İsrailin 7 oktyabr 2023-cü ildən bəri hücumlarını davam etdirdiyi və yardımların ölkəyə girişinin qarşısını aldığı Qəzza zolağında daha bir uşaq aclıqdan ölüb.
Elchi.az xəbər verir ki, Fələstinin rəsmi agentliyi WAFA-da yer alan xəbərdə Qəzza zolağının şimalında yerləşən Kemal Advan Xəstəxanasında bir uşağın qida çatışmazlığı və tibbi imkansızlıqlar səbəbiylə öldüyü bildirilib.
Xəbərdə İsrailin humanitar yardım və tibbi ləvazimatların ölkəyə girişinə, eləcə də dağıdıcı hücumlarına mane olduğu Qəzza zolağında aclıqdan ölənlərin sayının 30-a yüksəldiyi bildirilib.
İsrail, təxminən 6 aya yaxındır ki, dağıdıcı hücumlar həyata keçirdiyi Qəzza zolağına yardımın daxil olmasına mane olub və bölgədə böyük “humanitar fəlakət”ə səbəb olub.
Şayəstə Hüseynova