"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home CƏMİYYƏT

Qərbi Azərbaycanda təsviri incəsənət

05 Sentyabr 2025 - 15:35
in CƏMİYYƏT
FacebookVatsap

Qərbi Azərbaycan ərazisindəki bütün tarixi mədəniyyət abidələri bu yerlərin qədim türklərin ilkin yaşayış məskənlərindən olduğunu sübut edir. Bu torpaqlar təsviri sənətin inkişafına və Azərbaycanın incəsənət tarixinə böyük töhfələr verib. Qədim insan bəşər sivilizasiyasının ilk çağlarında daşlıq, qayalıq yerləri seçərək daş alətlər vasitəsilə özünə yemək və alətlər hazırlayıb, bu da onun təfəkküründə daşların müqəddəsliyini formalaşdırıb. Bu müqəddəs qayaların üzərində yaradıcı təxəyyülün ilk məhsulları, təsviri sənət nümunələri meydana gəldi. Tarixi yurd yerimiz olan Qərbi Azərbaycan bu baxımdan təsviri sənətin min illərdən bəri qorunduğu ərazilərdəndir.

Bunu da oxuyun

Şərqşünaslığın Səadət nümunəsi – Səadət Şıxıyeva

Qobustan qəsəbəsində daha bir körpünün söküntüsünə başlanılıb

30 mindən çox abituriyent imtahana gəlmədi

60-cı illərdə Loru mahalının Soyuqbulaq kəndində, Alagöz dağının Qızıl Ziyarət zirvəsində, Əştərək rayonunun Pətrinc kəndində, Göyçə gölü hövzəsindəki Qızdağında, Səlim aşırımında və Alagöllər ərazisində, Qərbi Zəngəzurdakı Qılıncdağda və Dəvəboynu dağında aşkar edilən qayaüstü təsvirlər buradakı əhalinin əl qabiliyyəti, dünyagörüşü və bədii zövqü barədə geniş məlumat verir.

Yaşı 6000-9000 il olan bu qayaüstü rəsmlər bədii- estetik xüsusiyyətlərinə görə Qobustan, Şüvəlan və Gəmiqaya təsvirləri ilə oxşarlıq təşkil edir. Rəqs və ov səhnələrinin, quş və heyvan cizgilərinin sxematikliyi, təsvirlərin kompozisiyası Kazaxıstan və Qırğızıstan ərazisindəki petroqliflərlə eynilik göstərir və Qərbi Azərbaycanın türk mədəni arealının bir parçası olduğunu təsdiqləyir.

Erməni müəlliflər Cənubi Qafqaz ərazisində qədim türk mədəniyyətinə aid bu abidələri müasir ermənilərə aid etməyə çalışırlar. Lakin yalnız qayaüstü rəsmlər deyil, daş stellalar, heykəllər, kurqanlar və maral daşları da qədim türk mədəniyyətinə aiddir. 1909-cu ildə rus alimləri Nikolay Marr və Yakov Smirnov Göyçə mahalını araşdırarkən qəribə formalı daş heykəllər aşkar etdilər. Sonrakı illərdə yerli bələdçilərin köməyi ilə 27 daş heykəl tapıldı. Bu abidələr eramızdan əvvəl II minilliyə aid olub və türk mədəniyyətinə aiddir.

Sibirdə və Altayda tapılmış daha qədim daş abidələr də Qərbi Azərbaycan daş heykəlləri ilə oxşar totem simvollarına malikdir və onların qədim türklərə aid olduğunu sübut edir. Min illər boyu daşların üzərində cilalanan naxışlar xalçalara köçüb və Qərbi Azərbaycan xalçaları öz üslubu ilə Azərbaycan xalçaçılığında özünəməxsus yer tutur. Bu xalçaların naxışları etnik və dini dünyagörüşdən, türk mifik təfəkküründən qidalanıb və torpağa bağlı insanların könül dünyasından gələn rənglərlə bəzənib.

1902-ci ildə İrəvan Quberniyası Statistika Komitəsi çap etdiyi “İrəvan Quberniyasının Yaddaş Kitabçası”nda xalçaçılığın iqtisadi əhəmiyyətini vurğulayıb. Qərbi Azərbaycanda toxunan xalçalara həm tacirlər, həm də başqa maraqlı tərəflər diqqət göstərib. XIX əsrin əvvəllərindən ermənilər yerli türklərin maddi və mədəni nümunələrini hədəfə alaraq, Qərbi Azərbaycan xalçalarını saxta erməni xalçaçılığı kimi nümayiş etdirməyə başladılar. 60-cı illərin ortalarında bu mənimsəmə mütəşəkkil hal aldı, muzeylərdə “erməni xalçaları” kimi sərgiləndi və “Hayqork” istehsalat birliyi yaradıldı.

Ermənilər yalnız xalçaları oğurlamır, onların yaranma tarixçəsini əfsanələr vasitəsilə saxtalaşdırırdılar. “Anait” xalçası haqqında nağıl buna misaldır. Erkən orta əsrlərdə Qərbi Azərbaycan ərazisində daş oyma sənəti geniş yayılıb, naxışlar, kompozisiyalar, mistik simvollar daşlarda əks olunmuşdur. Qarakilsə və Göyçə mahalındakı sənduqə tipli qəbirüstü abidələr, Dərələyəz və Karvansara rayonlarındakı abidələr qədim türklərin mədəniyyəti, məişəti və adət-ənənəsi haqqında tarixi məlumat daşıyır.

Bu torpaqlara gələn ermənilər əcdadlarımızın qəbirüstü abidələrini muzeylərə apararaq erməni abidəsi kimi təqdim edirdilər. 1967-ci ildə xalçaşünas alim Lətif Kərimovun təşəbbüsü ilə Xalça və Tətbiqi Sənət Muzeyi yaradıldı. 1972-ci il sentyabrın 27-də muzeyin ilk ekspozisiyası İçərişəhərdə, XIX əsr memarlıq abidəsi olan Cümə məscidində açıldı. Heydər Əliyevin iştirakı və dəqiq məlumatlarla verdiyi çıxış xalçaların dünya miqyasında tanıdılmasına mühüm töhfə verdi.

Muzeyin bazası genişləndirildi və Lətif Kərimovun rəhbərliyi ilə bütün Azərbaycan regionlarından ən gözəl xovlu və xovsuz xalçalar, xalça məmulatları, alətlər və sənət nümunələri toplanıldı. “Qərbi Azərbaycan xalçaları: tarixi naxış yaddaşımız” sərgisində Göyçə, Zəngəzur, Ağbaba, Loru və Pəmbək mahallarında toxunmuş 21 məşhur kompozisiyalı xalça nümayiş olunur.

Bu xalçalara baxanda aydın olur ki, xalçaçılıq yalnız sənət deyil, həm də elmdir, dünyagörüşüdür. Hər naxış və ilmə milli mənəviyyatın kodlarını, min illərin yaddaşını daşıyır. Göyçə, Dərələyəz, Ağbaba, Loru, Pəmbək və İrəvan xalçaları toxuyanların yüksək mədəniyyətini, zəngin təxəyyülünü və bədii istedadını əks etdirir. Ləmbəli, Qursalı, Hallavar, Saral, Qızılörən, Göyçə və Dərələyəz xalçaları isə bitkilərin və mineralların sayəsində əldə edilən rənglərlə özünəməxsus çalar qazanıb.

(Yazı Media İnkişaf Mərkəzinin icra etdiyi “Qərbi Azərbaycan: mədəni, hüquqi, siyasi bağlar” layihəsi çərçivəsində hazırlanıb)

Previous Post

Katz Qəzzanı “cəhənnəmlə” hədələdi

Next Post

Herpeslə mübarizənin gözlənilməz yolu tapıldı

Bənzər yazılar

Şərqşünaslığın Səadət nümunəsi – Səadət Şıxıyeva

Şərqşünaslığın Səadət nümunəsi – Səadət Şıxıyeva

29 İyul 2026 - 00:23

Bir alimin elmdə qoyduğu iz onun akademik ağırlığını göstərir. Azərbaycan elmində Səadət xanımın elmi yaradıcılığı haqqında çox adamın məlumatı var....

Qobustan qəsəbəsində daha bir körpünün söküntüsünə başlanılıb

Qobustan qəsəbəsində daha bir körpünün söküntüsünə başlanılıb

28 İyul 2026 - 23:42

M-2 Bakı–Ələt–Qazax–Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 55-ci kilometrliyində, Qobustan qəsəbəsi ərazisində magistral avtomobil yolunun əks hərəkət istiqamətində yerləşən...

Xaricdə təqaüdlə təhsil almaq istəyənlərin nəzərinə!

30 mindən çox abituriyent imtahana gəlmədi

28 İyul 2026 - 18:48

Dövlət İmtahan Mərkəzi (DİM) I və IV ixtisas qrupları üzrə iyulun 12-də keçirilmiş qəbul imtahanının nəticələrini elan edib. DİM-dən Elchi.az-a...

İyulun 12-də keçirilən qəbul imtahanının nəticəsi elan olunub

İyulun 12-də keçirilən qəbul imtahanının nəticəsi elan olunub

28 İyul 2026 - 17:59

Dövlət İmtahan Mərkəzi I və IV ixtisas qrupları (o cümlədən III qrup üzrə DT və TC altqruplarının hər ikisini seçənlər...

Next Post
Herpeslə mübarizənin gözlənilməz yolu tapıldı

Herpeslə mübarizənin gözlənilməz yolu tapıldı

Bakıda bu yollar qismən bağlanacaq

Bakıda bu yollar qismən bağlanacaq

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

Şərqşünaslığın Səadət nümunəsi – Səadət Şıxıyeva

Şərqşünaslığın Səadət nümunəsi – Səadət Şıxıyeva

29 İyul 2026 - 00:23
Xəzər icra başçısı Elşən Salahovun etinasızlığı ilə üzləşən şəhid atası Prezidentdən kömək istəyir

Xəzər icra başçısı Elşən Salahovun etinasızlığı ilə üzləşən şəhid atası Prezidentdən kömək istəyir

29 İyul 2026 - 00:16
Azərbaycan və Efiopiya parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan və Efiopiya parlamentləri arasında əlaqələr müzakirə olunub

29 İyul 2026 - 00:15
“Sabah” avrokuboklarda 10-cu qələbəsini qazanıb

“Sabah” avrokuboklarda 10-cu qələbəsini qazanıb

28 İyul 2026 - 23:44
Qobustan qəsəbəsində daha bir körpünün söküntüsünə başlanılıb

Qobustan qəsəbəsində daha bir körpünün söküntüsünə başlanılıb

28 İyul 2026 - 23:42
Sertifikasiya imtahanlarında 4 fənn üzrə 5 texniki səhv aşkarlanıb

Sertifikasiya imtahanlarında 4 fənn üzrə 5 texniki səhv aşkarlanıb

28 İyul 2026 - 22:48
Ağdam, Füzuli və Cəbrayılda açıq ərazidə yanğınlar başlayıb

Ağdam, Füzuli və Cəbrayılda açıq ərazidə yanğınlar başlayıb

28 İyul 2026 - 22:46
Husilər Səudiyyə Ərəbistanına aid tankerə raket hücumu həyata keçirib

Husilər Səudiyyə Ərəbistanına aid tankerə raket hücumu həyata keçirib

28 İyul 2026 - 22:45
Gürcüstanın mədəniyyət naziri istefa verib

Gürcüstanın mədəniyyət naziri istefa verib

28 İyul 2026 - 22:01
Yaponiyada zəlzələyə görə təxminən 300 min nəfər təxliyə ediləcək

Yaponiyada zəlzələyə görə təxminən 300 min nəfər təxliyə ediləcək

28 İyul 2026 - 22:00
“Sabah” tarixində ilk dəfə avrokubokların əsas mərhələsini təmin edib

“Sabah” tarixində ilk dəfə avrokubokların əsas mərhələsini təmin edib

28 İyul 2026 - 21:53
Türkiyə İraqa müdafiə sənayesi məhsulları tədarük etməyi planlaşdırır

Türkiyə İraqa müdafiə sənayesi məhsulları tədarük etməyi planlaşdırır

28 İyul 2026 - 21:49
Mərdəkanda dənizdə batan iki nəfərdən biri xilas edilib, digərinin axtarışları aparılır

Mərdəkanda dənizdə batan iki nəfərdən biri xilas edilib, digərinin axtarışları aparılır

28 İyul 2026 - 21:47
Səfir: Çin ordusu Azərbaycan Silahlı Qüvvələri ilə qarşılıqlı əlaqələri dərinləşdirməyə hazırdır

Səfir: Çin ordusu Azərbaycan Silahlı Qüvvələri ilə qarşılıqlı əlaqələri dərinləşdirməyə hazırdır

28 İyul 2026 - 19:29
Gürcüstanın mədəniyyət naziri istefa verib

Gürcüstanın mədəniyyət naziri istefa verib

28 İyul 2026 - 19:26
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyul 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  
« İyn    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.