"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home CƏMİYYƏT

“Qadınlar kişiləri təhqir edirlər, xeyli xoşagəlməz vəziyyət yaradıblar”

17 May 2023 - 22:34
in CƏMİYYƏT, SOSİAL
FacebookVatsap

“Qadınların qətl törətməsi, zorakılıq halları məsələsi ilə bağlı mən hələ 20 il bundan əvvəl başlamışam həyəcan təbili çalmağa. Təəssüf ki, nə cəmiyyət, nə məsul şəxslər bu həyəcan təbilini eşitmir”.

Elchi.az xəbər verir ki, bunu Faktmedia.az-a sosioloq Əhməd Qəşəmoğlu son zamanlar qadınların qətl törətməsi hallarının artmasına münasibət bildidirəkən deyib.

Bunu da oxuyun

Himayədar ailələrə verilən aylıq sosial ödənişlərin ümumi məbləği bəlli olub

Bəzi yerlərə yağış yağacaq, dolu düşəcək – XƏBƏRDARLIQ

Özəl bağçaların nümayəndələri ilə maliyyələşmə müsabiqəsi ilə bağlı görüş keçirilib

Sosioloq bildirib ki, min illərin təcrübəsi ğöstərir ki, böyük dahi insanların dedikləri, dini kitablarda yazılanlar da təsdiq edir ki, cəmiyyətdə həmişə çalışmaq lazımdır ki, mənəvi dəyərlər öndə olsun:

“Mənəvi dəyərlər öndə olanda cəmiyyətdə ahəngdar bir münasibət yaranır. Nə zaman mənəvi dəyərlər sıxışdırılır, arxa plana keçirilir, əhəmiyyət verilmir, o zaman cəmiyyətdə eybəcər, xoşagəlməz qarşıdurmalar yaranır. Biz uzun müddətdir cəmiyyətdə qadınlarla  xüsusi olaraq sosial texnologiyaların həyata keçirildiyini müşahidə edirik, amma fərqinə varmırıq, başa düşmürük ki, nə baş verir. Hər hansı bir xalqı, ölkəni zəiflətmək üçün, ilk əvvəl çalışırlar ki, mənəvi dəyərləri aşındırsınlar. Bu sahədə də ən güclü qüvvələrdən biri qadın- kişi münasibətlərinin xarakteridir. 20 ildən artıqdır ki, bizdə söhbət qadına qarşı zorakılıqdan gedir. “Azərbaycanda qadınlara qarşı zorakılıq, şiddət var, qadınlar hüquqlarını bilmir, azad, demokratik cəmiyyətdə qadınlara mane olurlar” və s. kimi sözlər eşidirik. Söhbət tək qadınlardan gedə bilməz. Söhbət ailələrdən getməlidir, həm qadından, həm kişidən, birtərəfli ola bilməz. Birtərəfli olması düşmən mexanizmidir, dağıdıcı mexanizmdir. Mən uzun illərdir bu sahədə təbliğat aparıram. Bir ailədə gərginlik yaranan zaman qız tərəf gəlib deyərsə ki “mənim qızımla işin yoxdur, sən kimsən ki, mənim qızıma bu sözləri deyirsən, mənim qızımın tələblərini yerinə yetirmirsən”, həmin ailədə problemlər həll olunmayacaq. Ağıllı valideyn gəlib həm öz övladına, həm də onun həyat yoldaşına doğma bir münasibətlə  öyüd verər. Tərəf saxlamaq düzgün deyil. O cümlədən də, beynəlxalq təşkilatlar əgər istəyirdilər ki, Azərbaycan inkişaf eləsin, Azərbaycan ailəsinin şüası ilə bağlı söhbətlər getməli idi. 20 il düşmən texnologiyaları işlədi Azərbaycanda. Qadınlara axıra qədər izah etmədən azadlıq, demokratiya nədir, onlara dedilər ki, siz azad cəmiyyətdə yaşayırsınız, demokratik prinsiplər olmalıdır və siz qoymayın kişilər sizə qarşı zorakılıq etsin”.

Əhməd Qəşəmoğlu əlavə edib ki, dünyada da kişilərimizin bir imici yarandı ki, Azərbaycan kişiləri vəhşidir:

“Bir tərəfdən günü- gündən madiyyata qarşı marağın artması, mənəvi dəyərlərin arxa plana keçməsi, qadınların düzgün maarifləndirilməməsi, ailənin xilası deyil sanki qadınların xilası barədə aparılan işlər gətirib bu vəziyyətə cıxardı.Ailələrdə qarşıdurma yarandı, belə olanda da hər kəs öz üstünlüyündən istifadə elədi. Qadınlar əvvəl-əvvəl kişiləri ancaq tənqid etmək, söymək, təhqir eləmək kimi xeyli xoşagəlməz vəziyyət yaratdılar. Kişilər də öz güclərini onlara göstərdilər, gücləri də yumruqlarına, bıçaqlarına çatdı. Sonra təbii ki, qadınlar da yeni vasitələr axtarmalıydı. Cəmiyyətdə də adət- ənənələrə qarşı biganəlik olanda, qadın da sanki özünü xilas etmək barədə düşünəndə  əlavə vasitələr əldə etmək yollarını axtardı və gördü ki, əlavə vasitələrdən biri də bıçaqdır, yumruqdur, fiziki təsirdir. Ümumi qəbahət ondan ibarətdir ki bu cəmiyyətdə gedən sosial problemlərə, humanitar problemlərə zamanın, bu günkü cəmiyyətin tələbləri baxımından yanaşmırıq. Cəmiyyət xeyli dəyişib, mürəkkəbləşib, biz isə köhnə adət- ənənə ilə yanaşırıq. Çalışmaq lazımdır ki, yenə mənəvi dəyərlər öndə olsun, aparıcı rol oynasın və biz təkcə qadınları xilas etmək yox, cəmiyyətimizi xilas etmək, ailəni xilas etmək strategiyası baxımından geniş sosial işlər aparılmalıdır”.

Havar Şəfiyeva

Previous Post

“Qadınlar kişiləri təhqir edirlər, xeyli xoşagəlməz vəziyyət yaradıblar”

Next Post

Prezidentdən DTX ilə bağlı vacib qərar

Bənzər yazılar

Himayədar ailələrə verilən aylıq sosial ödənişlərin ümumi məbləği bəlli olub

Himayədar ailələrə verilən aylıq sosial ödənişlərin ümumi məbləği bəlli olub

07 Avqust 2026 - 18:57

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sosial ödənişlərin birlikdə aylıq ümumi məbləğini açıqlayıb. Bu barədə Elchi.az-a nazirlikdən bildirilib. Qeyd olunub...

Bəzi yerlərə yağış yağacaq, dolu düşəcək – XƏBƏRDARLIQ

Bəzi yerlərə yağış yağacaq, dolu düşəcək – XƏBƏRDARLIQ

07 Avqust 2026 - 17:59

Avqustun 9-u axşam Azərbaycanın qərb rayonlarından başlayaraq 11-dək əsasən dağlıq və dağətəyi ərazilərdə arabir yağış yağacağı gözlənilir. Bu barədə Elchi.az-a...

Özəl bağçaların nümayəndələri ilə maliyyələşmə müsabiqəsi ilə bağlı görüş keçirilib

Özəl bağçaların nümayəndələri ilə maliyyələşmə müsabiqəsi ilə bağlı görüş keçirilib

07 Avqust 2026 - 17:38

Avqustun 7-də məktəbəqədər təhsil sahəsində valideyn–dövlət–özəl əməkdaşlığı əsasında maliyyələşmə müsabiqəsi ilə bağlı özəl məktəbəqədər təhsil müəssisələrinin nümayəndələri ilə görüş keçirilib....

Kamran Əliyev Laçın və Qubadlıda olub

Kamran Əliyev Laçın və Qubadlıda olub

07 Avqust 2026 - 16:47

Avqustun 7-də Azərbaycan Baş prokuroru Kamran Əliyev Laçın və Qubadlı rayonlarında olub. Bu barədə Elchi.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib....

Next Post
Prezidentdən DTX ilə bağlı vacib qərar

Prezidentdən DTX ilə bağlı vacib qərar

Prezidentdən DTX ilə bağlı vacib qərar

Prezidentdən DTX ilə bağlı vacib qərar

Son xəbərlər

Ukrayna Krasnodar və Samarada neft emalı zavodlarını vurdu

Ukrayna Krasnodar və Samarada neft emalı zavodlarını vurdu

08 Avqust 2026 - 10:39
Paşinyan: Ermənistanla Azərbaycan arasında münaqişə səhifəsi bağlanıb, sülh bərqərar olub

Paşinyan: Ermənistanla Azərbaycan arasında münaqişə səhifəsi bağlanıb, sülh bərqərar olub

08 Avqust 2026 - 10:21
Dünya bazarlarında neft bahalaşıb

Dünya bazarlarında neft bahalaşıb

08 Avqust 2026 - 10:09
“Qarabağ”dan Elvin Cəfərquliyev açıqlaması

“Qarabağ”dan Elvin Cəfərquliyev açıqlaması

07 Avqust 2026 - 19:30
Gürcüstanda zəlzələ oldu

Kamçatkada 5,5 bal gücündə zəlzələ baş verib

07 Avqust 2026 - 19:16
İraq iranpərəst qruplaşmalara “son zərbə” vurmağa hazırlaşır

İraq iranpərəst qruplaşmalara “son zərbə” vurmağa hazırlaşır

07 Avqust 2026 - 19:00
Himayədar ailələrə verilən aylıq sosial ödənişlərin ümumi məbləği bəlli olub

Himayədar ailələrə verilən aylıq sosial ödənişlərin ümumi məbləği bəlli olub

07 Avqust 2026 - 18:57
ADY açıqladı: 6,4 milyondan çox sərnişin…

ADY açıqladı: 6,4 milyondan çox sərnişin…

07 Avqust 2026 - 18:44
Çində 4,9 bal gücündə zəlzələ baş verib

Çində 4,9 bal gücündə zəlzələ baş verib

07 Avqust 2026 - 18:29
Qazaxıstan Azərbaycan üzərindən neft ixracını genişləndirməyi planlaşdırır

Qazaxıstan Azərbaycan üzərindən neft ixracını genişləndirməyi planlaşdırır

07 Avqust 2026 - 18:16
Bəzi yerlərə yağış yağacaq, dolu düşəcək – XƏBƏRDARLIQ

Bəzi yerlərə yağış yağacaq, dolu düşəcək – XƏBƏRDARLIQ

07 Avqust 2026 - 17:59
Azərbaycanda faydalı qazıntı yatağı hərraca çıxarılacaq

Azərbaycanda faydalı qazıntı yatağı hərraca çıxarılacaq

07 Avqust 2026 - 17:45
Özəl bağçaların nümayəndələri ilə maliyyələşmə müsabiqəsi ilə bağlı görüş keçirilib

Özəl bağçaların nümayəndələri ilə maliyyələşmə müsabiqəsi ilə bağlı görüş keçirilib

07 Avqust 2026 - 17:38
Lənkəranda yardım adı ilə təqaüdçüləri aldadan şəxs saxlanıldı

Lənkəranda yardım adı ilə təqaüdçüləri aldadan şəxs saxlanıldı

07 Avqust 2026 - 17:30
Tarixi saziş: Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan kollektiv müdafiə paktı imzaladı

Tarixi saziş: Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan kollektiv müdafiə paktı imzaladı

07 Avqust 2026 - 17:21
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Avqust 2026
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
« İyl    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.