Bakı şəhərinin bəzi yol sahələrində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.
Bu barədə Elchi.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.
Bildirilib ki, sentyabrın 7-dən etibarən, təmir işləri başa çatanadək Nərimanov rayonu, Xətai prospektinin Mirəli Qaşqay küçəsindən Nurəddin Süleymanov küçəsinədək olan hissəsində, həmçinin həmin gün saat 07:00-dan 22:00-dək Nəsimi rayonu, Rövşən Cəfərov küçəsinin yan yolunda (20 Yanvar dairəsindən 3-cü mikrorayon dairəsi istiqamətində nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq.
Bu səbəbdən, sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, göstərilən ərazilərdə hərəkət zamanı ehtiyatlı olmaları, müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına ciddi riayət etmələri, imkan daxilində alternativ marşrutlara üstünlük vermələri xahiş olunur.
Elm və təhsil naziri: 600 məktəbdə 40-dan çox şagird təhsil alır
"Siniflərin 99 faizində şagird sayı 40 nəfərdən aşağıdır". Elchi.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev mətbuat konfransında...






















Son şərhlər