Namibiya prezidenti Hage Geingob xərçəng xəstəliyindən müalicə aldığı xəstəxanada dünyasını dəyişib.
Elchi.az xəbər verir ki, Namibiya Rəyasət Heyətinin X hesabında edilən açıqlamada Geingobun xərçəng müalicəsi aldığı paytaxt Windhoekdəki Lady Pohamba Xəstəxanasında dünyasını dəyişdiyi ifadə edilib.
Namibiya Rəyasət Heyətinin yanvarın 25-də verdiyi açıqlamada, daha əvvəl xərçəng müalicəsi alan 82 yaşlı Geinqobun bədənində yenidən xərçəng hüceyrələrinin tapıldığı bildirilib.
Geingob 25 yanvar – 2 fevral tarixləri arasında ABŞ-ın Los-Anceles şəhərində xərçəng müalicəsinin bir hissəsini aldı.
2015-ci ilin martında prezident vəzifəsinə başlayan Geinqobun ikinci və son səlahiyyət müddətini bu il başa vuracağı gözlənilirdi.
Nuranə Məmmədova