sözləri qürur hisslərinin yaşanmasına səbəb olub. Sözügedən amil bütün istiqamətlərdə və bəlkə də, ilk növbədə, ideoloji müstəvidə aparılan işlərdə yeni paradiqmalardan istifadə olunmasını zəruri edir. “Qalib xalq” ifadəsi Azərbaycanın müasir milli təfəkkürünün arxitekturasını format etməli və dövlətimizin müqavimət gücünü artırmalıdır. Heç bir halda, heç bir qərəzli manipulyasiyalara imkan verməməliyik ki, bu gün bizlərə “qalib xalq” ifadəsi yaşatdığı qürur hisslərini kimsə bizdən oğurlaya bilsin. Bu hissləri yaşatmaqla biz Qalib statusumuzu gələcək nəsillərə ötürə bilərik. Qələbəni bizə heç kim hədiyyə etməyib, bu Qələbəni Azərbaycan xalqı döyüş meydanında, beynəlxalq tribunalarda və informasiya məkanında mübarizə apararaq qazanıb. Mövcud kontekstdə Prezident İlham Əliyevin növbəti fikirlərinin böyük rəmzi mənası var: “Mən son beş ildə bu qürur hissi ilə yaşayıram. İnşallah, mən və bütün Azərbaycan xalqı sona qədər bu hisslə yaşayacağıq”.

“Bəli, Prezident öz çıxışında beynəlxalq münasibətlər sisteminin bir çox “ağrılı nöqtələrinə” açıq şəkildə toxundu: “COP29 haqqında danışarkən məndə elə bir təəssürat yarandı ki, inkişaf etmiş və inkişaf edən ölkələr arasında bir etimad böhranı var…” Heç şübhəsiz ki, sözügedən amil bəzi “iddialı” dövlət rəhbərlərinin narahatçılıqlarına səbəb olub. Beynəlxalq ictimaiyyət etiraf etməlidir ki, “ölkələr arasında etimad böhranı” müasir dünyanın ən təhlükəli tendensiyalarından biridir. Etimad böhranı hətta “sivilizasiyalararası” qlobal münaqişənin yaranmasına da gətirib çıxara bilər.

Beynəlxalq təşkilatlar tərəfindən tətbiq olunan “ikili standartlar” siyasəti, gizli sövdələşmələr, qlobal birjalarda aparılan kirli spekulyasiyalar, geosiyasətdə köhnə stereotiplərin hökmranlığı, “əzələ” nümayişi, dünyada yeni güc mərkəzlərinin yaranmasına qarşı nümayiş olunan aqressiv dözümsüzlük və bu kimi digər amillər, demək olar ki, hər gün dünyanı yeni qlobal müharibənin yaranması ehtimalı ilə üz-üzə qoyur. Etimad böhranının dünya üçün qlobal təhlükəsi budur. Odur ki, Prezident İlham Əliyevin fikirləri diqqətdən kənar qala bilməz. Bu mənada Qalib xalqın vəzifəsi də qlobal kontekstdə həyati əhəmiyyət daşıyan bu cür fikirləri səsləndirmək üçün özündə güc tapan Lideri dəstəkləmək və cəmiyyətimizdə yaşanan birliyi qorumaqdır”, – deyə Asif Adil vurğulayıb.

Previous Post

İrandan Azərbaycana 18 kq narkotikin keçirilməsinin qarşısı alınıb

Next Post

Prezident fərman imzaladı

Bənzər yazılar

Azərbaycan və Gürcüstan Müdafiə nazirliklərinin nümayəndələri görüşüb

Azərbaycan və Gürcüstan Müdafiə nazirliklərinin nümayəndələri görüşüb

05 Oktyabr 2026 - 18:57

​Bakıda Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin və Gürcüstan Müdafiə Nazirliyinin Strateji Kommunikasiyalar və İctimaiyyətlə Əlaqələr Departamentinin nümayəndələri...

YAP-ın ötən dövrdə fəaliyyəti yüksək qiymətləndirilib

YAP-ın ötən dövrdə fəaliyyəti yüksək qiymətləndirilib

02 Oktyabr 2026 - 14:51

Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov YAP-ın VII qurultayından sonrakı dövrdə fəaliyyəti barədə hesabat...

Vasif Talıbov YAP-dan çıxarılır

Vasif Talıbov YAP-dan çıxarılır

02 Oktyabr 2026 - 14:21

Xəbər verdiyimiz kimi, bu gün hakim Yeni Azərbaycan Partiyasının qurultayı keçirilir. Elchi.az Teleqraf-a istinadla xəbər verir ki, qurultayda Naxçıvan Muxtar...

Prezident: Ulu Öndərin siyasi xətti dəyişməz olaraq qalır

Prezident: Ulu Öndərin siyasi xətti dəyişməz olaraq qalır

02 Oktyabr 2026 - 13:34

Ulu Öndərin siyasi xətti dəyişməz olaraq qalır. Elchi.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VIII...

Next Post

Prezident fərman imzaladı

Bayramov Gürcüstan prezidenti ilə görüşdü

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

Azərbaycan və Gürcüstan Müdafiə nazirliklərinin nümayəndələri görüşüb

Azərbaycan və Gürcüstan Müdafiə nazirliklərinin nümayəndələri görüşüb

05 Oktyabr 2026 - 18:57
Ceyhun Bayramov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb

Ceyhun Bayramov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb

05 Oktyabr 2026 - 18:45
ƏƏSMN: Prezidentin yeni Fərmanı övladlığagötürmə prosesinin daha əlçatan olmasına imkan yaradır

ƏƏSMN: Prezidentin yeni Fərmanı övladlığagötürmə prosesinin daha əlçatan olmasına imkan yaradır

05 Oktyabr 2026 - 18:37
Hikmət Hacıyev Ukrayna Ombudsmanı ilə görüşüb, humanitar məsələlər müzakirə olunub

Hikmət Hacıyev Ukrayna Ombudsmanı ilə görüşüb, humanitar məsələlər müzakirə olunub

05 Oktyabr 2026 - 18:23
Sabahdan kirayə mənzil mexanizmi üzrə müraciətlərin qəbulu müvəqqəti dayandırılır

Sabahdan kirayə mənzil mexanizmi üzrə müraciətlərin qəbulu müvəqqəti dayandırılır

05 Oktyabr 2026 - 18:11
Bakıda məktəbli qətlə yetirilib, sinif yoldaşı tutulub

Bakıda məktəbli qətlə yetirilib, sinif yoldaşı tutulub

05 Oktyabr 2026 - 17:56
Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimini izləyib – YENİLƏNİB

Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimini izləyib – YENİLƏNİB

05 Oktyabr 2026 - 17:49
Azərbaycan hərbçiləri Pakistanda təlimlərdə iştirak edib

Azərbaycan hərbçiləri Pakistanda təlimlərdə iştirak edib

05 Oktyabr 2026 - 17:38
Dünya çempionatının rəsmi açılış mərasimi baş tutub

Dünya çempionatının rəsmi açılış mərasimi baş tutub

05 Oktyabr 2026 - 17:26
Bakıda iki gün yağış yağacaq, bəzi rayonlara dolu düşəcək – XƏBƏRDARLIQ

Bakıda iki gün yağış yağacaq, bəzi rayonlara dolu düşəcək – XƏBƏRDARLIQ

05 Oktyabr 2026 - 17:17
İtaliyada reyd: Maltaya daşınan 377 nadir heyvan xilas edildi

İtaliyada reyd: Maltaya daşınan 377 nadir heyvan xilas edildi

05 Oktyabr 2026 - 17:10
Ötən ay metronun “Xocəsən” və “Avtovağzal” stansiyalarında ödənişsiz xidmətdən 120 mindən çox sərnişin yararlanıb

Ötən ay metronun “Xocəsən” və “Avtovağzal” stansiyalarında ödənişsiz xidmətdən 120 mindən çox sərnişin yararlanıb

05 Oktyabr 2026 - 16:59
Almaniya Rusiyanın ehtimal olunan təxribatlarına qarşı müdafiəni gücləndirir

Almaniya Rusiyanın ehtimal olunan təxribatlarına qarşı müdafiəni gücləndirir

05 Oktyabr 2026 - 16:46
Siyəzəndə narkotiklə bağlı 14 nəfər saxlanılıb

Siyəzəndə narkotiklə bağlı 14 nəfər saxlanılıb

05 Oktyabr 2026 - 16:38
“Sabah” – “Slaviya” qarşılaşmasında qonaq azarkeşlər üçün 3 675 bilet ayrılıb

“Sabah” – “Slaviya” qarşılaşmasında qonaq azarkeşlər üçün 3 675 bilet ayrılıb

05 Oktyabr 2026 - 16:25
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.