"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home CƏMİYYƏT

Qafqaz Müsəlmanları İdarəsindən erkən nikahlarla bağlı ÇAĞIRIŞ

27 Dekabr 2018 - 19:00
in CƏMİYYƏT
FacebookVatsap

Bunu da oxuyun

İlin ikinci Ay tutulması olacaq, Azərbaycanda 32 dəqiqə müşahidə ediləcək

İyulda əlilliyə görə sosial ödəniş alanların sayı açıqlanıb

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verildi

Dekabrın 27-də Qafqaz Müsəlmanları İdarəsində (QMİ) Qazılar Şurasının üzvləri və İdarənin yerlərdəki səlahiyyətli nümayəndələrinin birgə toplantısı keçirilib.

İdarədən  bildirilib ki, toplantıda Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin rəsmiləri də iştirak edib.
QMİ sədrinin birinci müavini müfti Salman Musayev cari və gündəmdə olan məsələlərlə bağlı fikirlərini bölüşüb. Başa çatan il ərzində görülən işlər barədə məlumat verildi, aparılan dini maarifçilik fəaliyyəti, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi ilə bərabər ölkədə və xaricdə keçirilən müştərək tədbirlərin nəticələri müzakirə olunub. Xüsusi vurgulanıb ki, il ərzində çap olunan moizələr kitabı, hər iki məzhəbə aid vahid təqvimin hazırlanması və ona riayət edilməsi istiqamətində birgə tədbirlər, bölgələrdəki qazilərə QMİ tərəfindən kompüterlərin paylanması, moizələrin mütəmadi şəkildə elektron poçt vasitəsilə onlara çatdırılması və digər bu kimi işlər  təqdirəlayiqdir və bu yöndə fəaliyyət davam etdirilməlidir.
Toplantıda cəmiyyəti narahat edən bir sıra məsələlərə münasibət bildirilib. Bu xüsusda, erkən nikahlarla bağlı məsələ gündəmə çıxarılıb. Azyaşlı qızların ailə qurması kimi hallarla bağlı din xadimləri xüsusi vurğulayıblar ki, bu məsələyə dair Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurasının 23 noyabr 2002-ci il tarixli Fətvası var. Fətvada deyilir ki, dini nikah mərasimi rəsmi dövlət qeydiyyatı idarələrində rəsmən qeydiyyat aparıldıqdan sonra icra edilə bilər.  Bu o deməkdir ki, QMİ-nin rəsmi din xadimləri tərəfinfən yalnız dövlət tərəfindən qeydə alınmış nikah üçün dini nikah oxuna bilər. Bu qaydaya riayət etməyən QMİ rəsmi din xadimlərinə münasibətdə müvafiq cəza tədbirləri görüləcək.
Göstərilən Fətvada, həmçinin, ölkəmizin iqlim şəraiti nəzərə alınaraq Azərbaycanda evlənmək üçün yaş həddi həm oglanlar, həm də qızlar üçün 18 (müstəsna hallarda 17) yaş göstərilir ki, bu da dövlətimizin qanunlarına müvafiqdir. Bununla bağlı İdarənin Aparat rəhbəri Simran Həsənov ətraflı şərh verib.
Tədbirdə bildirilib ki, erkən nikahlar mənfi hallara gətirib çıxarır. Ailə quran insanların hüquqlarının təminatını dövlət öz üzərinə götürdüyünə görə din xadimləri yalnız mənəvi cəhətdən xeyir-dua verirlər. Toplantıda Qazılar Şurası üzvlərinə tapşırıq verildi ki, bu məsələlərdə daha ayıq-sayıq olsunlar və erkən nikahların qarşısının alınması kimi ictimai əhəmiyyətli mahiyyətini və QMİ-nin mövqeyini məscidlərdə və məclislərdə dindarlara daha fəal şəkildə çatdırsınlar.
Tədbirdə deputat Qüdrət Həsənquliyevin Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam A. Paşazadənin və AR Dini qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının ünvanına mətbuat vasitəsilə etdiyi müraciətə münasibət bildirilib. Xüsusi vurğulanıb ki, İslam dinində elm öyrənilməsi hər zaman təqdir olunur. İslam dininə görə bilənlərlə bilməyənlər arasında fərq qoyulur və bu səbəbdən, hər bir müsəlman kişi və qadının təhsil alması, elm öyrənməsi vacib buyurulur. Bu gün kimsə din adından istifadə edərək övladlarının təhsil almasını əngəlləyirsə, məktəbdən uzaqlaşdırırsa, bu dinimizdə günah sayılır.
Bildirilib ki, qızların təhsili kimi əhəmiyyətli məsələnin həlli cəmiyyətin müxtəlif təbəqələrinin — ailə, məktəb institutlarının, dövlət qurumlarının, habelə din xadimlərinin birgə səyləri ilə mümkündür. Müfti Salman Musayev Quran ayələri və hədislərdən misal göstərərək dinimizdə elm, bilik əldə etməyə, təhsil almağa verilən önəmə diqqəti çəkib. O, bu məsələdə aidiyyatı olan bütün tərəfləri fəal olmağa çağırdı və din xadimlərinin, hər zaman olduğu kimi, bundan sonra da moizə və çıxışlarında bu məsələni geniş təbliğ etməsini, məsələni hər zaman diqqətdə saxlamağı vacib sayıb.
Dini qurumlarla iş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov QMİ və Komitə rəsmilərinin iştirakı ilə belə səmərəli görüşlərin keçirilməsinin əhəmiyyətini xüsusi dəyərləndirib. QMİ və DK arasında əməkdaşlığın müsbət nəticələr verdiyini vurğulayan komitə rəsmisi din xadimlərinin tarixən ziyalıların tərkib hissəsi olduğuna diqqəti çəkib
Tədbirdə iştirak edən Mənəvi dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov çıxış edərək dövlət rəhbəri tərəfindən din xadimlərinə göstərilən maddi yardım-ianələrin qarşıdan gələn il də davam etdiriləcəyini bildirib.
Toplantıda qazılar və QMİ-nin səlahiyyətli nümayəndələrini, habelə Dini Komitənin bölgələrdəki nümayəndələrini maraqlandıran suallar cavablandırılıb.
Tədbirin sonunda QMİ və Komitə rəsmiləri, toplantı iştirakçıları tərəfindən deputat Qüdrət Həsənquliyevin önəmli sosial problemə göstərdiyi diqqət təqdirəlayiq hesab edilib və buna görə ona minnətdarlıq ifadə olunub.

Previous Post

Qafqaz Müsəlmanları İdarəsindən erkən nikahlarla bağlı ÇAĞIRIŞ

Next Post

Dövlət Komitəsi Qüdrət Həsənqulıyevi təqdir etdi

Bənzər yazılar

İlin ikinci Ay tutulması olacaq, Azərbaycanda 32 dəqiqə müşahidə ediləcək

İlin ikinci Ay tutulması olacaq, Azərbaycanda 32 dəqiqə müşahidə ediləcək

17 Avqust 2026 - 11:06

Avqustun 28-də 2026-cı ilin ikinci Ay tutulması baş verəcək. Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından Elchi.az-a verilən məlumata...

İyulda əlilliyə görə sosial ödəniş alanların sayı açıqlanıb

İyulda əlilliyə görə sosial ödəniş alanların sayı açıqlanıb

17 Avqust 2026 - 10:09

2026-cı ilin iyul ayında əlilliyə görə 243,1 min nəfər pensiya alıb. Bu barədə Elchi.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən...

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verildi

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verildi

15 Avqust 2026 - 15:18

Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə avqustun 16-da güclü külək əsəcək. Elchi.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidməti...

Emin Ağalarov “Sea Breeze”dəki hadisə ilə bağlı açıqlama yaydı

Emin Ağalarov “Sea Breeze”dəki hadisə ilə bağlı açıqlama yaydı

15 Avqust 2026 - 14:29

Sea Breeze ərazisindəki akvaparkda baş verən bədbəxt hadisə nəticəsində bir uşaq həyatını itirib. Elchi.az xəbər verir ki, bu barədə “Sea...

Next Post
“Artıq səbrimiz tükənib”

Dövlət Komitəsi Qüdrət Həsənqulıyevi təqdir etdi

“Artıq səbrimiz tükənib”

Dövlət Komitəsi Qüdrət Həsənqulıyevi təqdir etdi

Son xəbərlər

Prezident İlham Əliyevə “İrpin şəhərinin fəxri vətəndaşı” vəsiqəsi təqdim edilib

Prezident İlham Əliyevə “İrpin şəhərinin fəxri vətəndaşı” vəsiqəsi təqdim edilib

17 Avqust 2026 - 11:54
İndoneziyada 7,7 bal gücündə zəlzələ nəticəsində ölənlərin sayı 53-ə çatıb

İndoneziyada 7,7 bal gücündə zəlzələ nəticəsində ölənlərin sayı 53-ə çatıb

17 Avqust 2026 - 11:51
Azərbaycan lideri Ukraynanın sabiq Prezidenti ilə görüşüb

Azərbaycan lideri Ukraynanın sabiq Prezidenti ilə görüşüb

17 Avqust 2026 - 11:44
İlham Əliyev istilik təchizatı ilə bağlı fərman imzaladı

Dövlət başçısı İndoneziya Prezidentini təbrik edib

17 Avqust 2026 - 11:21
Konqoda Ebola epidemiyası rekord həddə çatdı

Konqoda Ebola epidemiyası rekord həddə çatdı

17 Avqust 2026 - 11:14
İlin ikinci Ay tutulması olacaq, Azərbaycanda 32 dəqiqə müşahidə ediləcək

İlin ikinci Ay tutulması olacaq, Azərbaycanda 32 dəqiqə müşahidə ediləcək

17 Avqust 2026 - 11:06
Ukraynadan Rusiyaya raket hücumu: Ağır itkilər qeydə alınıb

Ukraynadan Rusiyaya raket hücumu: Ağır itkilər qeydə alınıb

17 Avqust 2026 - 10:53
Tramp İran müharibəsi ilə bağlı Şimali Koreyaya jest etdi

Tramp İran müharibəsi ilə bağlı Şimali Koreyaya jest etdi

17 Avqust 2026 - 10:42
Meşə yanğınları üç ölkənin ümumi sahəsini əhatə edir

Meşə yanğınları üç ölkənin ümumi sahəsini əhatə edir

17 Avqust 2026 - 10:34
ADY sərnişin daşınmasını 18% artırdı

Gələn aydan Bakı-Qəbələ-Bakı qatarlarının hərəkət qrafiki dəyişəcək

17 Avqust 2026 - 10:26
Balakəndə qarğıdalı sahəsində külli miqdarda narkotik aşkarlanıb

Balakəndə qarğıdalı sahəsində külli miqdarda narkotik aşkarlanıb

17 Avqust 2026 - 10:17
İyulda əlilliyə görə sosial ödəniş alanların sayı açıqlanıb

İyulda əlilliyə görə sosial ödəniş alanların sayı açıqlanıb

17 Avqust 2026 - 10:09
FHN-dən əhaliyə müraciət – VİDEO

FHN: Ötən həftə 685 yanğına çıxış, 1 partlayış olub – VİDEO

17 Avqust 2026 - 09:58
“Əl-Hilal” “Çelsi”nin ulduzu ilə bağlı danışıqlar aparacaq

“Əl-Hilal” “Çelsi”nin ulduzu ilə bağlı danışıqlar aparacaq

17 Avqust 2026 - 09:46
Narkotik təsiri altında avtomobil idarə edən şəxs saxlanılıb

Narkotik təsiri altında avtomobil idarə edən şəxs saxlanılıb

17 Avqust 2026 - 09:37
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Avqust 2026
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
« İyl    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.