İsrailin Qəzzada 7 oktyabrdan bəri davam edən hücumlarında həyatını itirən fələstinlilərin sayı 27 min 365-ə, yaralıların sayı isə 66 min 630-a yüksəlib.
Elchi.az xəbər verir ki, Fələstin Səhiyyə Nazirliyi yazılı açıqlamada İsrailin Qəzza zolağında 121 gündür davam edən hücumları ilə bağlı məlumat verib.
Açıqlamada İsrailin son gündə Qəzza zolağında “14 qırğın” törətdiyi bildirilib.
Bildirilib ki, İsrail qüvvələri son 24 saat ərzində Qəzza zolağında daha 127 fələstinlini öldürüb, 178 fələstinlini yaralayıb.
Oktyabrın 7-dən etibarən İsrailin Qəzzaya təşkil etdiyi hücumlarda həlak olan fələstinlilərin sayının 27 min 365-ə, yaralı sayının isə 66 min 630-a yüksəldiyi qeyd edilib.
Səhiyyə Nazirliyi dağıntılar altında və yol kənarında hələ də ölənlərin olduğunu, lakin İsrail qüvvələrinin maneəsi üzündən tibb qrupları və mülki müdafiə işçilərinin cəsədlərə çata bilmədiyini vurğulayıb.
Nuranə Məmmədova